Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Sülh müqaviləsini bu dövlət əngəlləyir -Bakı gələn il “yağlı nöqtə”ni qoyacaq!

Azərbaycanın sonrakı addımlarının daha sərt olacağı gözlənilir; ekspertlərdən 2023 proqnozları...

Yenixeber.org: Laçın yolundakı etiraz aksiyasının hədəfləri indi artıq Rusiya və Ermənistan daxil, bütün dünyaya daha aydın və konkretdir. Azərbaycan üçün bu aksiyanın nəticəsi həm də o səbəbə prinsipial önəm daşıyır ki, irəli sürülən tələblər sırf beynəlxalq hüquqa söykənən haqlarımızdan qaynaqlanır. Onların yerinə yetirilməməsi, yaxud onlara laqeydlik o anlama gələcək ki, ərazi bütövlüyümüz nəinki separatçılar, müvafiq dövlətlər tərəfindən də açıq-aşkar şübhə altına alınır.

Bu isə bizim “qırmızı xətt”imizdir. O səbəbə Azərbaycan aksiyanı yalnız müsbət nəticə verəcəyi, öz haqlı tələblərinə pozitiv cavab olacağı təqdirdə sonlandıra bilər. Başqa variant qonşu millətin öz həyasız iddialarında bir az da qabağa gedərək üstümüzə daha həvəslə gəlməsinə stimul yaratmaq demək olardı.

“Azərbaycana artıq başqa yol qoymadılar. Rusiya sülhməramlılarının özbaşınalığına, erməni separatçılarının artan təxribatlarına tutarlı cavab verilməli idi. İndi Azərbaycandan atılan addımlar da bununla əlaqəlidir”.

Bunu politoloq Ramiyə Məmmədova Laçın yolundakı aksiya ilə bağlı deyib.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ | DEFAKTO.AZ

 Ramiyə Məmmədova 

Onun sözlərinə görə, Qarabağla əlaqədar Azərbaycan əleyhinə olan məsələlər tam həll edilməlidir, bunu “gələcək üçün basdırılmış mina” kimi saxlmaq lazım deyil: “Xankəndi-Şuşa yolunda baş verənlər bu prosesin başlanğıcıdır. Yenə də ermənilər və separatizmə qahmar çıxan Fransa, Avropa Birliyi, ABŞ və Rusiya üstümüzə gəlməyə başlayıb. Bu fonda məsələlərin həlli üçün yeni tezislərin irəli sürüldüyünü də görürük. Məsələn, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı son fikri müzakirələrə səbəb olub. Klaar Türkiyənin danışıqlar prosesində mümkün iştirakından söz açıb”.

Onun sözlərinə görə, Türkiyənin məsələlərin həlli üçün bir çox təklifi var. “Azərbaycan da indiyədək sülhməramlılar məsələsində balanslı mövqe tutaraq, problemləri özü həll etməyə çalışırdı. Amma indi görürük ki, sülhməramlılar bölgədə Rusiyanın istədiyi mənzərəni yaratmağa çalışır, bunu da aşkar şəkildə edirlər. Ötən iki il ərzində sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi də Rusiyadır. Sülhməramlıların separatizmə dəstək verdiyi bir zəmində hansı sülhdən danışa bilərik? Buna da tutarlı cavab vermək lazım idi. Şuşa -Xankəndi yolunda yaşananlar hələ başlanğıcdır. Bunun ardınca, Xankəndi və ətrafı tam Azərbaycanın nəzarətinə keçəcək, suverenliyimiz bütün ərazilərimizdə bərpa olunacaq. Buna şübhə yoxdur”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Öz növbəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan ərazisində sülhü təmin etmək üçün dəvət edilmiş rus sülhməramlıları reinteqrasiya prosesinə yardım etməlidir: “Onun funksiyası məhz bununla bağlıdır. Artıq birinci mərhələ bitib, bu və ya digər şəkildə təhlükəsizlik təmin edilib. Erməni işğalında olan ərazilər azad olunub. Bu baxımdan da prosesdə ikinci mərhələdəki işlər gedir. Bu icra edilməlidir. Reinteqrasiya prosesi Xankəndi və digər bölgələrə gedən qazın, işığın, suyun, internetin Azərbaycanın şəbəkələrinə qoşulmasının təmin olunması ilə ardıcıl olaraq baş verməlidir. Eyni zamanda, Xankəndidə qeyri-qanuni fəaliyyət göstərən qurumların fəaliyyətinə son qoyulmalıdır. Burada konkret olaraq Azərbaycana bağlı strurktur formalaşmalıdır. Bu işlərdə isə sülhməramlıların işi sadəcə, təhlükəsizliyi təmin etməkdir. Bu proses getməlidir” (Teleqraf.com).

Laçın yolunda nə baş verir? 5 suala cavabda - BBC News Azərbaycanca

Politoloqa görə, sülhməramlıların davranış qaydaları dəyişməlidir və Azərbaycan buna nail olacaq. “Azərbaycana qarşı növbəti dəfə təxribat etməyə cəhd göstərsələr, mövqeyimiz daha kəskin olacaq. Azərbaycan hələ ki sivil, demokratik prinsiplərdən istifadə etməklə öz mövqeyini ortaya qoyur”, - deyə o vurğulayıb.

*****

Məsələ də ondadır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ən böyük əngəli məhz Rusiya yaradır. Qərbin daha səmimi sülh vasitəçiliyinə isterik reaksiya verən, bu prosesi hər vəchlə pozmağa, dayandırmağa çalışan Rusiya! Digər yandan, Kremlin özü ədalətli sülh müqaviləsi təklif eləməyə hazırlaşmır. Rusiyanın təklifi nədir, məlum: sülh müqaviləsinə zorla “Qarabağ məsələsi”ni gələcəyə saxlamaq bəndi salıb Qarabağda və Ermənistanda öz hərbi mövcudluğunu sonsuzadək sürdürmək. Çünki Moskva yaxşı bilir ki, sülh sazişindən sonra onun regionda hərbi mövcudluğuna lüzum qalmayacaq.

Təsadüfi deyil ki, Rusiya tərəfinin müqavilənin imzalanmasını pozmağa yönəlik taktikasının mühüm tərkib elementlərindən biri iki xalq arasında ədavəti nəyin bahasına olur-olsun saxlamaq, digəri isə guya Rusiyasız Ermənistanın dünya xəritəsindən dərhal yox olacağı ilə bağlı aparılan təbliğatdır. Guya Rusiyasız Azərbaycan və Türkiyə Ermənistanı, erməniləri yer üzündə siləcək.

Az qala, bütün rusiyalı ekspertlərin iki cümləsindən biri məhz bu haqdadır. Ki, ermənilər yalnız Rusiyadan yapışsınlar. Halbuki Bakının irəli sürdüyü 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması yetər ki, Ermənistanın dövlət kimi varlığı dərhal Azərbaycan və Türkiyənin qarantı altına düşsün. Bədbəxt erməni isə bunu heç cür anlamaq, yaxşını pisdən, dostu düşməndən ayıra bilmir.

“Rusiya İrəvana dəstəyi dayandırdığı andan Ermənistan mövcud olmayacaq. Bu sadə həqiqət Ermənistanda hər kəsə çatıbmı? Ermənistan ümumiyyətlə olmayacaq, qalmayacaq”.

Qayəsində ermənilər üçün Türkdən “xoxan” düzəltmək duran bu təxribatçı sitatın müəllifi rusiyalı şərqşünas-alim Yevgeni Satanovskidir.

Halbuki tam əksinə, Ermənistanın varlığına ən böyük təhlükə elə Rusiyanın özüdür. Diqqət edin, SSRİ dağılandan bu yana ermənilər özlərinə dövlət qura bilməyiblər. Ermənistanın dövlət kimi yalnız quru adı var. Onun xarici sərhədlərini belə hələ də ruslar qoruyur. Ermənistan Rusiyanın faktiki ucqar bir quberniyası, satellitidir, miskin bir forpostudur. Nəyin qarşılığında? Dəyərmi?

Erməni xalqı məhz Satanovski kimi şarlatanların nağıllarına qulaq asmaqdan imtina edib niyə indiki acınacaqlı gündə olduğunun əsl səbəbini biləndə dövlətləri də olacaq, təhlükəsizlikləri və normal rifahları da...(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam