Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Niyə etirazlar İranın dini rejimini yerindən tərpədə bilmir -ANALİZ

news content

İranda irimiqyaslı etirazlar səngimir, illərdir xaricdən təzyiq var, amma islam respublikasının təhlükəsizlik elitasında çat əlaməti yoxdur, dünyada ən möhkəm rejimlərdən birinin sonu görünmür. "Reuters" bunun səbəblərindən yazır.

Yenixeber.org: Yaxın Şərqdə iki hökumətdəki mənbə, iki diplomat və iki təhlilçinin fikrincə, yuxarıda iflas baş verməsə, rejim zəifləsə də, ayaqda qalacaq.

               Daxildə çat yaranmasa...

İranlı amerikalı akademik Vəli Nəsrin dediyinə görə, İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) və "Bəsic" yarımhərbi qüvvələrinin başçılıq etdiyi təhlükəsizlik arxitekturası, daxildən sınma olmasa, xaricdən təzyiqi çətinləşdirir.

"Belə bir şeyin baş verməsi üçün küçələrdə izdiham uzun müddət qalmalıdır. Dövlət parçalanmalıdır. Dövlətin bəzi seqmentləri, xüsusilə təhlükəsizlik qüvvələri qaçmalıdır", – o deyib.

"Reuters" İranın BMT-dəki missiyasından, ABŞ Dövlət Departamentindən, Ağ evdən əlavə şərh ala bilməyib.

86 yaşlı ali dini lider Əli Xamenei isə bir neçə dəfə iğtişaşlardan salamat çıxıb. Bu, 2009-cu ildən bəri beşinci irimiqyaslı iğtişaşdır və dərin, həllini tapmayan daxili böhrana baxmayaraq, rejimin möhkəmliyini göstərir, - bunu isə Yaxın Şərq İnstitutundan Pol Salem deyib.

Amma təhlilçilər iğtişaşların öhdəsindən gəlməyi sabitliyə tay tutmurlar. İslam respublikası 1979-cu ildən bəri ən ağır problemlə üzləşib. Sanksiyalar iqtisadiyyatı məngənəyə salıb. Strateji baxımdan İsrail və ABŞ-nin təzyiqi altındadır, nüvə proqramının səviyyəsi salınıb, Livan, Suriya və Qəzzada müttəfiqləri böyük itkilər verib.

Nəsr deyir ki, İslam respublikasının iflas anına çatmadığını düşünür, amma "böyük çətinliklə irəli gedə biləcəyi bir durumdadır".

              "Ölkəni birləşdirmək riski yaradırsan"

"The Financial Times"a danışan ekspertlər isə deyirlər ki, İrana qarşı hərbi əməliyyat hökumətin əlini gücləndirə bilər. Axı rəsmilər zorakılığa görə iğtişaşçıları və terrorçuları, ABŞ və İsraili itaətsizliyi qızışdırmaqda suçlayırlar. İranda dərin siyasi qütbləşməyə baxmayaraq, iyunda İsraillə 12 günlük müharibədə iranlıların çoxu bayraq ətrafında birləşdi, - qəzet xatırladır.

"İstəmədiyin şeyi etmək riski ilə üzləşirsən. Ölkəni birləşdirmək riski yaradırsan", – bunu isə ABŞ-nin bir keçmiş müdafiə rəsmisi mümkün hərbi müdaxilə ilə bağlı deyib.

FT yazır ki, ABŞ-nin hərbi strateqləri sistemdən fərariliyə sövq edəcək hədəfləri müəyyənləşdirməklə bağlı böyük çətinliklərlə üz-üzədirlər. "Etirazçıları rejimin repressiyalarından qorumaq üçün hərbi zərbələrlə məqsədə çatmaq mümkün görünmür", – bunu Co Bayden administrasiyasında müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin müavini Dana Stroul deyib.

Tehran indiyədək etirazlara, Trampın hərbi addımlarla bağlı təhdidinə daha artıq zorakılıqla cavab verib. Xamenei və ətrafındakılar inanırlar ki, təzyiqə boyun əymək daha çox təcavüz deməkdir, - ABŞ-nin İran və Yaxın şərq üzrə keçmiş rəsmisi söyləyib.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam