Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Avtobus yola düşərkən... -TƏHLİL

mynet.com
Yenixeber.org: Tunisdən sonra siyasi islamdakı ikinci tektonik sınmanın 31 mart 2019-cu ildə Türkiyədə keçirilən bələdiyyə seçkilərində baş verdiyini o vaxt yazmışdıq. İstanbul və Ankara da daxil olmaqla, 11 metropol bələdiyyəsinin ana müxalifət partiyasının liderliyindəki bloka keçməsinin mərkəzi iqtidarı səndələdəcəyi məlum idi və sürpriz yaşanmadığı kimi mərkəzi iqtidarın özünü toplaması da mümkün olmadı.

21 illik İqtidar partiyasının da  hal-hazırkı dövlətin də qurucusu olan cənab Erdoğan keçən ilin payızından bəri Qara dənizdə təbii qaz da daxil olmaqla, iqtisadiyyat sahəsində xeyli layihə açıqlamaqla birlikdə minimum əmək haqqını da 55%  artıraraq  ictimai rəy sorğularında partiyasının və özünün reytinqini müəyyən qədər yuxarı çəkməyə nail olsa da bu ilin əvvəlindən bu templər yavaşladı. Bütün hesablar may və ya iyunda keçiriləcək parlament və prezident seçkiləri üzərində qurulduğuna görə  pul kisələrinin ağzı da seçki ərəfələrində axıra qədər açılacaqdı.

Ancaq   6 fevraldakı zəlzələ 20 il ərzində iqtidara dəyən ən güclü  zərbə oldu. Son illərdə dinamizmini artırmaqla qalmayıb konsolidasiyasını da gücləndirən müxalifət isə, xüsusilə, öz idarəsində olan bələdiyyələrin vasitəsiylə zəlzələ bölgələrində mərkəzi hökumətdən xeyli əvvəl boy göstərincə iş dövlət başçısı Erdoğanın Adıyamanda vətəndaşlardan halallıq istəməsinə qədər vardı.

Türkiyənin hal-hazırkı ən təcrübəli siyasət və dövlət adamı Recep Tayyip Erdoğan zəlzələ fəlakətinin reytinqlərə mənfi təsir göstərdiyini görüncə hökuməti tamamilə zəlzələyə `indeksləyərkən`,  müxalif blok namizədi müəyyənləşdirmək üçün məşqləri sürətləndirdi. Və... çoxları üçün sürpriz və təəccüblü olmasına rəğmən Türk siyasətinin illərdən bəri tanıdığım aktrisası Meral Akşener martın 3-də absurd şərtlər irəli sürərək 6 partiyanın yığışdığı masadan uzaqlaşdığını açıqladı.

Açıq bir kamikadzelik örnəyi olan bu hərəkət əslində soyuq savaşdan sonra `Türk milliyyətçiliyi`nin siyasi arenada özünə heç  bir infrastruktura müəyyənləşdirə bilməməsinin və dünyadakı gedişatları oxuma qabiliyyətindən məhrum qalmasının əks-sədası idi. Hələ də 1970-ci illərin məfhumlarını və dünyabaxışını tədavüldə saxlayaraq siyasət yürütməyə çalışan bu qrup  seçicilərdən ağır zərbə alacağını çox yox,  ikicə gecədə anlayaraq 6 martda Meral Akşeneri yenidən masanın arxasına göndərdi.

Bu gəlişmənin ardından kürd təmayüllü partiya  ana müxalifət liderini dəstəkləyəcəyini açıqladı və proseslər bir-birini tamamladı və 22 may 2010-cu ildə 11 saat ayaqüstə izlədiyim qurultayda Cümhuriyyət Xalq Partiyasının lideri seçilən Kemal Kılıçdaroğlu Türkiyənin müxalif blokunun prezidentliyə vahid namizədi elan edildi.

Həm də kim tərəfindən, bilirsinizmi? Siyasi islamın müxalifətdə qalan qanadı Saadet Partiyasının lideri Temel Karamollaoğlu tərəfindən. Akşenerin milliyyətçiləriylə Demirtaşın kürd təmayüllülərinin eyni çatı altına grməsi nə qədər manidardırsa,  dünyəviliyin mühafizəçiləriylə şəriətçilərin eyni  çətirin altında bir araya gəlməsi o dərəcədə anlamlı  olub Türkiyənin gücünə güc qatmışdır(iqtidar-müxalifət dialoqu çərçivəsində Sabir Rüstəmxanlı ilə Tural Abbaslının Həkəri çayına balıq tökmələri yadıma düşdü, kövrəldim). Seçkiyə hələ 2 aydan çox vaxt varkən bu qədər fərqli siyasi dünyabaxışına mənsub kütlənin qurumlar halında Kemal Kılıçdaroğluna dəstək verməsi minimal matematik hesablarda ortaya bu nəticəni çıxarır:

Cümhuriyyət Xalq Partiyası-25%, İYİ Partiya-10%, HDP-10%, hal-hazırda Türkiyə siyasətinin ən dinamik cinahı olan Türkiyə İşçi Partiyası(parlamentdə 4 millət vəkiliylə təmsil edilir) və sol ittifaq-3%, keçmiş baş nazir Ahmet Davutoğlunun Gələcək Partiyası və baş nazirin keçmiş müavini Ali Babacanın DEVA Partiyası-5%. Rəqəmlərdən göründüyü kimi, qərarsız seçici kütlələrinin səsləri əlavə edilməsə belə, müxalifətin vahid namizədinin seçkinin birinci turunda seçilməsi ehtimalı çox güclüdür.

Maksimum 37-38%-lik bir reytinqlə yanında 7%-i keçə bilməyəcək Devlet Bahçelinin MHP-sindən başqa heç kimin (70-80  min səslə Böyük Birlik Partiyası və 50-60 min səslə Doğu Perinçekin Vətən Partiyasının reytinqlərə təsir göstərəcəyinə inanmaq sadəlövhlükdən başqa bir şey deyil) olmadığı cənab Erdoğanın bundan sonra müxalifətin bu konsolidasiyasına qarşı hansı taktiki gedişlərə üstünlük verəcəyi hələ ki, məlum deyil.

Mən  isə  cənab Erdoğanın taktiki deyil, strateji addım ata biləcəyini də istisna etmirəm. Necə? İndiyə qədər iştirak etdiyi bütün seçkilərdən qalıb çıxmış cənab Erdoğan bu seçkidə prezident seçilə bilməyəcəyinə qəti əmin olsa, prezidentliyə namizədliyini verməyib millət vəkilliyinə namizəd olacaq və AKP-nin parlamentdə böyük çoxluq əldə etməsi üçün çalışacaq.

Davamını hörmətli Erdoğanın prezidentliyə namizədlik qərarını verməsindən sonra yazaram...

Mayis Əlizadə

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam