Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan həqiqətlərinin görünən və görünməyən tərəfləri nələrə dəlalət edir? -ANALİZ

    Bu gün ölkəmizdə yüksək çinli vəzifə sahiblərinin birbiri ilə qohum olması, heç də təsadüfi deyil

Yenixeber.org: Ötən yazılarımızda ölkəmizin, bir qədər də dəqiq desək dövlətimizin “FETÖ” terror qruplaşması tərəfindən işğal olunması haqda müəyyən iddialar səsləndirmişdik. Məsələnin tam aydın olması üçün bəzi nüansları bir daha oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Türkiyədə “FETÖ” şəbəkəsi din üzərindən qurulub və kimlərsə dini hisslərindən istifadə edərək, insanları bir araya gətirməyi bacarıblar və beləliklə də, bu cinayətkar terrorçu təşkilatı yaratmağa müvəffəq olublar. Yəni, ideoloji bağlılıq nəticəsində üzvlər sistemə canbaşla xidmət göstəriblər. Azərbaycanda isə, fərqli metod tətbiq olunmaqla belə bir şəbəkə yaradılıb.  Şəbəkənin yaradılmasında əsas metod olaraq qan bağlılığı, yəni qohumluq əlaqələrindən istifadə olunub. Yəni, sistemin uğurlu alınması üçün, bu sistemin tərkibində olanların birbirinə qohum olması vacib şərtlərdən biri hesab olunub. Təbii ki, 70 illik sovet imperiyasından yenicə çıxmış Azərbaycanda bu şəbəkəni din və ideologiya üzərindən qurmaq çətin olardı. Bundan əlavə, Azərbaycan əhalisinin tam əksəriyyətinin dini məzhəbi şiə olduğuna görə, bu sistem din üzərindən yaradıla bilməzdi və yaradılsaydı belə, uğurlu nəticələr əldə etmək mümkün olmazdı. Ona görə də, sistemin  qohumluq üzərindən yaradılması barəsində qərar qəbul olunur. Bu gün Azərbaycanda yüksək çinli vəzifə sahiblərinin birbiri ilə qohum olması, heç də təsadüfi deyil. Bütün bunlar əvvəlcədən düşünülmüş və planlaşdırılmış addımlardır. Bu addımlardan biri isə, məhz milli kimlik üzərindən sistemin qurulmasıdır. Yəni, millətçilik tezislərindən istifadə olunaraq sistem yaradılıb.  Ümumiyyətlə, şəbəkənin yaradılmasında üç əsas elementdən istifadə olunur.

1. Din

2. Millətçilik

3. Qan bağlılığı, yəni qohumluq əlaqələri 

    Qeyd edək ki, hər üç tezis üzərindən qurulan şəbəkə möhkəm və bir-birinə bağlı olan ciddi bir sistemi ortaya çıxara bilir. “FETÖ”-nun mərkəzi olan Türkiyədə sistem din üzərindən, ,Azərbaycanda qohumluq əlaqələri üzərindən, Qazaxıstanda isə millətçilik üzərindən yaradılmışdır. Bütün bunlara baxmayaraq, Türkiyə dövləti tez bir zamanda bir neçə əməliyyatlar keçirərək, yaradılmış sistemi  çökdürməyə müəyyən qədər müvəffəq oldu.  Qazaxıstanda da bu proses uzun çəkmədi və təxminən on günə sistem dağıdıldı. Hal-hazırda bizim ölkədə görünən odur ki, sistemin dağılması, yaxud da  çökdürülməsi müəyyən qədər vaxt apara bilər. Ölkədə düşünən beyinlərin söylədikləri ortaq fikirlərdən biri də budur ki, sistem ya tam dağıdılmalı, ya da ki, yenidən qurulmalıdır. Bu sistemin dağıdılması isə, heç də asan məsələ deyil. Adam öz dinindən imtina edə bilər, şovinist millətçiliyindən də imtina edə bilər. Amma, qan qohumluğundan heç cür imtina edə bilmir. Çünki, hər kəsə aydındır ki, ayrı- ayrı fərdlər birbiri ilə qohumdurlar. Məsələn, mən dindar olmadığımı  iddia edə bilərəm, millətçi olmadığımı da iddia edə bilərəm. Amma, əmimin bibimin,    xalamın, daymın uşaqlarının mənim qohumum olmalarını heç cür inkar edə bilmərəm.

 Bir xatırlamanı yada salaq ki, 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdin uğursuz başa çatması “FETÖ” terror  təşkilatının geri çəkilməsinə səbəb oldu. Həyata keçirilən əməliyyatlar nəticəsində xeyli fetöçu həbs olundu, amma azadlıqda qalanlar da az olmadı. “FETÖ”nun növbəti dövlət çevrilişinə etdiyi cəhd 2022-ci ilin yanvar ayında Qazaxıstanda baş verdi. Güc strukturlarının bloklanması nəticəsində prezident Tokayev məcburiyyət qarşısında Rusiyanı köməyə çağırmağa məcbur oldu. RF-na məxsus desant qüvvələrinin həyata keçirilən əməliyyatlarda iştirak etməsi onu deməyə əsas verir ki, ruslar Qazaxıstanda paralel dövlətə qarşı xüsusi əməliyyatlar keçirdilər.  Ötən ilin yanvar ayının 6-sında həyata keçirilən əməliyyatlar cəmi doqquz gün davam etdi və az sonra bir çox şəxslər həbs olundular. Müqavimət göstərənlər isə, məhz yerindəcə məhv edildilər. Prezident Tokayevin əməliyyatlardan sonra RF-nın liderinə təşəkkür etməsi, heç də təsadüfi deyildi. Əməliyyatlardan sonra güc strukturlarında xeyli dəyişikliklər baş verdi və milli hökumətə bağlı olan qüvvələrin yüksək postlarda təmsil olunmasına başlanıldı. Həmən vaxtlarda Azərbaycan mətbuatında gedən yazılara nəzər salsaq görərik ki, rusları ölkəyə dəvət etdiyi üçün prezident Tokayev alçaldılırdı. Halbuki, qazaxlar baş verən proseslərdən məmnun görsənirdilər və doqquz günlük əməliyyatlardan sonra da, prezident Tokaeva qarşı ciddi narazılıqlar müşahidə olunmadı. “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır” prinsipinə əməl edən Tokayev, dövlət çevrilişinə cəhdin qarşısını tezliklə ala bildi. Növbəti aylardakı səfərlərinə və görüşlərinə nəzər saldıqda onu da görmək olurdu ki, Türkiyə və Azərbaycan prezidentlərinin də narahat olmadıqları, əksinə əməkdaşlığı daha da inkişaf etdirmək barədə razılaşmaları proseslərin nəzarət altında olduğunun göstəricisi idi. Hazırda ictimai rəydə belə bir fikir formalaşdırılmağa çalışırlar ki, guya Türkiyədə Ərdoğan, İranda İbrahim Rəisi, Rusiyada Putin, Qazaxıstanda Tokayev və s. kimi ölkələrdə hakimiyyətdə olanlar öz millətlərinin qanını içir və onlara qarşı soyqırım həyata keçirirlər. Bəli, bu tezisin tirajlanması ona hesablanır ki, guya bütün dünyada durum belədir və heç bir xalq istədiyini edə bilmir. Ona görə də siz də yerinizdə sakit oturun. Guya ki, 150 milyonluq Rusiya əhalisi Putinin, 85 milyonluq Türkiyə əhalisi Ərdoğanın, 85 milyonluq İran əhalisi İbrahim Rəisinin, hətta milyard yarımlıq Çin və Hindistan xalqları da, bu gün öz ölkələrinin rəhbər şəxsinin əlində girinc qalıblar. Yəni, on milyonluq Azərbaycan xalqı nə edə bilər? Dünya belə gəlib, belə də gedəcək. Bu tezislər şüurumuzun at qatlarına yerləşdirilir və bizi bir insan olaraq iflicləşdirib fəaliyyətsiz hala gətirirlər. Həqiqətlər və faktlar isə təbii ki, amansız olur.

 Azərbaycan mətbuatının uzun illər ərzində Əli Həsənov adlı bir “terrorçu” şəxsin əlində olması, yəni həqiqəti danışan, yaxud da yazan yazarların təqiblərə məruz qalmaları, həbs olunmaları, hətta ölkədən didərgin salınmaları, öklə mətbuatının durumunun acınacaqlı duruma salınması prosesinin bu gün də davam etdirilməsi, bizim əsl həqiqətlər haqda məlumatsız qalmağımıza səbəb olub. Hazırda heç kimə sirr deyil ki, bu gün ölkədə troll şəbəkələri  fəaliyyət göstərirlər və bu şəbəkələrin fəaliyyət göstərmələrinə müəyyən dairələrdən milyonlarla vəsaitlər ayrılır. O halda sual oluna bilər ki, görəsən bu şəbəkələrin fəaliyyətləri nələrdən ibarətdir? Bir çoxları elə başa düşür ki, bu şəbəkələr ancaq müəyyən milli və sağlam qüvvələrin təhqir olunması və nüfuzdan salınması üçün fəaliyyət göstərirlər. Yox, bu heç də belə deyil. Bu sadəcə olaraq şəbəkənin fəaliyyət istiqamətlərindən biridir və onların fəaliyyətləri heç də bununla məhdudlaşmır. Son günlər ölkədə antiqərb, antiran, antirusiya təbliğatı aparanların fəaliyyətləri də, məhz bu şəbəkələr vasitəsilə təbliğ və təşviq olunur. İctimai fikirdə saxta rəy formalaşdırılmağa çalışırlar ki, guya ölkədə əksəriyyət bu tezisləri dəstəkləyir və bütün dünyaya qarşı savaşmağa hazırıq. Təbii ki, bunlar həqiqət deyil və biz sülh və əmin amanlıqdan başqa bir şey istəmirik. Ancaq, sosial media hesablarındakı sorğular onu göstərir ki, sanki əhalinin böyük bir əksəriyyəti Rusiya və İranla müharibəyə hazırdır. Saxta baş redaktorların, partiya sədrlərinin, politoloqların bu tezisləri dəstəkləməsi və sosial media üzərindən dəstək almaları da, onların canbaşla bu tezizlər üzərindən birbiri ilə, sanki yarışa girmələrinə səbəb olub. Artıq belə bir acınacaqlı durum yaranıb ki, kim ən çox axmaq və ziyanlı fikir səsləndirəcəksə, həmin şəxsə daha çox alqış, daha çox like layiq görüləcək. Bu tezislərə qarşı çıxanlar isə, həyasızcasına təhqir edilirlər, linç olunurlar və vətən xaini damğası ilə şərlənirlər. Əhalimizin bu tezisləri həzm etməməsi, yaxud da siyasətdən kənarda durmalarının əsas səbəblərindən biri də, ölkədə aparılan siyasətin əhalinin arzu və istəklərinə adekvat olmamasıdır. İstər müxalifət, istərsə də iqtidar qanadının zərərli tezisləri səsləndirilməsi və trollar vasitəsilə dəstəklənməsi, reallıqlardan qat-qat uzaq olan yalanlardır. Ukrayna müharibəsində Rusiyanın bataqlığa düşməsi və istədikləri nəticələri qısa müddət ərzində əldə edə bilməməsi də, məhz həmin saxta raportlar və saxta məruzələr ilə əlaqədardır. Rusiya ordusu Ukrayna ərazisinə daxil olduqda isə əsl həqiqətlər ilə üz-üzə qalmaları və onlarda olan məlumatların, heç də səhih olmaması qənaətinə gəldilər. Türkiyə və Qazaxıstanda baş verən dövlət çevrilişinə cəhddən sonra növbəti ünvan kimi Azərbaycan göstərilir.

     Yəni, bəzi araşdırmaçıların da gəldiyi qənaətlərdən biri budur ki, dövlət içində dövlət quran terrorçu dəstə hakimiyyət dəyişikliyinə cəhd edə bilər və bu hadisənin baş verməsi ehtimalı kifayət qədər yüksəkdir. Fikrimcə, Prezident İlham Əliyevin həm Türkiyə ilə bağladığı Şuşa bəyannaməsi, həm də Qazaxıstan hadisələrindən sonra ötən ilin 22 fevralında Rusiya ilə bağladığı müttəfiqlik qarşılıqlı fəaliyyət bəyannaməsi, bu prosesin ertələnməsi ilə nəticələndi. Çünki, Qazaxıstanda da çevrilişə cəhd zamanı güc strukturları iflic vəziyyətinə düşmüşdülər. Təbii, Azərbaycanda da bu proses təkrarlana bilərdi. Ona görə proseslərin qarşısını almaq üçün qardaş Türkiyə və qonşu Rusiya ilə bağlanan hər iki müqavilə tarixi əhəmiyyətə malikdir. Fikrimcə, yaxın həftələrdə və yaxud da yaxın aylarda Azərbaycan hökuməti paralel dövlətə qarşı hərəkətə keçəcək. Bundan duyuq düşən paralel yapılanma süni olaraq xarici düşmənlər yaradaraq diqqətləri öz üzərlərindən atmağa çalışırlar. Təbii ki, ölkə ictimaiyyəti Prezident İlham Əliyevdən “Tərtər işi” ilə bağlı söz söyləyəcəyini gözlədiyi bir anda, siyasi həbslərin keçirilməsi və qonşu dövlətlərlə müharibə çağırışlarının edilməsi diqqətləri yayındırmağa hesablanmış addımlardır. Prezident İlham Əliyev yaxın vaxtlarda siyasi məhbus problemini həll etməli, gərginlikləri azaltmalı və paralel yapılanmaya qarşı real hərəkətə keçməlidir. Lazım gələrsə belə, məhz müttəfiq ölkələrin dəstəyindən də istifadə edilməlidir. İlham Əliyevin şəxsi reytinqinin yüksək olması səbəbindən, hələ ki, paralel dövlət real addımlara, yəni çevrilişə cəhd etməyə heç də risk etmir. Müharibədən dərhal sonra cəbhə xəttində xidmət edən hərbçilərin əməkhaqlarının azaldılması, təqaüddə olan hərbçilərin incidilməsi, pensiya alan vətəndaşlarıın kütləvi surətdə təqaüddən məhrum edilməsi, şəhid ailələri və qazilərin diqqətdən kənar saxlanılması, iş yerlərinin açılmaması, qiymətlərin fantastik dərəcədə artması, vətəndaş müraciətlərinə və şikayətlərinə baxılmaması, milli qüvvələrin həbs olunması, siyasi partiya və media haqqında mürtəce qanunların qəbul olunmasının tək bir səbəbi var. Səbəb də odur ki, nə qədər çox narazı şəxs olarsa, bir o qədər şansımız çox olar. Xalq olaraq birinci və müqəddəs vəzifəmiz isə ondan ibarət olmalıdır ki, yaxın vaxtlarda ölkəmizdə hansısa ixtişaşlar olarsa,o halda  bu proseslərə qoşulmamaq və proseslərdən kənar durmaqdan başlıca  vəzifəmiz  olmalıdır. Ölkəmizdəki mövcud vəziyyəti dəyişməyin, paralel hökumətin zərərsizləşdirilməsi haqqında isə, növbəti yazıda məlumat verəcəyik.("Gündəm Xəbər")

Ardı var


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam