Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:Rəis Cavanşir Vəliyev vətəndaşları soymaqla məşğuldur

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində “açıq bazar”-dır – FOTO/ VİDEOFAKT
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində "rüsum" iki qat artıq-150 manat pul tələb olunur
Yenixeber.org: Redaksiyamıza Ucar şəhəri S. Vurğun küçəsi ev 21 sakini 1-ci dərəcəli əlil Əhmədov Canpolad Qaçay oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində yaşanan korrupsiya, qanunsuzluq əməllərindən bəhs edir. Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində korrupsiya, qanunsuzluq baş alıb gedir. Mənim oğlum Əhmədov Hüseyn 10 iyul 2024-cü il tarixdə özünə məxsus 90-NL-152 nömrəli mersedes markalı avtomobilini texniki baxışdan keçirmək üçün həmin idarəyə gedib. Orada oğlum Hüseyndən avtomobilini texniki baxışdan keçirilməsi üçün 150 manat pul tələb olunub. Ancaq texniki baxış üçün qanunu rüsum 30 manat ultizasiya üçün isə 40 manat olmaqla cəmi 70 manat qanunu rüsüm olsa da Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsində iki qat artıq-150 manat pul tələb olunub.
Oğlum Hüseynə məxsus 90-NL-152 nömrəli mersedes markalı avtomobilin bütün detalları, texniki parametrləri və sənədləri tam qaydasındadır, heç bir nöqsan və çatışmamazlıq yoxdur.
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyev bütün rüsumları öz cibinə uyğun qanunsuz qaldıraraq vətəndaşları soymaqla məşğuldur.
Mən 1-ci dərəcəli əliləm, həyat yoldaşımda həmçinin əlildir. Oğlumuz Hüseyn bizə baxır, avtomobili ilə bizi xəstəxanaya aparıb-gətirir. Bizim maddi imkanımız yoxdur ki, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevə verib, avtomobilimizi texniki baxışdan keçirə bilək.
Hətta iş o yerə çatıb ki, Cavanşir Vəliyev idarənin qarşısına mülki şəxsləri qoyub ki, rüşvəti onların əli ilə ala bilsin. Həmin şəxslər orada 10-15 nəfərdirlər ki, idarəyə gələnləri qarşılayıb Cavanşir Vəliyevin təyin etdiyi rüsümları oxuyub, işi həll edəcəklərini deyirlər. Oğlum Hüseyn həmin dəllalın şəklni çəkə bilib ki, sizə təqdim edirəm.
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən və Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab Ramiz Zeynalovdan çox-çox xahiş edirəm şikayətimi obyektiv araşdırıb, korrupsiya yolu ilə vətəndaşları soyub talan edən Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rüşvətxor rəisi Cavanşir Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz.
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam