Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Türkiyə ABŞ və Rusiyaya sərt mesaj verdi:Terrorçuları silahlandıranlardan izahat istənilir

Rəsmi Ankara ABŞ-dan PKK/PYD-YPG-yə təlim keçilməsindən imtina olunmasını, terror qruplaşmaları daxilində “xüsusi təyinatlı qüvvələr”in yaradılmasının səbəbləri barədə izahat verilməsini israrla tələb edir... Prezident Ərdoğan Rusiyanı da Suriyada terrorçuları Türkiyə sərhədlərindən daha uzaq bölgəyə çəkmək barədə vədlərini yerinə yetirməkdən imtinada qınayır və bundan sonra yeni antiterror əməliyyatları barədə Kremli məlumatlandırmağa ehtiyac duymur...

Yenixeber.org: Türkiyə beynəlxalq terrorizmin hədəfinə çevrilib. Rəsmi Ankara hazırda Türkiyəni terrorçu qruplaşmalardan qorumaq istiqamətində qətiyyətli addımlar atmaqdadır. Yəqin ki, yaxın günlərdə Türkiyənin antiterror fəaliyyəti daha da güclənməklə diqqəti çəkəcək.

Məsələ ondadır ki, PKK/PYD-YPG Türkiyəyə qarşı yeni terror dalğası yaratmağa çalışır. Hətta son vaxtlar bu silahlı cinayətkar qruplar terror aktlarını Türkiyənin daxilinə keçirtməyə də can atırlar. Türkiyənin ən böyük şəhəri olan İstanbulda günahsız insanların – uşaqların və qadınların da həyatını itirdiyi terror aksiyası buna sübut hesab oluna bilər.

Rəsmi Ankara artıq ilk cavab addımını atıb. Türkiyə ordusu İraq və Suriyadakı “terror yuvaları”na aviasiya zərbələri endirdi. Beynəlxalq terrorizmin nisbətən zəifləməsi istiqamətində müəyyən addımların atılmasına başlandı. Və bu prosesin daha genişmiqyaslı antiterror əməliyyatları ilə davam etdirilmə ehtimalı da tamamilə inandırıcı görünür.

media-1609348989_turkiye-qarabag-c9m8n71iyvoh4zqejus0.jpg (46 KB)

Məsələ ondadır ki, Türkiyə ordusunun aviasiya zərbələrindən sonra terrorçular daha aqressiv davranmağa başlayıblar. Belə ki, PKK/PYD-YPG Türkiyə ərazisini raket atəşinə tutub və yenə də günahsız insanlar həyatını itirib. Bu, onu göstərir ki, beynəlxalq terrorzimə qarşı daha genişmiqyaslı və sərt addımlar atılmadan günahsız insanları terrorçulardan qorumaq çətin olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK/PYD-YPG-yə qarşı aviasiya zərbələrindən sonra genişmiqyaslı antiterror əməliyyatının keçirilməsinin planlaşdırdığını artıq rəsmən elan edib. Türkiyə prezidenti aviasiya zərbələrinən öncə olduğu kimi, genişmiqyaslı antiterror əməliyyatı keçirmək qərarı verilərkən də, ABŞ və Rusiya ilə məsləhətləşməyə ehtiyac duyulmadığını açıq mətnlə vurğulayıb: “Bayden də, Putin də bilir ki, Türkiyə terror yuvasına çevrilmiş bölgələrdə hər an antiterror əməliyyatı keçirə bilər. Və bunun üçün kimdənsə, icazə almağı da düşünmürük”.

İstanbulda törədilən terror aksiyasından sonra rəsmi Ankara beynəlxalq terrorizmə dəstək verən bəzi dövlətləri qınamışdı. Hətta ABŞ-ın başsağlığı mesajını qəbul etməyərək, açıq şəkildə geri çevirmişdi. Əsas səbəb kimi də ABŞ-ın bölgədə PKK/PYD-YPG-yə dəstək verdiyi, terrorçuları özünün regional müttəfiqi hesab etdiyi, onlara müxtəlif təlimlər keçdiyi göstərilmişldi.

pkk-terror-images.jpg (14 KB)

Maraqlıdır ki, Türkiyə bu məsələ ilə bağlı mövqeyini daha da sərtləşdirməyə başlayıb. Belə ki, rəsmi Ankara ABŞ-dan PKK/PYD-YPG-yə təlim keçilməsindən imtina olunmasını tələb edir. Türkiyənin rəsmi dairələri bu terror qruplaşmaları daxilində “xüsusi təyinatlı qüvvələr”in yaradılmasının səbəbləri barədə izahat verilməsində israrlıdırlar. Rəsmi Ankara terrorçuların bu “xüsusi təyinatlı qüvvələr”inin kimə qarşı istifadə edilməsinin nəzərdə tutlduğunu dəqiqləşdirmək niyyətindədir. Üstəlik, PKK/PYD-YPG-yə raket sistemlərinin niyə verildiyinə də cavab tələb edir.

Göründüyü kimi, rəsmi Ankaranı narahat edən mövzuların gündəmə gətirilməsi əslində, ABŞ-ın PKK/PYD-YPG-yə dəstək verməkdə ittiham olunması anlamı da daşıyır. Belə ki, terrorçuların müasir raket sistemləri ilə silahlandırılması yolverilməzdir. Və bundan sonra nə ABŞ-ın nə də hər hansı başqa dövlətin Türkiyə tərəfindən keçiriləcək antiterror əməliyyatlarına etiraz etməsi mümkün olmayacaq.

Rəsmi Ankara da məhz genişmiqyaslı antiterror əməliyyatına başlamazdan öncə PKK/PYD-YPG-yə dəstək verən dövlətlərə açıq mesaj ünvanlayır. Prezident R.T.Ərdoğan öz açıqlamasında Rusiyanı da üztüörtülü şəkildə qınayıb. Türkiyə lideri vurğulayıb ki, Rusiya Suriyada terrorçuları daha uzaq bölgəyə çəkmək barədə vədlərini yerinə yetirməkdən imtina edib. Və bu baxımdan, yeni antiterror əməliyyatları barədə Rusiyanın məlumatlandırılmasına da ehtiyac duyulmur.

23abcd0c-f487-4fee-8fff-8fe2f234f364.jpg (100 KB)

Belə anlaşılır ki, rəsmi Ankara bundan sonra PKK/PYD-YPG-yə qarşı mübarizədə heç bir dövləti və beynəlxalq qurumu dinləmək niyyətində deyil. Terrorçuların Türkiyə ərazisinə raket zərbələri endirməsindən sonra bu, ümumiyyətlə, rəsmi Ankaranı düşündürmür. Əksinə, rəsmi Ankara hazırda NATO üzrə müttəfiqlərindən beynəlxalq terrorizmə qarşı ortaq mübarizə mövqeyi gözləyir.

Maraqlıdır ki, NATO-nun baş katibi Yens Stoltenberq terrorla mübarizədə Türkiyəni dəstəklədiyini birmənalı şəkildə vurğulayıb. O, bildirib ki, NATO üzrə müttəfiqlər Türkiyənin terrorla mübarizəsinə həssas yanaşmalı və yardım göstərməlidirlər. Yens Stoltenberq NATO-ya üzv olmaq istəyən İsveç və Finlandiyanı da qanunvericilikdə ciddi dəyişiklik edərək, öz ərazilərində PKK/PYD-YPG təmsilçilərinin fəaliyyətini bloklamağa çağırıb.

Göründüyü kimi, Türkiyə yeni terror dalğası ilə üzləşib. Rəsmi Ankara beynəlxalq terrorizmlə mübarizədə qətiyyətli və sərt davranacağını da qətiyyən gizlətmir. Eyni zamanda, Türkiyə PKK/PYD-YPG ilə yanaşı, bu terror qruplaşmalarını himayə edən ölkələri də açıq hədəfə almaqdan çəkinmir. Rəsmi Ankaranın sərt mesajların ilk növbədə ABŞ, Rusiya və Avropa Birliyinə ünvanlandığı isə qətiyyən şübhə doğurmur. Bu, o deməkdir ki, Türkiyə bundan sonra PKK/PYD-YPG-yə qarşı antiterror əməliyyatlarına başlayarkən, tamamilə sərbəst davranmaq hüququna malikdir. Yəni, heç bir dövlətin və ya beynəlxalq qurumun rəsmi Ankaraya etiraz haqqı mövcud deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam