Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

Nüvə sazişi masaya qayıda bilər - Daha bir fürsət

İranla Qərb ölkələri arasında anlaşma baş tutacaqmı?

Yenixeber.org: Nüvə sazişi (Birgə Kompleks Fəaliyyət Planı - BKFP) üzrə danışıqların bərpasının tərəfdarı olan İranın islahatçı Prezidenti Pezeşkiyanın seçilməsi fonunda, İran Oman vasitəsilə ABŞ-la sanksiyaların ləğvinə dair danışıqları davam etdirir. Bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edən Baqiri Kani açıqlama verib.

“ABŞ ilə danışıqlar yolu irəliləyir və biz yeni hökumətdə ciddi hərəkət üçün əlverişli zəmin yaratmağa çalışırıq”, - deyə o bildirib.

BKFP kimi tanınan nüvə sazişi 2015-ci ildə İran ilə 5+1 kimi tanınan ölkələr qrupu (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) arasında imzalanıb. Bu, ölkəyə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində, İranın nüvə proqramına məhdudiyyətləri nəzərdə tuturdu. 2018-ci ilin mayında ABŞ-ın keçmiş Prezidenti Donald Tramp nüvə sazişindən çıxdığını bəyan edib. BKFP-nin bərpası ilə bağlı danışıqlar 2021-ci ilin yazında Vyanada başladı, lakin uğursuz oldu.

Maraqlıdır, İranın yeni Prezidentinin dövründə nüvə sazişinin bərpası şansları nə qədərdir? Bəs, ABŞ-dakı seçki vəziyyəti buna necə təsir edir? Axı, noyabrda Amerikada keçiriləcək seçkilərin nəticəsini proqnozlaşdırıla bilən adlandırmaq olmaz. Tramp BKFP-ya qarşı kəskin mövqe tutdu: o, hakimiyyətə qayıtsa, onun fikirlərinin dəyişib-dəyişməyəcəyini söyləmək çətindir. Baydenin vəzifədə qalacağı təqdirdə bu məsələdə necə davranacağını qiymətləndirmək də asan deyil.

Mövzunu ekspertlərlə müzakirə etmişik.

Azərbaycanlı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah:

“İranın yeni Prezidenti Pezeşkiyanın dövründə nüvə sazişinin bərpası mümkündür. Lakin nəzərə almaq lazımdır ki, konstitusiyaya görə İran İslam Respublikasında birinci şəxs Ali dini liderdir və Prezident ona tabedir.

Pezeşkiyan da seçki kampaniyası zamanı özünü çox düzgün aparıb. Onun ritorikası dini liderin cızdığı qırmızı xətlərin harada olduğunu yaxşı bilən ehtiyatlı, sistemli siyasətçi təsiri bağışlayır və İslam Respublikasının siyasi vektorunu məhv etmək istəyən adam təəssüratı yaratmır.

Bu nöqteyi-nəzərdən, hətta nüvə sazişi üzrə danışıqlar bərpa olunsa belə, Qərb-İran münasibətlərində əhəmiyyətli dəyişikliklərə və ya nüvə danışıqlarında ciddi irəliləyişlərə ümid azdır. Yada salmaq yerinə düşər ki, 20 il davam edən və 2015-ci ildə Vyanada imzalanmış sazişlə başa çatan bu saziş üzrə danışıqlar praktiki olaraq dayandırılmışdı.

ABŞ seçkilərinin nəticəsi bu kontekstdə şübhəsiz ki, İran-ABŞ münasibətlərinə təsir göstərəcək. Nəzərə alsaq ki, əvvəlki islahatçı hökumət dövründə nüvə sazişi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə olunub və hətta yekun saziş 2015-ci ildə Vyanada imzalanıb. Demokratlar seçkidə qalib gəlsələr, ABŞ-İran münasibətləri 2015-ci il səviyyəsinə yüksələ bilər. Eyni zamanda, Trampın 2018-ci ildə dəfn etdiyi Vyana sazişi yenidən canlandırıla bilər”.

Ukraynalı politoloq, Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos:

“Aydındır ki, İranın yeni Prezidenti ABŞ-la danışıqların bərpasında maraqlıdır. O, bu haqda açıq danışır. Ancaq yeni Prezidentin istəyi bir şeydir, siyasi reallıqlar başqadır.

2015-ci il müqaviləsinə qayıtmaq niyə çətindir? İlk növbədə, o vaxtdan bəri kəskin şəkildə dəyişmiş geosiyasi vəziyyətlə əlaqədardır. Razılaşma sayəsində İran Yaxın Şərqdə daha da genişlənmək və yenidən silahlanma proqramının başlanması üçün lazımi resursları əldə edib.

Düşünmürəm ki, Amerika tərəfinin təşəbbüskarları və danışıqlar aparanları belə bir nəticəyə ümid edirdilər. İranın Yaxın Şərqdə geniş mənada artan rolunun səbəbləri 2010-2012-ci illərdə ərəb ölkələrində İran rəhbərliyinin fürsət pəncərəsi gördüyü inqilabların gedişi ilə bağlı idi. Bayden administrasiyası ilə bərpa edilən danışıqlarda əsas tələb İranın ekspansionist siyasətinin sonu oldu. Məlum olduğu kimi, amerikalı müzakirəçilər Tehranla bununla bağlı razılığa gələ bilməyiblər.

Tramp hakimiyyətə gəlsə, İran üçün fürsət pəncərəsi bağlanacaq, bu isə o deməkdir ki, yeni sanksiyalar qaçılmazdır. Bayden administrasiyası danışıqları davam etdirməyə üstünlük verəcək, lakin yenidən seçiləcəyi təqdirdə tələblərin səviyyəsini aşağı salacağı şübhəlidir”.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam