Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???

GDU rektoru Yusif Yusibov  nazir  Emin Əmrullayevə qarşı - İDDİA

İlqar Kubışev  direktorluqdan  azad  olunduqdan sonra Gəncə Dövlət  Universitetində  işləmir. Lakin buna  baxmayaraq Yusif Yusibov  onu vəzifədən  azad olunmuş tədris  işləri üzrə prorektor Şahin Xurşudovun kabinetində oturdub. 

Bu iddia Gəncə Dövlət Universiteti ilə bağlı Yenixeber.org-a daxil olmuş müraciətdə yer alır. Biz bu və digər iddialarla bağlı adları çəkilən tərəfləri də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Məlum aktuallığını nəzərə alıb, müəyyən düzəliş və ixtisarla yazını dərc edirik: 

Məlum olduğu kimi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rüşvətxor əməllərinə görə Təhsil Naziri Emin Əmrullayev tərəfindən arzu olunmaz şəxs hesab olunur.  Bu barədə mətbuatda dəfələrlə yazılıb. Lakin edilən şikayətlərə baxmayaraq rektor istədiyi özbaşınalıqlara imza atmaqda davam  edir.

İlqar  Kubışev  Gəncə Dövlət Universitetində əvvəllər  rektor köməkçisi işləyirdi.   Bu adamın adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı, qadın alveri kimi məsələlərdə dəfələrlə hallanıb.

İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma ixtisasını bitirmişdir. Lakin rektor köməkçisindən əlavə, həm də Gəncə Dövlət  Universitetinin İnformatika kafedrasının dosenti olub. Bu günə kimi  bir dəfə  də olsun  kafedraya  gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilməyib, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunub.

Bu adam o qədər  savadsızdır  ki,  tədris etdiyi fənnə aid sillabusunda  olan  istənilən  bir  mövzu ətrafında beş dəqiqə belə danışmaq qabiliyyəti yoxdur.  

Məlumdur ki, Gəncə Regional Kolleci, eyni zamanda Gəncə Musiqi Kolleci Gəncə Dövlət Universitetinin tərkibinə verilib. Rektor Yusif Yusibov bu şəxsi  Gəncə Musiqi Kollecinə direktor təyin etdirdi. Maşınqayırma  ixtisasını bitirmiş İlqar Kubışev Yusif  Yusibovun təqdimatı ilə Gəncə Musiqi Kollecinə direktor təyin edildi.

 Maraqlıdır, maşınqayırma hara, musiqi hara? Səbəb aydındır, İlqar Kubışev orada Yusif Yusibovun açdığı bazarda kassir rolunu oynayırdı. Qısa  bir  müddət  ərzində İlqar Kubışev orada elə bir şərait yaratdı ki, bütün müəllim kollektivi onun əleyhinə üsyana qalxdı. Bundan sonra nazirliyin  əmri ilə İlqar Kubışev həmin vəzifədən qovuldu   yenidən Gəncə Dövlət Universitetində rektor köməkçisi işləməyə başladı.

Daha  sonra Gəncə Dövlət Universitetinin rektoru öz qardaşı Maliyyə Nazirliyinin sabiq Aparat rəhbəri Cavanşir Yusibovun köməkliyi ilə Gəncə  Regional  Kollecinin direktoru  Fəxrəddin  Zeynalovun  torbasını tikdi və onun işdən azad olunmasına nail oldu. Yusif Yusibov dərhal təqdimat verib İlqar Kubışevi həmin kollecə direktor təyin etdirdi. Yenə də Musiqi Kollecində olduğu kimi Gəncə Regional Kollecdə də kollektiv bu adamın əleyhinə qalxdı.

Nəticədə  korrupsiya  əməllərinə görə Təhsil Naziri Emin Əmrullayevin əmri ilə yenidən İlqar Kubışev vəzifədən qovuldu. 

Maraqlıdır, Təhsil Naziri Emin Əmrullayev işindəki ciddi korrupsiya faktlarına görə töhmət verib İlqar Kubışevi inn qovur. İlqar  Kubışev  isə öz yaxın adamları vasitəsilə Yusif Yusibovun dəstəyi ilə kollecə Emin Əmrullayev tərəfindən direktor təyin edilmiş Xoşqədəm Xudiyevaya qarşı təxribat  törədir, kollecdə normal iş prosesinə mane olur.

İlqar Kubışev  direktorluqdan  azad  olunduqdan sonra Gəncə Dövlət  Universitetində  işləmir. Lakin buna  baxmayaraq Yusif Yusibov  onu vəzifədən  azad olunmuş tədris  işləri üzrə prorektor Şahin Xurşudovun kabinetində oturdub. İlqar Kubışev Gəncə Dövlət  Universitetində  imtahanların gedişinə nəzarət edir, bütün  məsələləri  o həll edir.

Bu barədə sosial şəbəkələrdə və müxtəlif saytlarda məlumat dərc olunduqdan sonra  Yusif Yusibov əsəbi şəkildə əzələ nümayiş etdirərək əmr verib İlqar Kubışevi rektorun müşaviri təyin etdi. Hal-hazırda rektor Yusif  Yusibovun 5 prorektoru, 2 köməkçisi və 3 müşaviri var. Heç nazirlikdə bu qədər mənasız ştatlar yoxdur.

Rektor  isə açıq-aşkar təhsil naziri Emin Əmrullayevə meydan oxuyur. Təhsi Nazirinin işində korrupsiya əməlləri olduğuna görə töhmət verib vəzifədən qovduğu bir şəxsi yenidən yüksək vəzifəyə təyin edir.

Bundan başqa ötən il Yusif Yusibov Türkiyə ali məktəblərinə tələbə qəbulu ilə məşğul olan Seymur Meşaik ilə "razılaşıb" Universitetə Elmi Katib təyin etdi. İndi isə həmin Seymur Meşaiki  tədris  işləri üzrə prorektor təyin etdirmək istəyir. 

Rektor isə ölkə Prezidentini belə aldadaraq, İlqar Kubışevə Tərəqqi medalı verilməsinə nail olub. Sual yaranır, hansı xidmətlərinə görə???

Gəncə Dövlət Universitetində olan rektor özbaşınalığının qarşısını almağın zamanı nə vaxt gələcək????? Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam