Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

FRANSA TƏK QALDI, PAŞİNYANIN BAŞQA MASASI QALMADI –Almaniya Azərbaycanın mövqeyini dəstəkləyir

Azərbaycan oktyabrın 5-də Qranada şəhərində keçirilən Avropa Birliyi Siyasi Sammiti çərçivəsində beştərəfli görüşdə iştirak etməkdən imtina edib. Bu görüşdə Avropa ittifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etməli idi.

Yenixeber.org: Rəsmi Bakı hər iki Avropa ölkəsinin, habelə Aİ rəhbəri Şarl Mişelin Azərbaycana qarşı qərəzli münasibətini əsas gətirib görüşə qatılmaqdan imtina etdi. Azərbaycan rəhbərliyinin Türkiyə lideri R.T.Ərdoğanın görüşdə iştirak etməsi tələbi Şolts və Makron tərəfindən qəbul olunmamışdı. Bakının qərarı tamamilə məntiqli və anlaşılandır, sülh sazişi haqda adi fikir mübadiləsi xarakteri daşıyan “ermənipərəst masada” iştirak etməyə hər hansı lüzum yox idi.

Azərbaycanın bu demarşı Bakının ümumilikdə Qərbin sülh danışıqları formatından çıxması anlamına gələ bilərmi? 

Bu sual aktualdır və iki gündür ekspertlərin əsas müzakirə mövzusudur. Qərb formatı dedikdə 2022-ci ilin dekabrının 15-də əsası qoyulan, Şarl Mişelin moderatorluğu ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında başlayan, daha sonra Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində davam etdirilən müzakirələrdir.

Qranda görüşündə iştirakdan imtina ilə bağlı gətirilmiş rəsmi əsaslandırmalarla yanaşı Azərbaycanın Brüssel formatında sülh danışıqlarının davam etdirilməsi niyyəti də ifadə olunmuşdu. Oktyabrın 4-də Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevlə apardığı telefon danışığı vəziyyətə daha geniş aydınlıq gətirdi. Müzakirələrlə bağlı açıqlanan rəsmi informasiyada diqqətçəkən bir neçə məqam var:

- Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O, vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir;

- Almaniya kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət qiymətləndirir;

- Prezident İlham Əliyev isə Azərbaycanın regional sülh gündəliyinə sadiqliyini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan Brüssel prosesini yaxından dəstəklədiyini vurğulayıb.

Beləliklə, Almaniya mövqeyini Fransanın Azərbaycana qarşı qərəzli, Ermənistana isə açıq dəstəkli mövqeyindən xeyli fərqləndirib. Bu, Qarabağda keçirlən antiterror əməliyyatının legitimliyinin rəsmi Berlin tərəfindən qəbul olunmasıdır.

İkinci mühüm amil: Kansler Şolts Azərbaycanın Fransa siyasi rəhbərliyinin qərəzli mövqeyinə görə Bakının Qərbə demarşını anlayışla qarşılayır və onu haqlı sayır, Makronla eyni mövqeni bölüşmədiyini ifadə edir. 

Üçüncü mühüm amil: Brüssel sülh formatının davam etdirilməsinə Almaniya dəstəyini ifadə edir və bu, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.

Dördüncü amilə gəldikdə, bu, Almaniya hökumətinin BMT missiyası tərəfindən Qarabağdakı son vəziyyətlə bağlı hazırlanan ilkin rəyi qəbul etməsidir. Qeyd edək ki, Fransa və erməni lobbisinin dəstəkçiləri BMT missiyasının Xankəndinə səfərini görməzdən gəlməyə çalışırlar.

Beləliklə, Fransanın Azərbaycana qarşı formalaşdırmağa çalışdığı vahid Avropa mövqeyi darmadağın olundu. İttifaqın iki əsas ölkəsindən biri olan Almaniya son günlərdəki bəzi qərəzli bəyanatlara rəğmən praqmatik mövqe nümayiş etdirə bildi. Bu, Azərbaycana qarşı sistemli təzyiq siyasətinin iflasından xəbər verir.

Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqlarının davam edəcəyi gözləniləndir. Əlbəttə, Bakının bəzi əlavə tələbləri ola bilər. Bu da Paşinyan hökumətinin Qarabağda “etnik təmizləmə” qarayaxmasından, bu kontekstdə Azərbaycana qarşı Beynəlxalq Cinayət Məhkəməsində irəli sürülən iddiadan imtina etməsi, habelə Qarabağda ləğv olunmuş hərbi xuntanın cinayətkar başçılarını müdafiəsini dayandırması ilə bağlı ola bilər. Hazırda olduqca mürəkkəb vəziyyətdə olan Paşinyan hökuməti üçün Azərbaycanla sülh müqaviləsi nə qədər vacibdirsə, Azərbaycan bir o qədər rahatdır, tələsmir. Əlbəttə, Bakı ədalətli sülhdən yana olduğunu dəfələrlə bəyan edib, dünən də Prezident Almaniya kansleri ilə söhbətdə onu təkrarlayıb. Amma sülh razılaşması Azərbaycanın milli təhlükəsizliyinə, suverenliyinə, regiondakı maraqlarına təhdid yaradan bürtün amillər aradan qalxdıdan sonra imzalanmalıdır.

Bir sözlə, Brüssel formatının qorunub-saxlanılmasında Ermənistan rəhbərliyi daha çox maraqlı olmalıdır. Çünki Prezident V.Putinin həbsi öhdəliyi yaradan Roma Statunu qəbul etdikdən sonra Moskva ilə körpüləri yandıran Paşinyan iqtidarı üçün başqa masa qalmayıb.(Azpolitika)

E.Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam