Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərişıq”da müəmmalı kadr seçimi:işindən qovulmuşlar yenidən vəzifə başında

 

Saatlı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin keçmiş və indiki rəisi haqqında...

Xeberinfo.com: “Azərişıq” ASC-nin sədri Balababa Rzayev kadr təyinatı ilə bağlı ictimai arenada birmənalı qəbul olunur: işgüzarlıq və peşəkarlıq əsas meyardır. Bu vəzifəyə başladığı ilk gündən (10 fevral 2015) indiyədək onun kadr təyinatı ilə bağlı nə ictimaiyyət arasında nə isə eşitmək mümkün deyil, nə də hansısa mətbu orqanda hansısa xoşagəlməz xəbər yayılmayıb. Bir sözlə bu mənada hörmətli Balababa Rzayevi nümunə də saymaq mümkündür. Amma,...

              Korrupsiya səbəbindən qovulmuş birisi idarə rəisi oldu

Saatlı rayonundan xeberinfo.com-a daxil olmuş məlumatlarda cənab Rzayevin kadr seçimi ilə bağlı inkaredici faktlar yer almaqdadır. Söhbət Saatlı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin və bu idarənin rəisi Fikrət Əhmədovun (Rayonda Fürsət adı ilə də tanınır: Red.) “özfəaliyyət”indən gedir. Qeyd edim ki, Fikrət Əhmədovun yaxın keçmişdəki və hazırkı fəaliyyəti ilə bağlı əvvəllər də mətbuatda yazılıb: 3 il əvvələ qədər Sabirabad rayonunda eyni adlı idarəyə rəhbərlik edən Fikrət Əhmədov yol verdiyi ciddi qanun pozuntusu səbəbindən ozamankı “Azərenerji” SC-nin rəhbərliyi tərəfindən vəzifəsindən alınır. Yolu hüquq-mühafizə orqanlarından düşən Fikrət Əhmədov nəhayət ki, “sudan quru çıxa bilir”. (Məlumata görə onun həbs təhlükəsindən qurtulmasında əmisi oğlu, Saatlı rayonunun keçmiş icra başçısı Gülhüseyn Əhmədovun müstəsna xidməti olub.) Mətbuatda yazılana görə isə bu hadisə ona nə az-nə çox 130 minə başa gəlir.

Sonra,... çox keçmir ki, hansısa gözəgörünməz əl onu yeni vəzifəyə-Saatlı Rayon Enerji Təchizatı və Satışı İdarəsinə rəhbər gətirir. Maraqlıdır ki, Balababa Rzayev kimi, kadr seçimində həssas sayılan bir şəxs idarə rəisi təyin etdiyi birisinin keçmiş fəaliyyətini nəzərə almır: 3 il əvvəl vəzifədən qovulmuş birisini yenidən eyni vəzifəyə təyin edir(?) Elə bununla da Saatlıda sahibkarların, fermerlərin qara günü başlayır. Ən müxtəlif adlarla (Hətta Birinci Avropa Oyunları adı ilə də.) sahibkarlardan “xərac” toplanır: 500-1000 arasında.

Fikrət Əhmədovun bugünkü fəaliyyəti ilə bağlı daha da ilginc məlumatlar almışıq. Təəssüf ki, lazımı araşdırmalar apara bilmədiyimizdən hələlik geniş yaza bilmirik. Bu məlumatlarla bağlı hörmətli Əhmədovu dinləmək istəyimizə görə isə peşiman olduq. Adam bizimlə telefon danışığında suallarımızı cavablandırmağı “unudub”, məlumat verən şəxsi təhqir və təhdid etməyə başladı. Olsun, bu bizim üçün təəssüdoğurucu olsa da, təəccüblü olmadı...

              Fikrət Əhmədovun sələfi rayondan niyə qovulub?

Saatlıdan xeberinfo.com-a daxil olan məlumatlardan belə görünür ki, bu rayon camaatının işıq idarəsi sarıdan bəxti gətirmir. Başqa sözlə, Saatlı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi postunun bir düşər-düşməzi də var.

Bu rayondan aldığımız məlumata görə Fikrət Əhmədovun sələfi İlqar Əliyevin başı daha qalmaqallı olub. Bu qalmaqalın başlanğıcı isə İlqar Əliyevlə Saatlının ozamankı polis rəisi Ağaəli Xəlilov arasındakı məşhur dialoq olub. Gülhüseyn Hüseynovun icra başçılığı dönəmində Rayon İcra Hakimiyyətində baş tutan bu dialoq İlqar Əliyev tərəfindən polis rəisinə iradla başlayıb: “polis zəif işləyir, rayonda narkomaniya baş alıb gedir”.

Elə bu iradla da İlqar Əliyev necə deyərlər “öz quyusunu qazmalı olur”. Bundan sonra nəzarətə götürülən İlqar Əliyev çox keçmir ki, polis tərəfindən rüsvayçı şəkildə yaxalanır. Hadisənin İlqar müəllim üçün dramatikliyi isə rüsvayçılığı bölüşən digər şəxsin kimliyi ilə bağlıdır... (Məlum səbəblərdən bu haqda geniş yazmırıq: Red.) Bu hadisədən sonra Əliyev bir şərtlə sərbəst buraxılır: rayonu tərk etməlisən!

Belə də olur, bu rüsvayçılıqdan sonra İlqar Əliyev paytaxta köçməli olur. (Mənbəmizin bildirdiyinə görə Saatlıda bu hadisəni bilməyən yoxdur: A. Qaracalarlı.) İndi isə onun “Azərişıq”da aparıcı bir vəzifədə çalışdığı bildirilir. Səlahiyyətlərindən yararlanıb, oğlu Fərid Əliyevi isə  Saatlı Enerji Təchizatı və Satışı İdarəsində aparıcı vəzifələrdən birinə düzəldə bilib. Hansı ki, indi rayon sakinləri bu cavan oğlanın “əlindən qan ağlayır”. Hətta bu yaxınlarda Fərid Əliyevin özbaşınalığı səbəbindən rayon kəndlərinin birində kütləvi insident də olub...

 Bu faktlar hörmətli Balababa Rzayev üçün sürpriz də sayıla bilər. Redaksiyamıza daxil olmuş faktlar isə bununla yekunlaşmır...

Qarşı tərəfi də dinləməyə hazırıq.

A.Qaracalarlı 

 

  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam