Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycan-Gürcüstan münasibəti – regional və qlobal maraqları təmin edən əməkdaşlıq -ŞƏRH

 

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu vəzifədə ilk səfərini Azərbaycana edib. O, bununla rəsmi Tbilisinin Azərbaycana önəm verdiyini nümayiş etdirib. Bunu beynəlxalq əlaqələrin regional münasibətlərdən başladığı kimi də dəyərləndirmək olar.

Yenixeber.org: Bölgə ölkələrinin ikitərəfli əməkdaşlığının faydası Azərbaycan-Gürcüstan əlaqələri timsalında təsdiqlənib. Bu münasibət üzərində qlobal səviyyədə bir sıra layihələr reallaşıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilis-Qars, Tanap, TAP kimi layihələr bu fikri təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında ikitərəfli əlaqələrdən də bəhs edib. O deyib ki, Gürcüstan və Azərbaycanın birgə icra etdikləri layihələr daha böyük coğrafiya üçün böyük önəm daşıyır.

Belə bir əlaqənin qurulması isə tərəflərin biri-birinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə hörmətdən, xalqların sülh, mehriban qonşuluq şəraitində yaşamasından keçir.

Hər iki ölkə müstəqilliyini milli azadlıq mübarizəsi nəticəsində əldə edib. 1989-cu ilin aprelin 9-da Tbilisi şəhərində sovet hakimiyyətinə qarşı baş vermiş xalq üsyanını SSRİ rəhbərliyi yatırmağa səy göstərmişdi. Mitinqlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlasa da, nümayişlər respublikanın müstəqilliyi şüarları ilə davam etmişdi. Həmin hadisələr nəticəsində 21 nəfər həlak olmuş, yüzə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

 

1990-cı il yanvarın 20-də kommunist-sovet rejimi Bakıya hərb qüvvə yeridərək milli azadlıq mübarizəsini qanla boğmağa cəhd göstərmişdi. Ancaq bu hadisələr Azərbaycan və Gürcüstan xalqlarının mərkəzdənqaçma istəklərini gücləndirmişdi. Hər iki ölkənin müstəqillik tarixində bu, şərəfli hadisədir. Odur ki, Azərbaycanla Gürcüstanın birləşdirən ortaq hədəf və maraqlar yeni uğurlar qazanmağa imkan yaradır.

Son 36 ildə bu ölkələr oxşar tale yaşayıb.

Prezident İlham Əliyev Mixeil Kavelaşvilinin ilk səfərini Azərbaycana etməsini yüksək qiymətləndirərək deyib: “Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir”.

Azərbaycan Prezidenti bildirib ki, dövlətlərin münasibətləri də yüksək səviyyədədir.

Bu əlaqə ölkələrin mühüm regional və qlobal səviyyəli layihələri birgə həyata keçirmələrinə imkan verir.

Azərbaycan-Gürcüstan əməkdaşlığı Avropanın təhlükəsiz enerji təminatından mühüm rollardan birini oynayır. Dövlət başçısı bu məsələyə də diqqət çəkərək deyib: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”.

 

İki ölkə arasında yüksək səviyyəli əlaqə, əməkdaşlıq regionda Orta Dəhliz layihəsinin həyata keçirilməsinə töhfədir. Azərbaycanla Gürcüstanın bir-biri ilə anlaşması iqtisadi, energetika, infrastruktur layihələrinin reallaşmasına təkan verməklə yanaşı, Cənubi Qafqazda sülhə, əmin-amanlığa da xidmət edir.

Ermənistanın Azərbaycan torpaqlarını uzun müddət işğal altında saxlaması belə Bakı-Tbilisi əlaqələrinin inkişafına, möhkəmlənməsinə mane ola bilməyib. Ermənilərin bu davranışı Cənubi Qafqazın beynəlxalq aləmdəki nüfuzuna zərbə vurub. Ermənistanın pozuculuq, işğalçı fəaliyyəti Azərbaycan-Gürcüstan birgə və iştirakçısı olduqları layihələrin icrasına əngəl ola bilmədi. Əksinə, o, regional və qlobal əhəmiyyətli layihələrdən kənarda qaldı. Bu da Ermənistanın iqtisadi, energetika, infrastruktur planlarının icrasında beynəlxalq miqyasda dəyərinin olmadığını göstərir.

“Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”, - Prezident İlham Əliyev vurğulayıb.

 

Mixeil Kavelaşvili də iki ölkə arasında çoxşaxəli əlaqələrdən bəhs edərək bildirib ki, bu dostluq və strateji tərəfdaşlıq xüsusi və nümunəvidir: “Sizi əmin etmək istərdim ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək”.

Gürcüstan Prezidenti əminliklə deyib ki, yüksək səviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstan və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək: “Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”.

Gürcüstanlı qonaq Azərbaycanla Gürcüstanın bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçirdiyini, bunun da bütün dünya üçün regionumuzu daha da cəlbedici etdiyini vurğulayıb.

Azərbaycanla Gürcüstan arasında münasibət ticarət dövriyyəsinin artmasında da özünü göstərir. Bu ilin yanvar-fevral aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 213,195 milyon dollar təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki faiz çoxdur. Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi isə ötən il 1,3 milyard dolları ötüb.

 

İki ölkə arasında mövcud münasibət Ermənistanın iştirakı olmadan belə regiona dünyanın marağını artırıb. Bununla belə Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni əməkdaşlıq təşəbbüsü ilə çıxış edib.

Aprelin 17-də Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçirilib. Görüşdə məqsəd üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaq, üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoymaqdır.

Bu müzakirə də Azərbaycan-Gürcüstan əməkdaşlığının nəticəsi sayıla bilər. Hadisələr Bakı-Tbilisi əməkdaşlığının regional və qlobal miqyasda maraqları təmin etdiyini bir daha isbatlayır.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam