Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

Volkov-Vardanyan “təxribat tandemi” təhdidə çevrilib:Rus general və erməni fırıldaqçı gərginlik yaradır

“Sülhməramlı” rus general Andrey Volkov Azərbaycan vətəndaşlarının qarşısına çıxmağa cəsarət etməyib, özünün əvəzinə sözləri tələffüz edə bilməyəcək səviyyədə sərxoş olan bir polkovniki göndərərək, daha bir təxribat törədib... Volkov-Vardanyan cinayət ortaqlığı hazırda Azərbaycan-Rusiya münasibətlərində gərginləşməyə yol aça biləcək situasiya yaratmağa başlayıb, bu “cütlüyün” Xankəndi və ətraf bölgədə törətdiyi təxribatlar artıq dövlətlərarası böhrana səbəb olmaq üzrədir...

Yenixeber.org: Azərbaycan dövləti ölkənin Qarabağ bölgəsində nizam-intizam, qanun-qayda yaratmaq məqsədilə qətiyyətli addımlar atmaqda davam edir. Artıq qətiyyən şübhə doğurmur ki, rəsmi Bakı Azərbaycanın Xankəndi və ətraf bölgəsində rus “sülhməramlılar”ın başıpozuq davranışlarına, erməni terrorçuların bütün istiqamətlər üzrə cinayətlərinə son vermək niyyətindədir. Və bundan sonra rus “sülhməramlılara”, erməni terrorçulara Azərbaycan ərazilərində özbaşınalıq etmək imkanı verilməyəcək.

Məsələ ondadır ki, son vaxtlar rus “sülhməramlılar” və erməni terrorçular hətta Azərbaycanın təbii sərvətlərini ortaq şəkildə talamağa belə cəsartət edirdilər. ETSN-nin və Azergold şirkətinin əməkdaşları bir neçə gün öncə əvvəlcədən əldə edilmiş anlaşma əsasında bölgədə araşdırma aparmağa cəhd göstərmişdilər. Ancaq rus “sülhməramlılar” və erməni terrorçular ortaq cinayətin üstünün açılmasına imkan verməmək üçün bunun qarşısını almışdılar.

sulhmeramli-ermeni-0.jpg (68 KB)

Ümumiyyətlə, Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunan Rusiya “sülhməramlı qüvvələri” də, erməni terrorçular da son vaxtlar özlərini çox rahat hiss edirdilər. Həm rus "sülhməramlılar", həm də erməni terrorçular Azərbaycan ərazilərində özlərinə qanundan kənar “toxunulmaz bölgə” yaratdıqlarını düşünürdülər. Hətta nəzarət olunmadıqlarına inanaraq, tamamilə arxayınlaşmışdılar.

Belə ki, rus "sülhməramlılar"ın nəzarəti altında erməni terrorçular Laçın dəhlizi ilə Azərbaycan ərazilərinə silah-sursat daşıyırdılar. Hətta rus sülhməramlılar da humanitar yardım adı altında erməni terrorçuları silahlandırırdılar. İrandan 27 diversiya təlimçisi gətirilərək, Xankəndidə terror-diversiya təlimləri keçirirdilər.

Digər tərəfdən, ən qəribə məqam ondan ibarətdir ki, rus “sülhməramlılar”ın komandanı, general-mayor Andrey Volkov Azərbaycanın Qarabağ bölgəsində iqtisadi cinayətlə məşğul olan gizli şəbəkə qurmuşdu. Rus general Kremlin Xankəndiyə "təxribat ezamiyyəti"nə göndərdiyi erməni milyarder Ruben Vardanyan ilə ortaq şəkildə Azərbaycanın təbii sərvətlərini talayırdı. Və yəqin ki, bütün bunlardan Kremlin xəbəri olmamış deyildi.

Təbii ki, rəsmi Bakı da bütün bu hərbi və iqtisadi cinayətlər barədə təkzibolunmaz faktlar toplamaqdaydı. İndi rəsmi Bakı rus "sülhməramlılara" və erməni terrorçulara Azərbaycanın ərazilərində olduqlarını xatırlatmağa başlayıb. Azərbaycan dövləti rus "sülhməramlılara" və erməni terrorçulara anlatmağa çalışır ki, onlara ölkəmizin ərazilərində belə özbaşınalıqlar etməyə, hərbi və iqtisadi cinayətlər törətməyə qətiyyən imkan verilməyəcək.

rus-sulhmeramlilari-ermeni-qadinlari.jpg (38 KB)

Rəsmi Bakının son addımları onu göstərir ki, rus "sülhməramlılar"ın Azərbaycanın Xankəndi və ətraf bölgəsində qalma müddəti uzadılmayacaq. Hətta belə davam edərsə, rəsmi Bakı indiki müddət bitmədən də Kremldən rus "sülhməramlılar"ın Azərbaycan ərazilərindən çıxarılmasını tələb edə bilər. Çünki bunun üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.

Rus "sülhməramlılar" öz davranışları ilə üçtərəfli anlaşmaları kobud şəkildə pozurlar. Onlar "sülhməramlı missiya"dan başqa hər şeylə məşğul olurlar. Hətta Azərbaycanın suveren hüquqlarını belə, kobud şəkildə təhdid edirlər. Azərbaycan ərazilərində erməni separatizmini və terrorizmini dəstəkləyirlər. Rus "sülhməramlılar"ın heç bir hüquqa uyğun gəlməyən davranışları Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinə də ziddir.

Təbii ki, rus "sülhməramlılar"ın belə başıpozuq davranışları Rusiyanın Azərbaycana qarşı məkrli planlarından xəbər verir. Ona görə də, həm rus "sülhməramlılar", həm də onların qoruyub, silahlandırdığı erməni terrorçular Azərbaycanın Xankəndi və ətraf bölgəsindən ən qısa zamanda çıxarılmalıdırlar. Böyük ehtimalla rəsmi Bakı ən yaxın vaxtlarda bu məsələ ilə bağlı daha sərt, qətiyyətli və konkret addımlar atmağa başlayacaq.

Hələliksə, Azərbaycan cəmiyyəti rus “sülhməramlılara” da, erməni terrorçulara da son xəbərdarlığını edir. Rus “sülhməramlılar”ın müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu növbəti dəfə bunu anlamaq istəməyənlərə başa salmağa çalışır. Laçın dəhlizini bağlayan Azərbaycan vətəndaşlarının əsas məqsədi ETSN-in və Azergold əməkdaşlarına Qarabağdakı təbii sərvətlərlə bağlı araşdırma aparılmasına şərait yaradılması ilə bağlıdır.

10d2d6c2-2a5a-4e39-a995-83daebdb.jpg (143 KB)

İndiki halda, Laçın dəhlizində hərəkətin bərpası daha çox rus “sülhməramlılar”ın komandanı, general-mayor A.Volkovdan asılıdır. Yəni, rus general Azərbaycan vətəndaşlarının qarşısına çıxmalı və tələblərin icra ediləcəyinə tam təminat verməlidir. Əks halda, Laçın dəhlizi hələ uzun müddət qapalı qala bilər.

Nə qədər qəribə də olsa, rus general hələ Azərbaycan vətəndaşlarının qarşısına çıxmağa cəsarət etməyib. Düzsür, rus general vəziyyətdən çıxmaq üçün özünün əvəzinə bir polkovnik göndərib. Ancaq Azərbaycan vətəndaşlarının qarşısına çıxan rus polkovnik sözləri tələffüz edə bilməyəcək səviyyədə sərxoş olduğundan rus “sülhməramlılar” üçün daha bir biabırçılıq yaşanıb.

Beləliklə, Volkov-Vardanyan cinayət ortaqlığı hazırda Azərbaycan və Rusiya münasibətlərinin gərginləşməsinə yol aça biləcək situasiya yaratmağa başlayıb. Bu “cütlüyün” Xankəndi və ətraf bölgədə törətdiyi təxribatlar artıq dövlətlərarası böhrana səbəb olmaq üzrədir. Hər halda, Rusiya prezidenti Vladimir Putin Azərbaycan lideri İlham Əliyevə telefonla zəng etsə də, mövcud situasiyanın dəyişməsi müşahidə edilmir. Və belə vəziyyətdə yeganə çıxış yolunun rus “sülhməramlılar” tərəfindən üçtərəfli anlaşmaların dərhal və tam şəkildə icra edilməsinin olduğu isə artıq qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam