Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Çip Uğrunda Mübarizəyə Qoşulur -ŞƏRH

 Amerika Birləşmiş Ştatları bir sıra ölkə kimi çip istehsalına əhəmiyyət verməyə başlayıb. Bu məqsədlə ABŞ prezdenti Cozef Bayden Intel-i ölkə boyu kompyuter çipi zavodları üçün 8.5 milyard dollar birbaşa maliyyə və 11 milyard dollar kreditlə təmin edən razılığı alışlayıb. Ağ Ev sahibi bu sərmayəni Amerikanın gələcəyi üçün vacib adlandırıb.

Yenixeber.org: ABŞ-ın hədəfi 2030-cu ilə qədər çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməkdir. ABŞ hazırda çipləri müxtəlif ölkələrdən idxal edir ki, bu da Amerika üçün böyük qüsur sayılır. Çip istehsalına malik olmaması Amerika üçün təhlükəsizlik riski kimi dəyənləndirilir. Dünya çip istehsalında lider ölkələrdən biri Çindir. Vaşinqton isə Çinin əsas təhlükəsizlik təhdidi kimi qiymətləndirir və bu ölkənin çip ixracına mane olmağa çalışır.

Bu arada, Bayden administrasiyası telekommunikasiya nəhəngi olan “Huawei Technologies Co” şirkəti ilə əlaqəli bir sıra Çin yarımkeçirici şirkəti qara siyahıya salmağı düşünür. Vaşinqton bununla Pekinin süni intellekt və yarımkeçirici ambisiyalarını məhdudlaşdırmaq istəyir. “Bloomberg” agentliyinin xəbərinə görə, Vaşinqtonun qara siyahıya salacaq şirkətlər arasında “Qingdao Si’En”, “SwaySure”, “Shenzhen Pensun Technology Co” var.

Vaşinqton Çinin çip istehsalçılarına qarşı sanksiyaların tətbiqini də planlaşdırır. Çünki Vaşinqtonda hesab edirlər ki, Çinin yarımkeçiricilər istehsalı ilə məşğul olan şirkətlər “Huawei”in məhdud avadanlıq əldə etməsinə kömək etmək üçün proksi kimi çıxış edirlər.

ABŞ hökuməti Hollandiya, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla müttəfiqlərinə Çinin yarımkeçirici texnologiyasına girişinə məhdudiyyətləri daha da sərtləşdirmək məqsədilə təzyiqləri artırıb. “Huawei” bu kampaniyanın, eləcə də Pekinin Qərb texnologiyasından asılılığını azaltmaq səylərinin mərkəzində dayanan şirkətlərdən biridir. Beləliklə, beynəlxalq aləmdə çip istehsalı və bazarı uğrunda mübarizə getdikcə sərtləşir.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam