Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Əliyev Paşinyanı üç faktor üzərindən bitirir:Putin “erməni faktoru”nu qurban verir

 Rəsmi Bakı dünyada və regionda yaranmış real situasiyanı proqmatik prinsiplər üzərindən doğru dəyərləndirdi, Azərbaycanın müttəfiqi Türkiyənin qlobal gücə çevrilməkdə olduğunu, Rusiyanın isə tədricən Ankaradan asılı vəziyyətə düşdüyünü də hesaba qatdı və dərhal vaxt itirmədən hərəkətə keçdi... Azərbaycan Ermənistan üçün “çəmbəri qapadıb”, rəsmi Bakı Paşinyan hakimiyyətinə yalnız bir “xilas yolu”nu açıq buraxa biləcəyinin mesajını verir, ancaq “zaman limiti” də tətbiq edir...

Yenixeber.org: Cənubi Qafqazda maraqlı hadisələr baş verir. Bu hadisələr tarixi geopolitik proseslərin tərkib hissəsidir. Üstəlik, bu proseslər o qədər sürətlə inkişaf edir ki, baş verənlərin mümkün yekun nəticələrini belə, əvvəlcədən təxmin etmək olar. Və bu baxımdan, hesab etmək mümkündür ki, yaxın aylarda Cənubi Qafqazda bir çoxları üçün gözlənilməz sayıla biləcək situasiya yarana bilər.

Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazda baş verənlərin əsasən üç önənli faktora bağlı olduğu qətiyyən şübhə doğurmur. Birinci faktor Ukrayna savaşının başlanmasından sonra dünyada və regionda situasiyanın ciddi şəkildə dəyişməsidir. Çünki, Rusiya Ukraynada “savaş bataqlığı”na düşüb, nəticədə Kremlin həm dünyada, həm də Cənubi Qafqazda mövqeləri ciddi şəkildə zəifləyib.

Ona görə də, Kremldə Rusiyanın Cənubi Qafqaza əvvəlki kimi nəzarət edə bilməyəcəyini anlayırlar. Hətta Rusiyanın ümumiyyətlə, Cənubi Qafqazdan çıxa biləcəyi ilə bağlı situasiyaya da hazırlaşmağa başlayıblar. Belə vəziyyətdə Rusiyanın Ermənistana ənənəvi himayədarlığı artıq öz əhəmiyyətini itirmiş kimi görünür. Yəni, indi Rusiya regionda “erməni faktoru” barədə düşünəcək vəziyyətdə deyil və onu “satışa” çıxartmağa hazır olduğunu da sezdirir.

İkinci önəmli faktor Türkiyənin dünyada və Cənubi Qafqazda real güc mərkəzinə çevrilməyə başlamasıdır. Rusiya Türkiyənin bu regiona artıq yerləşməsi və Azərbaycanla ittifaq quraraq, Cənubi Qafqazda əsas geopoliotik iradə sahibi olması ilə barışıb. İndi Kreml üçün Türkiyə ilə Cənubi Qafqaz uğrunda mübarizə aparmaq Rusiyaya heç bir geopolitik uğur vəd etmir. Ona görə də, Rusiya öz geopolitik manevrlərini Türkiyə ilə qarşıdurma deyil, daha çox tərəfdaşlıq imkanlarının dərinləşdirilməsi üzərində indeksləşdirməyə çalışır.

Bunun məhz belə olduğu avqustun əvvəllərində Rusiyanın Soçi şəhərində baş tutmuş Ərdoğan-Putin görüşü ilə təsdiqləndi. Kreml sahibi Türkiyə lideri ilə dörd saatı aşan bir zaman içərisində Rusiyanı maraqlandıran problemlər barədə müzakirələr apardı. Müşahidələrə əsasən, prezident Vladimir Putinin müəyyən nəticələrə nail ola bildiyini də düşünmək olar.

Məsələ ondadır ki, Rusiya və Türkiyə arasında iqtisadi-ticari və bank fəaliyyəti sahələrində Kremlə “nəfəslik” rolu oynaya biləcək önəmli anlaşmalar əldə olunub. Eyni zamanda, Kreml sahibi nəhayət ki, prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna savaşının dayandırılmasında yeganə doğru vasitəçi olduğunu qəbul etdi. Bəzi məlumatlara görə, indi Kreml sahibi Rusiyanın “savaş bataqlığı”ndan çıxarılmasında yalnız Türkiyə liderinə ümid bəsləyir, Ukrayna prezidenti Volodimir Zelenskiyə barışıq mesajlarını da məhz ona etibar edib.

Təbii ki, bütün bunlar Kremlə heç də “əvəzsiz xidmət” prinsipləri ilə başa gələ biləcək məsələlər deyil. Belə ki, Rusiya prezidenti də Türkiyənin maraqları çərçivəsində olan bəzi önəmli geopolitik mövzularda rəsmi Ankaranın tələblərini qarşılamalı olub. İlk növbədə Rusiya Türkiyənin Suriyada antiterror əməliyyatları aparmaq hüququnu tanıyıb. Kreml bu məsələdə Türkiyə ilə ortaq hərəkət niyyətini bəyan etməklə, prezident R.T.Ərdoğanın “yol xəritəsi”ni dolayısı ilə təsdiqləyib.

Yəni, Türkiyə Suriyada antiterror əməliyyatlarına başlayacağı təqdirdə, Rusiya artıq buna qətiyyən qarşı çıxmayacaq. Əksinə, Türkiyənin atdığı hərbi addımları sadəcə, ortaq hərəkət niyyəti üzərindən müşahidə etməklə kifayətlənəcək. Suriyadakı Əsəd rejimi isə yeganə beynəlxalq himayıdarı olan Kremlin müqavimət göstərmədiyi və etiraz etmədiyi heç bir şeyə qarşı çıxa bilməz. Və Türkiyə ordusunun hazırda PKK/PYD terror qruplaşmasına qarşı antiterror əməliyyatına başlamaq üzrə olduğu barədə son məlumatlar da bunu təsdiqləyir.

Nəhayət, bu iki önəmli faktor Cənubi Qafqazın gələcək taleyi baxımından, həlledici xarakter daşıyan üçüncü faktorun da ortaya çıxmasını təmin etdi. Belə ki, Azərbaycan ordusu “Qısas” antiterror əməliyyatı keçirtməklə, Cənubi Qafqazda bütün “geopolitik daşları” öz yerinə oturtdu. Bu hərbi əməliyyat əslində, Cənubi Qafqazın gələcək taleyi üçün real “yol xəritəsi” rolunu oynaya bilər.

Məsələ ondadır ki, rəsmi Bakı dünyada və regionda cərəyan edən prosesləri, o cümlədən də, real situasiyanı proqmatik prinsiplər üzərindən doğru dəyərləndirdi. Rusiyanın dünyada və regionda ciddi şəkildə zəiflədiyini, zaman ötdüksə, daha da ağır duruma düşəcəyini nəzərə aldı. Eyni zamanda, Azərbaycanın hərbi müttəfiqi Türkiyənin qlobal gücə çevrilməkdə olduğunu, üstəlik, Rusiyanın da tədricən rəsmi Ankaradan asılı vəziyyətə düşdüyünü də hesaba qatdı. Və dərhal vaxt itirmədən hərəkətə keçdi.

Nəticədə cəmisi bir “Qisas” antiterror əməliyyatı ilə Cənubi Qafqazda “erməni faktoru”nu bitirmək həddinə gətirə bildi. Erməni siyasi elitasanın bütün ümidləri bir anda puç oldu, getdi. Çünki, Cənubi Qafqaza yalnız Türkiyə üzərindən nüfuz edə biləcəyinə ümid bəsləyən ABŞ və Qərb tərəfləri gərginlik yaradan addımlardan çəkinməyə çağıran “növbətçi bəyanatlar”dan fərqli etiraz metodu tapa bilmədi. Üstəlik, hazırda Azərbaycanın enerji resurslarının Rusiya ilə savaşda böhran yaşayan Avropa məkanı üçün böyük əhəmiyyət daşıdığını anlaması da ABŞ və Qərbin “erməni faktoru”na münasibətdə küncə sıxışdırır.

Digər tərəfdən, Ermənistanın hərbi müttəfiqi Rusiya da regional mövqelərinin ciddi şəkildə zəifləməsi, eləcə də veriləcək hər hansı əks reaksiyanın ikinci cəbhənin açılma təhlükəsi qarşısında demək olar ki, susdu. Üstəlik, “Azərbaycan qırmızı cizgimizdir” xəbərdarlığını hər imkanda xatırladan güclü Türkiyə faktoru da Kreml üçün hazırda keçilməz sədd rolunu oynayır. İndiki situasiyada “erməni faktoru” ucbatından Türkiyə-Azərbaycan İttifaqı ilə ziddiyyətlər Rusiyanın maraqlarına qətiyyən cavab vermir.

Təbii ki, sadalanan və digər amillər Ermənistanı birbaşa Azərbaycanın “dəmir yumruğu” altına gətirir. Rəsmi İrəvan bu məsələdə təklənmiş vəziyyətdədir və Paşinyan hakimiyyətinin ümid bəslədiyi variantlar üzrə çıxış yolu artıq yoxdur. İndi ən sadəlövh düşüncə sahiblərinə belə, aydındır ki, rəsmi Bakı Ermənistan üçün “çəmbəri qapadıb”.

Ancaq rəsmi Bakı Paşinyan hakimiyyətinə yalnız bir “xilas yolu”nu açıq buraxa biləcəyinin də mesajını verməkdə davam edir. Həmin “xilas yolu” isə birmənalı şəkildə rəsmi İrəvanın beynəlxalq hüquqa hörmətlə yanaşmasından və üçtərəfli anlaşmalara riayət etməsindən keçir. Sadəcə, rəsmi Bakı bu məsələdə Paşinyan hakimiyyətinə “zaman limiti”ni də müəyyən edib.

Yəni, rəsmi İrəvan anlamalıdır ki, prosesin yenidən uzadılmasına imkan verilməyəcək, ən qısa zamanda Azərbaycanın şərtləri çərçivəsində yekun sülh sazişini imzalamalıdır. Əks halda, bütün problemlərin hərbi yolla tezləşdirilmiş nizamlanma variantı bu dəfə qaçılmaz ola bilər. Və bu, Ermənistan üçün ən təhlükəli variantdır.

Elçin XALİDBƏYLİ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam