Redaktor seçimi
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Günün xəbəri

Tramp-Çin qarşıdurmasında üçüncülərin böhranı -ANALİZ

2025/01/1737447051.jpg
1-ci yazı
       ABŞ və Çin arasında iqtisadi sahədə gözlənilən gərginlik nəhayət ki, yeni bir situasiya yaratdı.
Yenixeber.org: Ağ Evdəki vəzifəsinə yeni başlayan xarici işlər naziri Mark Rubionun Panama səfərindən dərhal sonra ikinci tərəfin Çinin “bir yol, bir kəmər” layihəsinə yenidən baxa biləcəklərinə dair verdiyi bəyanat bunu deməyə əsas verirdi ki, bəzi məsələlər söz olaraq qalmayacaq.
           İlk cavab
Çin ABŞ-dan idxal edilən qaz və kömürə 15%, neft və kənd təsərrüfatı texnikasına isə 10% gömrük rüsumu tətbiq etdi. Bu, Trampın Çin məhsullarına qoyduğu 10%-lik gömrük rüsumuna cavab olaraq atılan addımdır.
Əlbəttə, bu fakt dünyanın o başına aid olsa da, bizim regionumuz üçün də düşünməyə vadar edən faktdır. Buradan ortaya çıxan bəzi suallara ABŞ-ın yeni adminstrasiyasının dünya siyasəti kontekstində baxa bilərik.
      Yeni adminstrasiyanın yeni dünya siyasəti konsepti nədir? -İşlək dünya
Tramp və onun komandası bu fikirdədir ki, hazırkı beynəlxalq konyuktura və onun mərkəzindəki ABŞ siyasəti yeni çağırışlara cavab vermir. Əksinə, bir çox hallarda ABŞ vergi ödəyiciləri üçün əlavə problemlərə səbəb olur. Buna beynəlxalq təşkilatların, fondların maliyyələşməsindən tutmuş, koalisiyaların idarə olunmasındakı xərclərə qədər bir sıra məsələlər daxildir. Qlobal iqtisadiyyat və enerji resurslarının işlənməsi, bazarda realizə edilməsi məsələsində də yeni adminstasiya daha çox ABŞ mərkəzli bir xətt götürüb. Onlar hesab edirlər ki, ABŞ bu məsələdə son dərəcə aktiv olmalı, hasilat artmalı, enerji resurslarının qiyməti düşməlidir. Rusiya, İran başda olmaqla neft diktaturaları bu yolla qazandıqlarından məhrum olmalıdırlar. Bu məsələdə karlı çıxmaq riski olan Çinə isə, müxtəlif başqa sanksiyalarla qazandığını “qaytarmaq” seansı tətbiq edilməlidir. Avropanın nisbətən qocaman hissəsi isə ABŞ-ı sivilizasiyanın qoruyucu patrulu rolunda görməməli, təhdidləri real qiymətləndirməli, onunla sahədə qarşılaşmaq riskinə daim hazır olmalıdır.
                 Bu siyasət bizə nə deyir?
Panama kanalı məsələsi bu ölkənin “bir yol bir kəmər” layihəsinə yenidən baxmağa vadar edəcəksə, o zaman bu layihə üzrə adı keçən hər kəs yeni konyukturada iki dəfə düşünməli olacaq. O cümlədən, Azərbaycan hökuməti. Bununla belə bu layihə üçün mühüm yol olan Azərbaycan və Ermənistan kommunikasiya xəttlərinin enerji infrastrukturunu təşkil edəcək enerji stansiyalarını ( Qarabağın azad edilmiş regionlarında yaradılan) Çin şirkətləri ilə işləmək məsələsinə yenidən baxmaq lazım gələcək. Çin əlbəttə, mühüm iqtisadi tərəfdaşdır, amma onunla harada, nəyi və necə işləməyi artıq iki dəfə düşünmək də az olacaq.
İkinci məsələ, Azərbaycanın iqtisadiyyatının vaxtında şaxələndirilməməsinin yeni vəziyyətdə yaradacağı ağır nəticələrdir. İllərdir neft-qaz və neft-qaz infrastruktru üzərində qurulmuş ixrac- büdcə siyasəti indi dalana dirənmək üzrədir. Qeyri-neft sektoru, təhsil sektoru demək olar ki, işlənməyib, əksinə ənənəvi yolla davam edən aqrar sahə də məmur-oliqarx müdaxiləsi ilə çökdürülüb. Ölkə əhalisinin böyük hissəsi Bakıya və bakıətrafına köçməklə həm yerləşmə, həm də sosial həyatın təşkili sistemsiz, xaotik, bir çox hallarda isə böhranlı vəziyyət alıb. Belə bir vəziyyətdə neft-qaz bazarında qiymətin düşməsi və hasilatın artması ölkə üçün yeni risklər yarada bilər.
                     ABŞ Avropadan çəkilirsə?
Birləşmiş Ştatların yeni xarici siyasətində Avropadan çəkilmək xətti o demək deyil ki, burada Rusiya təsir zonası yaranacaq. Bunun belə olmayacağını Britaniya ilə Ukrayna arasındakı 100 illik saziş və Avropa Birliyinin böyük ölkələrinin “Avropanın hər qarışı üçün savaşacağıq” bəyanatarı və buna müvafiq siyasətləri göstərir. Bu mənzərdə isə Azərbaycan hökuməti Avropa Birliyinin böyük ölkələri ilə diplomatik dilin xaricində bir siyasət aparması ilə seçilir. Britaniya ilə əlaqələr indiki hakimiyyət üçün müəyyən imkanların yarana biləcəyinə ümid yaradır, amma Britaniya indiki Rusiyanın olmadığı bir dünya düşünürsə, "Azərbaycan hökuməti özünü o dünyada düşünürmü?” sualı da hələ ki açıq qalır. Fəqət Rusiyaya qarşı Avropanın vahid siyasəti olacaqsa, Orbanı, Vuçiçi gözardı edən dünya, Əliyev üçün çətin ki, ziddiyyətə girsin.
Seymur Həzi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam