Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Pekin Avropanın Gələcəyindən Niyə Narahatdır? -ANALİZ

Yenixeber.org: Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Çinə Qərblə münasibətlərdə əlavə problemlər yaratsa da, Pekin Kremlin siyasətini açıq və gizli şəkildə dəstəkləməkdə davam edir. Bunu bir neçə gün əvvəl Pekində Rusiya ilə birgə keçirilən konfransda səslənən çıxışlar da sübut edir.

Çinin məşhur “Jenmin Jibao” qəzetində yayımlanan baş məqalədə NATO-nun Rusiyaya qarşı “təxribatlarının” dünya üçün ciddi problemlər yaradacağı bildirilib. Söhbət  NATO-nun Almaniyada keçirilən “Air Defender 23” təlimlərindən gedir. Məqalədə Ukraynadakı müharibənin qlobal ərzaq və enerji böhranına yol açdığı yazılıb: “Vəziyyə onsuz da ağırdır. Avropa iqtisadiyyatı hazırki siyasi, sosial və etnik fərqliliklər fonunda uçurumun dibinə yuvarlanacaq. NATO-nun “özbaşınalığı” Avropa İttifaqı ölkələrinə baha başa gələcək. Şimali Atlantika Bloku Avropa və dünya təhlükəsizliyinə ciddi təhdidə çevrilib”.

Pekinin Avropanın gələcəyindən “narahatlığının” bir neçə səbəbi var.

Birincisi, Avropa və ABŞ Ukraynanın qələbəsini və Rusiyanın məğlubiyyətini arzulayırlar və bu məqsədlə Kiyevə hərtərəfli dəstək verirlər. Bu dəstək hər keçən gün artır. Digər tərəfdən NATO-nun təlimlərinin sayı artıb. Bunlar ona görə baş verir ki, Rusiya Ukraynanı işğal etsə, bu Avropa qitəsi üçün ciddi təhdid yaradacaq, Kremlin başqa dövlətləri də işğal etmək həvəsi artacaq. Bu səbəbdən Avropa İttifaqı və NATO Rusiyaya qarşı müqavimət gücünü artırır. Bu normal bir prosesdir. Ancaq bu proses Kremli kimi Pekini də narahat edir. Çünki Pekində hesab edirlər ki, Rusiyanın məğlubiyyətindən sonra Qərbin növbəti hədəfi Çin olacaq. ABŞ və Avropa İttifaqı indinin özündə də Rusiya ilə yanaşı Çinin xarici və təhlükəsizlik siyasətini, o cümlədən uyğurlara qarşı tətbiq edilən zorakılıqları sərt tənqid edirlər.

İkincisi, Çin Avropadakı yatırımlarından və köhnə qitənin ölkələri ilə ticarət əlaqələrinin zəifləyəcəyindən narahatdır. Çünki Ukrayna müharibəsi fonunda NATO güclənir və ABŞ-ın Avropada təsir gücü artır. Vaşinqton isə Avropanın Pekinə qarşı da siyasətini sərtləşdirməsini istəyir.

Üçüncüsü, Vaşinqton NATO-ya bənzər təhlükəsizlik sistemini Çinin ətrafında da formalaşdırmağa çalışır. Çinə qonşu olan ölkələr – Hindistan, Yaponiya, Avstraliya kimi ölkələr Pekinin regional siyasətindən narazıdırlar və təhlükəsizlik sahəsində ABŞ-la sıx əməkdaşlığa üstünlük verirlər. Hindistanın baş naziri Narendra Modi bugünlərdə Amerikaya rəsmi səfər etmiş və Vaşinqtonda müxtəlif görüşlər və müzakirələr keçirmişdi. Pekin bu səbəblərdən NATO-nün təlimlərinin və Avropanın ABŞ-ın təsirindən uzaqlaşmasının tərəfdarıdır.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam