Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

Bakının İrəvandan tək tələbi var:əks halda...

Ekspert: “Bu, o anlamı verir ki, Ermənistan Qarabağa qarşı iddialarını, “miatsum” adlı xəstə siyasətini davam etdirir”

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasına hazır olduqlarını deyib. Əksər prinsiplərin razılaşdırıldığını bildirən Paşinyanın sözlərinə görə, İrəvan Alma-Ata Bəyannaməsinə əsaslanan sülhdə maraqlıdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da açıqlamasında qeyd edib ki, bir ay müddətində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına İrəvan hazırdır.

Erməni rəsmilərin açıqlamalarından belə anlaşılır ki, guya Azərbaycan tərəfi sülhdən yayınır. Amma ekspertlər hesab edirlər ki, Ermənistan yenidən bu bəyanatlarla fikirləri yayındırmaq, əslində sülh sazişindən yayınmaq siyasəti həyata keçirir. Çünki Azərbaycan tələb edir ki, Ermənistan Konstitusiyasında dəyişikliklər vacibdir. Çünki qarşı tərəfin ana qanununda Azərbaycana qarşı ərazi iddiası qalmaqdadır. Politoloqlar qeyd edirlər ki, Ermənistan Konstitusiyasında dəyişikliklər edilməsə, imzalanacaq sülh dayanıqlı olmayacaq.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Cavid Vəliyev mövzu ilə bağlı bizimlə müsahibəsində deyib ki, bu gün Ermənistan Konstitusiyası “Müstəqillik Bəyannaməsi” ilə bütünlük təşkil edir:

- Çünki Konstitusiyanın preambulasında qeyd olunur ki, o, “Müstəqillik Bəyannaməsi”nə zidd ola bilməz. Bu Bəyannamə də 1989-cu ildə qəbul edilib və orada Qarabağ “Ermənistanın bir parçası” kimi göstərilir. Yəni ki, ermənilərin “miatsum” dediyi siyasətin “hüquqi tərəfi” məhz budur. Nəzərə almaq lazımdır ki, Ermənistan Konstitusiyası bu dövlətin əsas qanunudur və bir çox məsələ, imzalanan sazişlər, beynəlxalq müqavilələr həm Ermənistan Parlamentində təsdiqlənməlidir, həm də Konstitusiyada təsdiqini tapmalıdır. Məsələn, 2010-cu ildə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması istiqamətində bir müqavilə paraf olunmuşdu. Bu, daha sonra Ermənistan Konstitusiya Məhkəməsinə təsdiqlənmək üçün göndərildi. Konstitusiya Məhkəməsi bunu təsdiqlədi, amma sonda şərh əlavə etdi. Orada göstərilirdi ki, bu saziş Ermənistan Konstitusiyasına və “Müstəqillik Bəyannaməsinə” zidd şərh oluna bilməz. Bu, o deməkdir ki, Ermənistan Türkiyə ilə sərhədləri açır, diplomatik münasibətlər qurulur, amma Türkiyəyə qarşı ərazi iddiası, “soyqırımı” iddiası davam etdirilir. Belə olduğu müddətcə, Ermənistan Konstitusiyası dəyişmədikcə, sülhün qalıcılığı şübhə altında olacaq.

- Yəni Ermənistanın iddiası qaldıqca, sülh də əldə olunmayacaq...

- Tamamilə, doğrudur. Bu, sülhə əngəl olan əsas məsələdir. Həmçinin Ermənistan daxili siyasətində bir mübarizə vasitəsi kimi qalacaq. Tutaq ki, sabah indiki şərtlər çərçivəsində Azərbaycan sülh sazişini imzaladı. Və Ermənistan da öz daxili prosedurlarında yenidən bir şərt qoydu: “Azərbaycanla sülh sazişini təsdiqləyirik, amma bu, Ermənistan Konstitusiyası və “Müstəqillik Bəyannaməsi” ilə ziddiyyət təşkil etməməlidir, zidd şərh oluna bilməz”. Bu, o anlamı verir ki, Ermənistan Qarabağa qarşı iddialarını, “miatsum” adlı xəstə siyasətini davam etdirir. Bununla da imzalanan sülh sazişinin mənası qalmayacaq, dayanıqlı olmayacaq. Biz o sazişi ona görə imzalayırıq ki, sülh əldə edilsin, normal diplomatik münasibətlər qurulsun, əməkdaşlıq olsun. Ermənilərin Qarabağa iddiası qalacaqsa, sülh, əməkdaşlıq mümkündürmü? Əlbəttə, mümkün olmayacaq.

İkincisi, tutaq ki, sülh sazişi imzalandıqdan sonra Ermənistanda hakimiyyət dəyişdi, başqa qüvvələr hakimiyyətə gəldilər. Onlar da bəyan etdilər ki, bu sülh sazişini qəbul etmirlər. O zaman təsəvvür edirsiniz, vəziyyət necə olacaq? Bu gün Ermənistan hakimiyyətinin əleyhdarı olan müxaliflər, revanşist qüvvələr zaman-zaman bildirirlər ki, Paşinyanın atdığı addımlar Ermənistan Konstitusiyasına ziddir. Paşinyan hakimiyyəti bu Konstitusiyanı, parlamentinin qəbul etdiyi qərarları dəyişmədiyi müddətdə sülh sazişinin mənası yoxdur. İrəvan həqiqətən barış istəyirsə, o zaman Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Bakının başqa bir tələbi yoxdur.

- Rəsmi İrəvan Konstitusiyada dəyişiklik etmək üçün siyasi iradə tapacaqmı və ümumiyyətlə, bunda maraqlıdırmı?

- Maraqlı olduqları hakimiyyət nümayəndələri tərəfindən zaman-zaman səsləndirilir. Nə qədər səmimidirlər? - Onu demək çətindir. Amma Nikol Paşinyan, parlament sədri Alen Simonyan mütəmadi olaraq konstitusiya dəyişikliklərinin zəruri olduğunu söyləyirlər, sanki cəmiyyəti buna hazırlayırlar. Amma erməni müxalifəti buna qarşıdır və hazırkı etirazlar fonunda referenduma getmələri bir qədər çətin görünür. Lakin bu məsələlər Azərbaycanın problemi deyil. Sülh sazişinin olması üçün Ermənistan rəsmən ərazi iddiasından imtina etməlidir. Barış istəyirlərsə, ölkələrinin inkişafını istəyirlərsə, Paşinyan özündə siyasi iradə tapmalı, məsələni yoluna qoymalıdır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam