Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Xızıda vətəndaşı kim incidir?- NARAZILIQ

 

“Azərişıq” ASC-nin Xızı Enerji Təchizatı satışı idarəsinin rəisi Elxan Alıyev rayonda abonentlərin gününü əməlli-başlı “qara edib”. İşıq idarəsi müdiri əhaliyə “gün verib, işıq vermir”. 
Yenixeber.org: Rayonda qanunları saymayan, yazılmamış qanunlarla hərəkət edən idarə rəisi cəmi 27 manata borca görə bu günlərdə bir vətəndaşın sayğacını söküb aparıb. 
Bu barədə Xızının Fındığan kənd sakini Rauf Qədirov şikayətində bildirib ki, işıq pulu borcu varsa, sayğac müsadirə oluna bilməz. Onun sözlərinə görə, məhkəmə qərarı olmadan sayğacın götürülməsi qanunsuzluqdur. 
R.Qədirov bildirib ki, Xızıının əksər yerlərində bu problem var və vətəndaşlar borcunu ödəyirlər: “Mənim sayğacımı cəmi 27 manata görə çıxarıb. Hər kəsin borcu var və imkan daxilində ödəyir. Məhkəmə qərarı olmalıdır ki, sayğac götürülsün. 
Başa düşə bilmirəm, borca görə sayğac aparırlar? Yas məclisində işıqları kəsirlər. Rayon işıq idarəsinin rəisi deyir ki, heç kimi tanımıram, onun öz qərarları var”. 
Şikayətçi məsələ ilə bağlı ''Azərişıq'' ASC rəhbəri Baba Rzayevə və Baş Prokuror Zakir Qaralova müraciət edib.
E.Alıyev isə R.Qədirovun sayğacını borca görə deyil, əlavə xətt çəkdiyinə görə apardığını söyləyib. 
Abonent isə bunun yalan olduğunu, heç bir əlavə xətt çəkilmədiyini bildirib, hətta belə hal varsa da, vətəndaşı cərimə gözlədiyini xatırladıb. Heç bir halda sayğac sökülüb aparıla bilməzdi. 
www.xalqxeber.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam