Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Tehranın çobanyastığı falı -Görüşə getməkmi, getməməkmi...

news content

ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqların tərəfdarı olduğunu bildirir. Prezidentliyinin birinci dönəmindən fərqli olaraq, bu dəfə o, sülhsevər olduğunu nümayiş etdirməyə cəhd göstərir. 

Yenixeber.org: Bu ilin aprelində İran nümayəndələri ilə ABŞ təmsilçilərinin Omanda və İtaliyada keçirdiyi birbaşa olmayan görüşlərlə Ağ ev mövqeyini ortaya qoymuş sayıldı. Rəsmi Vaşinqton bəyan edir ki, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək. Görüş və danışıqlar da bu məsələni əhatə edir. Tehran isə bildirirdi ki, yalnız nüvə proqramı üzrə müzakirə aparacaq. 

Beşinci görüşdən sonra ABŞ İslam Respublikasına “nüvə proqramını tamamilə dayandır, zənginləşdirilmiş urana dair məsələni isə başqa ölkənin ərazisində konsorsiumla həll edin” təklifini verdi. Bu barədə düşünmək üçün Tehrana möhlət belə verildi. Ancaq ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamənei Donald Trampa inanmadığını, onun “İranı aldatdığını” bildirdi. 

Bunun ardınca Tehran rəsmiləri və mediasının qarşı tərəfə hədələyici ritorikasına sanki “başla!” əmiri verildi. 

İsrail və ABŞ də sakit durmadı. Onların da rəsmiləri hədələri ilə seçildi. Nəhayət, söz savaşı real müharibəyə çevrildi.

ABŞ-nin yardımı və hər cür dəstəyi ilə davam edən İran-İsrail müharibəsi münasibətlərdəki gərginliyi azaltmayıb. Bununla belə Vaşinqtonla Tehran arasında danışıqlar, görüşlərə dair çobanyastığı falı davam edir. 

ABŞ İranla birbaşa danışıqlar aparmaq istəyini, Tehranda buna hərbi hədə edilmədən hazır olduğunu bildirir. 

İsrail KİV-i gələn həftə ABŞ və İran arasında Norveçdə danışıqların keçiriləcəyi barədə xəbər yayıb. Qeyd olunub ki, hazırda Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff İslam Respublikasının xarici işlər naziri Abbas Ərakçi ilə danışıqların bərpasını müzakirə edir. Bildirilib ki, bu barədə İsrail hökuməti bir neçə gün əvvəl məlumatlandırılıb. Vaşinqtona səfəri zamanı İsrailin strateji məsələlər üzrə naziri Dermer Ağ Ev nümayəndələri ilə ABŞ və yəhudi dövlətinin birgə nailiyyətlərini qorumaq məqsədilə bərpa edilmiş danışıqlarda, İsrailin fikrincə, müəyyən edilməsi vacib olan qırmızı xətləri müzakirə edib. 

İran da ABŞ ilə danışıqların tezliklə bərpasını istisna etməyərək, "qapıları açıq" saxladığını bildirib. 

Donald Tramp bildirib ki, Tehran görüşün mümkün qədər tez keçirilməsini istəyir. 

Danışıqlarla bağlı başqa bir xəbərdə qeyd olunub ki, Səudiyyə Ərəbistanı ABŞ ilə İran arasında danışıqların bərpasına dair Vaşinqtonla danışıqlar aparıb. Krallığın müdafiə naziri Xalid bin-Salman ABŞ-yə gizli səfər edərək, ölkə rəsmiləri ilə İran və Qəzza müharibəsinə dair danışıqlar aparıb. Görüşdə ABŞ prezidenti Donald Trampla yanaşı, onun xüsusi nümayəndəsi Stiv Uitkoff və müdafiə naziri Pit Heqsetin iştirak etdiyi də qeyd olunub. Əsas müzakirələr İranla gərginliyin azaldılması, danışıqlar masasına qayıtmağa çalışmaq və Qəzza müharibəsinə son qoyulması mövzularını əhatə edib. Səudiyyəli nazirin Trampla görüşdən sonra İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Əbdürrəhim Musəvi ilə telefon əlaqəsi saxladığı da vurğulanıb. 

Bu günlərdə İran və Norveçin XİN rəhbərləri də müharibə və ondan sonrakı vəziyyəti müzakirə ediblər. Abbas Ərakçının norveçli həmkarı Espen Bart Eide telefon danışığında gərginliyin azaldılması və böhrandan çıxış yolu tapmağa çağırıb. 

İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi də danışıqlardan bəhs edib: “Amerika İsraili dayandırmalı və məntiqlə belə nəticəyə gəlməlidir - qarşılıqlı hörmətlə danışıqlar aparmaqdan başqa yol yoxdur. Düşmənlərimiz artıq İran və iranlıları müharibə yolu ilə qeyri-qanuni və aqressiv tələblərə boyun əydirmək illüziyası altında qala bilməzlər".

Bu il olduğu kimi, prezidentliyinin birinci dönəmində də Donald Tramp İrana danışıqlarla bağlı müraciət etmişdi. İslam Respublikasının keçmiş prezidenti Həsən Ruhani həmin məqamı xatırladaraq, deyib: “Dedim ki, gəl görüşək. Nəticə pis olarsa, mən də pis olacağam... Nə isə, o vaxt alınmadı”.

Görüşün alınmaması doğrudan da pis oldu. İndi ruhani Xameneiyə qarşı üstüörtülü müxalifət rolunda çıxış edir. Onun Prezidentliyi dövründə, 10 il öncə “altılıq”la İran arasında Əhatəli Razılaşma Planı imzalanmışdı. Bir il sonra Donald Tramp prezident seçiləndən sonra ölkəsinin bu müqavilədən çıxartdı. Ondan sonra Ruhani hakimiyyətin başlıca hədəflərindən birinə çevrildi... 

12 günlük savaşdan, yüzlərlə insan itkisindən, onlarla tikilinin dağılmasından, İslam Respublikası iqtisadiyyatının bərbad vəziyyət düşməsindən sonra ABŞ-İran danışığı yenə də aktualdır. Hələ ki çobanyastığının ləçəkləri qurtarmayıb. Ancaq nə baş verir-versin, bir şey aydındır ki, bu işlər görüşsüz-müzakirəsiz bitməz…(pressklub)

Sədrəddin Soltan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam