Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Mazımçay Gömrük Postunda sərhədçilər belə işləyir-Azərbaycan və Gürcüstan prezidentlərinə MÜRACİƏT

 Yenixeber.org: Redaksiyamıza Gürcüstan Respublikası, Marneuli rayonunda yaşayan Kənan İsmayılovun Azərbaycan və Gürcüstan prezidentlərinə ünvanladığı müraciətin surəti daxil olub. Müraciətdə Balakən gömrük postunda Azərbaycan Dövlət Sərhədd Xidməti əməkdaşlarının özbaşınalığından, TİR-ların qanunsuz buraxmamasından bəhs olunur.

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik: 

"Çox hörmətli prezidentlər – cənab İlham Əliyev və xanım Salome Zurabaşvili!

 Nəzərinizə çatdırıram ki, mən bir sürücü olaraq özümə məxsus ( RN 072RN nömrəli) TIR avtomobilimlə dövlətlərarası müxtəlif yüklərin daşınması ilə məşğul oluram.  Budur, növbəti dəfə 9 ədəd müxtəlif markalı minik avtomobillərini Gürcüstan ərazisindən Azərbaycan ərazisinə keçirmək istəyərkən 27 aprel, saat 12-də Gürcüstan tərəfi sənədlərimin qaydasında olduğuna görə məni sərhəddən buraxmışdır. 27 aprel gecə də Azərbaycan dövlət sərhəddində yerləşən gömrük əməkdaşları da sənədlərimin qaydasında olduğunu bildirərərək “yaşıl işıq” yandırmışlar. Lakin çox təəssüflər olsun ki, Azərbaycan Dövlət Sərhədd Xidməti əməkdaşları məni müxtəlif bəhanələrlə 2 gündür ki, əsassız olaraq saxlayırlar. Əvvəl bəhanə etdilər ki, hələlik buraxmırıq, ona görə ki, Qaradağ rayonu ərazisində yerləşən və “Meyvəli” adlanan ərazidəki, Dövlət Qeydiyyat İdarəsində avtomobillərin sayı çox imiş, ona görə, sonrakı gün də müxtəlif bəhanələr uydurdular. Yəni bunların məqsədi budur ki, bu gün, yəni 29 apreldə saat 12-də vaxt bitsin və məni Azərbaycana buraxmasınlar ki, bəs Nazirlər Kabinetinin məlum qərarı qüvvəyə minib. (Müraciət redaksiyamıza 29 apreldə daxil olub. Red.) 

Ona görə də cənab Prezidentlər, Sizlərdən xahiş edirəm ki, birlikdə Gürcüstan-Azərbaycan sərhəddinin Balakən rayonu ərazisindəki Mazımçay postunda dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən əsassız saxlanılmağıma və bürokratik əngəlliklərə son qoyulsun ki, mənə etibar edilmiş avtomobilləri ünvanlarına vaxtında çatdıra bilim. Əvvəlcədən hər ikinizə minnətdarlığımı bildirirəm".

Redaksiyadan: Müraciət redaksiyamıza 29 apreldə daxil olsa da müəyyən dəqiqləşdirmələr səbəbindən dərci yubandı. Şikayətçi bu gün bizimlə telefonla danışığında hələ də sərhəddə saxlanıldığını bildirdi(?)  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam