Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İran unuduldumu? -Türkiyə fəlakəti Tehran rejimi üçün nəfəslikdir?

Yenixeber.org: İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisində öldürülməsindən sonra ölkəni kütləvi etirazlar bürüdü. Aylarla davam edən bu etirazların nəticəsi olaraq molla rejimi geri çəkildi və əxlaq polisi adlı mürtəce qurumu ləğv etdi. Aksiyalar zamanı yüzlərlə fəal İran rejimi tərəfindən öldürüldü, minlərlə aksiya iştirakçısı isə yaralandı. Həbs olunan aksiya iştirakçıları edam və işgəncələrə məruz qaldı.

Və sonra… Yanvarın 28-də Qərbi Azərbaycan ostanının Xoy şəhərində yeraltı təkanlar nəticəsində 1000-dən artıq insan yaralandı, 4 nəfər isə həlak oldu. Zəlzələ qurbanları bəyan edirlər ki, İran dövləti zəlzələdən ziyan çəkənləri aldadır. Molla rejimi birinci zəlzələdə zərərçəkənləri siyahıya alsa da, heç bir dəstək vermədi və onları Allahın ümidinə buraxdı.

İranda və ardınca Türkiyədə baş verən dağıdıcı yeraltı təkanlardan sonra İrandakı etirazlar səngidi. Ehtimallar irəli sürülür ki, İran rejimi bundan istifadə edərək aksiya fəallarına qarşı total hücumlara start verəcək. Aksiya iştirakçılarının edam və işgəncələrə məruz qalacağını proqnozlaşdıran siyasi analitiklər hesab edirlər ki, beynəlxalq birlik təcili olaraq vəziyyətə müdaxilə etməlidir.

Regional konfliktlərin və təbii fəlakətlərin tüğyan etdiyi hazırkı şəraitdə hər kəsi düşündürür ki: İran etirazlarından nə xəbər var?

ABŞ-da yaşayan, Güney Azərbaycandan olan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalı məsələ ilə bağlı açıqlamasında deyib ki, molla rejimi İrandakı etirazların qarşısını ala bilməyəcək: “Türkiyədə baş verən dağıdıcı zəlzələ, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, beynəlxalq münasibətlər sistemində yaşanan gərginliklər İrandakı etirazları bir müddətlik səngidə bilər. Lakin bu, o demək deyil ki, İranda kütləvi etirazlar başa çatıb”.

Onun fikrincə, Məhsa Əmininin əxlaq polisində öldürülməsindən sonra İranda başlayan kütləvi etirazlar molla rejimi üçün dərs oldu: “Nəhayət, irtica rejimi anlamağa başladı ki, vətəndaşlarına, azərbaycanlılara qarşı qəddar davranışlar bir gün öz bəhrəsini verəcək. Təbii ki, İran rejimi diktatura siyasətini davm etdirəcək. Onlar bundan başqa heç nə bacarmırlar. Xof, təhdid, repressiya və bu kimi üsullarla etirazların qarşısını almaq cəhdləri nəticəsiz qalacaq. Yox, əgər bu repressiv siyasətdən imtina etməyəcəklərsə, acınacaqlı aqibətlə üzləşəcəklər”.

“İranda yaşayan azərbaycanlılar azadlıq tələb edirlər. Qarabağ zəfərindən sonra biz Güney zəfərini gözləyirik. Molla rejimi buna mane ola bilməyəcək”, - deyə həmsöhbətimiz bildirib.

Obalının sözlərinə görə, İranda azərbaycanlıların elementar hüquqları pozulur: “Soydaşlarımıza ana dilində təhsil almaq hüququ tanınmır. Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ qurbanı olan soydaşlarımız taleyin ümidinə buraxılıb. İran rejimi onlarla maraqlanmır, heç bir dəstək göstərmir. Fars şovinistləri bəyan edirlər ki, Cənubi Azərbaycan məsələsi bitib. Lakin bu, qətiyyən belə deyil. Güney Azərbaycanda, xüsusən Təbriz, Ərdəbil və digər şəhərlərdə soydaşlarımızın azadlıq tələbləri, kütləvi aksiyaları davam edəcək”.

“Tarixi reallıq bizdən yanadır. O taylı-bu taylı Azərbaycan birləşəcək. İran hər dəfə bizi aldadıb. Biz də onların saxta vədlərinə inanmışıq. Daha belə olmamalıdır. Repressiya siyasəti ilə güneyliləri qorxuda bilsəydilər, bunu edərdilər. Soydaşlarımız ölümün gözünə dik baxırlar, lakin mübarizədən bir addım da geri çəkilmirlər. Təbii ki, İran rejimi onları susdurmaq üçün bütün mümkün vasitələrdən istifadə edəcək. Ancaq buna müvəffəq olmayacaq”, - deyə müsahibimiz bildirib.

Əlavə edib ki, dünya birliyi İran rejiminin avtoritar siyasətinə qarşı sərt mövqe ortaya qoymalıdır: “XXI əsrdə İran kimi rejimin mövcud olması, onmilyonlarla insanı öz iradəsinə tabe etdirməsi, hüquqlarını pozması bütün dünyanın gözü qarşısında baş verir. Mütərəqqi dünya bununla barışmamalıdır və İrandakı kütləvi etirazlara fəal dəstək göstərməlidir”.

Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair şərhində söyləyib ki, əgər bir proses başlayıbsa, onun qarşısını almaq mümkün deyil: “Siyasi nəzəriyyəyə istinad etsək, görərik ki, hər hansı bir ölkənin daxilində başlayan kütləvi etirazların qarşısını almaq mümkün olmayıb. İran rejimi vətəndaşlarını əzmək, onları hüquqsuz duruma salmaq hesabına öz ömrünü uzadacağını düşünürdü. Lakin dünya dəyişir və müasir bir şəraitdə bu cür alçaldıcı münasibətlə hakimiyyətdə qalmaq olmaz”.

“Əxlaq polisinin ləğv edilməsi və Prezident İbrahim Rəisinin islahatlarla bağlı açıqlaması molla rejiminin geri çəkildiyinin təzahürüdür. Lakin onlara inanmaq olmaz. İlk fürsətdə yenə total hücumları davam etdirəcəklər. Əslində, bu hücumlar dayanmayıb da. Açıq şəkildə söyləmək olar ki, molla rejimi son etirazlardan dərs çıxarmasa, özü tarixə gömüləcək”, - deyə analitik vurğulayıb.

Siyasi şərhçi hesab edir ki, güneydə yaşayan soydaşlarımız üçün tarixi fürsət yetişib: “Son illərə qədər dünya birliyi avtoritar təmayüllərə qarşı təmkin nümayiş etdirirdi. Misal üçün, Rusiya Ukrayna və Gürcüstanı işğal edəndə, onlar bu işğalçılıq faktına göz yumdular. Nəticədə Rusiyanın iddiaları artdı və bütün dünya üçün təhdid mənbəyinə çevrildi. Qərb dairələri nəhayət, başa düşdülər ki, bu cür sistemlərə etibar etmək olmaz. Bundan sonra Ukraynaya açıq dəstək verildi, Rusiyaya qarşı isə çovektorlu sanksiyalar tətbiq edildi”.

“İranla bağlı da oxşar vəziyyətdir. Yəqin ki, İrana qarşı da analoji addımlar atılacaq. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Güneydə yaşayan soydaşlarımız üçün də münbit şərait yetişib. Kütləvi aksiyalar davamlı olacaqsa, İran rejiminin süqutu qaçılmaz olacaq”, - deyə Hüseynli fikrini yekunlaşdırıb.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam