ABŞ-ın Çini təkləmək strafegiyası-dördlük genişlənə biləcəkmi?

‘’Tramp- Çin qarşıdurmasında üçüncülərin böhranı’’ başlıqlı yazımızda qeyd edmişdik ki, Birləşmiş Ştatlar dünya neft bazarında hasilatın artması ilə qiymətə təsir etmək istəyir. Bu zaman Çinin daha ucuz neft almaq imkanı yaranır ki, bu da Vaşinqtonun siyasətinə uyğun deyil.
Yenixeber.org: Bu mənada biz ABŞ xarici işlər naziri Mark Rubionun özünün diplomatik fəaliyyətinə Quad - ABŞ, Avstraliya, Yaponiya, Hindistan XİN-nin toplantısı ilə başlamasına diqqət çəkməliyik. Biz ötən yazıda həm də onu qeyd etmişdik ki, ABŞ Çinin enerji bazarındakı yeni planlaşdırılan üstünlükdən yararlanmaması üçün əlindən gələni edəcək. Yəni Quad formatında görüş bu qəbildən hesab edilə bilər. Söhbət nədən gedir?
Hindistan faktoru
Çinin demoqrafik baxımdan rəqibi olan Hindistan ondan fərqli olaraq, açıq-demokratik sistemə sahibdir. Bu Çinə qarşı mübarizə aparan Qərb koalisiyasının işini xeyli asanlaşdırır. Çünki Çinə qarşı seçilən əsas müttəfiqin başqa günahlarını ‘’ört-basdır’’ eləməyə elə də dərin ehtiyac yaranmır. Hindistan Çini özü üçün ciddi təhlükə görür. Bu həm də iqtisadi meydanda özünü göstərir. Məsəl üçün alternativ ‘’İpək Yolu’’nun başlanğıcı Hindistan kimi nəzərdən keçirilir. İran Çinlə bağladığı müqaviləni Qərbin aqressiyasını çəkməmək üçün de-fakto dayandırıb, Hindistanla yeni müqavilələr imzalayır. Bir sözlə, Hindistan Çinlə insan faktoru- əmək resursu, insasn faktoru- intellektual resurs, regional faktor- bölgə ölkələri ilə ittifaq, qlobal faktor-Qərblə ittifaq müstəvilərində əsas rəqibdir və ondan daha şanslı görünür. Əsas şansının daha azad cəmiyyət olması və inkişaf üçün yeni texnologiyalara çıxış imkanının olması qeyd edilir.
Yaponiya faktoru
Yaponiya Çin və Rusiya kimi imperiyaların parçalanmasında maraqlı olduğunu rəsmən ifadə etmiş ölkədir. Əldə etdiyi yüksək texnologiyalar və təhsil sistemi ilə Asiya Sakit Okean hövzəsinin ən qabaqcıl ölkəsidir. ABŞ-ın yaxın müttəfiqidir.
Avstraliya faktoru
Sakit Okean hövzəsinin ən inkişaf etmiş ölkələrindən biridir. Burada ən ciddi faktor dəniz ticarəti məsələsində ən üstün imkanlara malik ölkələrdəndir.
ABŞ Quad-la nə etmək istəyir?
Strateji olaraq görünən odur ki, Quad Sakit Okean ölkələri arasında Çinin əlaqələrini zəiflətmək və orada daha geniş tərkibli anti-Çin koalisiyası yaratmaq, nəticədə Çini dənizlərdən maksimum uzaq tutmaq və onun ticarət yolları üzərindəki nəzarət siyasətini dayandırmağa nail olmaq istəyir. Bununla da neftin qiymətinin düşməsindən çox qazanmaq imkanı əldə edən Çini, maksimum öz qınına doğru çəkilməyə məcbur etmək strategiyası güdür.
Orta Asiya- Xəzər-Qara Dəniz yolu necə olacaq?
Çinin dünyaya başqa bir çıxışı isə son illər üzərində dayanılan ‘’ bir yol, bir kəmər’’ adlanan layihədir. Bu yolun bir hissəsi də Orta Asiyadan Xəzərə, buradan isə Qara dənizə çıxır. ABŞ- Panama danışıqlarında bu layihənin necə əsəbə səbəb olduğunu ötən yazıda yazmışdıq. Panama rəsmən bu layihədəki iştiraklarına yenidən baxacaqlarını dedi. Yəni Azərbaycanın da bu məsələyə yenidən baxması vacib olacaq. Çinki yeni İqtisadi şəkillənmə həm də açıq cəmiyyətlərlə işləmək zərurətini ortaya qoyacaq. Bunun əssası isə təbii ki, qarantiyalı məhkəmə və şəffaf medianın şərt olmasıdır. Çünki, başqa halda münasibətləri və mübahisələri aydınlaşdırmaq olmur. Bu halda isə sərmayə özünü rahat hiss etmir.
Seymur Həzi