Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Moskva Kiyevə “Müstəqillik Günü hədiyyəsi” hazırlayır: Belarus vasitəsilə göndəriləcək “hədiyyə”yə layiqli cavab veriləcəkmi?

Ukraynanın Müstəqillik Günündə qonşu Belarus ərazisindən raket zərbələri endirilməsi proqnozlaşdırılır. Bunu Rusiyanın Belarusda texnika və raketlərini artırması da təsdiqləyir. 

Yenixeber.org: Ukrayna rəsmiləri və hərbi ekspertləri də bu təhlükənin fərqindədirlər.

Onların fikrincə, Rusiya prezidenti Vladimir Putinin gözəl və əlamətdar günlərə olan ehtirası bu ehtimalın mümkünlüyünü ağla gətirir. Məhz bu səbəbdən də 24 avqust - Ukraynanın Müstəqillik Günü ərəfəsində belə bir təhlükəni gözləməmək sadəlövhlükdür. Üstəlik, Rusiya siyasətçiləri televiziya proqramlarının efirində dəfələrlə bu mövqedən çıxış edib və Ukraynaya “nüvə zərbəsi olmasa da, kütləvi raket hücumu” barədə çağırışlar səsləndiriblər. “Milli bayramı və bütün hərbi əməliyyatlar teatrlarında Kremlin xeyrinə olmayan hadisələri nəzərə alsaq, onun bu xəstə fantaziyalarınızı həyata keçirməməsi üçün heç bir səbəb yoxdur” – Ukraynanın “İnformator” nəşrinin analitiki Maksim Fedorenko qələmə aldığı məqaləsində bildirir.

 

Analitik vurğulayır ki, “fəaliyyətləri getdikcə daha çox suallar doğuran Belarus informasiya partizanları” artıq bu barədə açıq danışmağa başlayıblar: “Belə ki, ötən gün “Belarus Gayun” teleqram kanalında “Zyabrovka” aerodromunun zenit-raket komplekslərinin və Rusiya qüvvələrinin raketlərinin əhəmiyyətli dərəcədə artması barədə xəbərlər yayılıb. Xatırladaq ki, özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko faktiki olaraq bu yaxınlarda tərk edilmiş aerodromu Rusiya hərbi aviasiyasının tam istifadəsinə verib. 

Aerodromda 14-dən çox S-400 kompleksi, üç “48Y6 Podlyot” və “KASTA-2E2” radiolokasiya stansiyası qeydə alınıb. Bu hərbi bazada S-300/400 kompleksləri üçün 60-a yaxın raket, T-72 tankları və “İsgəndər” ballistik əməliyyat-taktiki kompleksləri də yerləşdirilib. Bundan əlavə, Rusiya hərbi təyyarələrinin Qomel hava limanına (mülki olan) raketlər göndərdiyi və həmin silahların oradan Zyabrovkaya daşındığı da məlumdur”.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı da Belarus ərazisində əməliyyat şəraitinin dəyişməsindən xəbərdar olduqlarını bildirib, Müstəqillik gününə qədər silahlı təxribatların mümkünlüyünü təsdiq edib.

 

“Ukrayna Silahlı Qüvvələri daim qoşunların hərəkətinə və döyüş sursatlarının (həm “İsgəndər” raketləri, həm də digərləri) daşınmasına nəzarət edir. Bu, təkcə indi yox, dünən yox, həmişə belə olub və bundan sonra da belə olacaq. Əgər İl-76 Belarusdakı aerodromlardan birinə gəlsə, oraya silah daşıdığı aydın görünür... Hər gün bu təhlükə davam edir. Bizim səlahiyyətlərimiz sonsuz deyil. Biz döyüş hazırlığında olan hər şeydən istifadə edəcəyik”, - Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bir müddət əvvəl keçirdiyi brifinqdə deyib.

Bununla belə Ukrayna savaşı nəticəsində Rusiyanın hərbi nüfuzunun sarsıldığı da ortadadır. Zaman keçdikcə, Rusiya hərbi-siyasi rəhbərliyinin təhdidləri daha çox boş bəyanatlara bənzəyir. Ukraynaya tammiqyaslı hücumdan əvvəl Putin ictimai rəydə "dünyada ən çox qorxu saçan şəxs" tituluna sahib idi, lakin indi o, artıq əlindən heç nə gəlmədiyi halda, boşboğaz təhdidlər savuran “quru bəyləri” xatırladır. Xüsusulə Krımda ard-arda baş verən  silsilə partlayışlar Rusiya ordusunun səkkiz il əvvəl işğal etdikləri əraziləri belə, qoruya bilməyəcəyinin ən bariz nümunəsinə çevrildi. Ona görə də indi Kremlin diqqəti özünə cəlb və dünyanı təhdid edə biləcək yeganə yolu qalır - şantaj.

Yerli ekspertlərin fikrincə, Ukrayna da müharibənin ilk günündə olduğu kimi, NATO-dan ölkənin hava sahəsini hücumlara bağlamağı xahiş edən hərbi qüdrət deyil.  Ukrayna Silahlı Qüvvələri zaman-zaman düşmənə ağır zərbələr endirir. Onun hərbi aviasiyası və hava hücumundan müdafiə qüvvələri ölkə səmasına nəzarəti tam ələ keçirə bilib.

 

Belarusdan Ukraynaya hücum da yeni hadisə deyil. Artıq hesablanıb ki, müharibənin ilk üç ayı ərzində bu ölkədən Ukraynaya 630-dan çox raket atılıb. 2022-ci il iyulun 28-də məhz Zyabrovka aerodromundan Ukraynanın şimal bölgələri eyni anda 25 raket zərbəsinə məruz qalıb. Ona görə də Belarus fəallarının “dost xəbərdarlıqları” vəziyyətə az təsir edir və daha çox informastiv-psixoloji kampaniyaya bənzəyir.

 “Düşmən daha kütləvi hücumlar həyata keçirmək üçün zərbələrin intensivliyini qəsdən artırır. Beləliklə, hava hücumundan müdafiəmizi mümkün qədər yükləməyə çalışırlar. Amma Ukrayna Ordusunun bacarıq səviyyəsinin və vurulan raketlərin faizinin yüksəldiyini qeyd etmək lazımdır. İlk növbədə, bu, hədəflərin vaxtında aşkarlanması sayəsində əldə edilib - raketin haradan və hara getməsinin müəyyənləşdirilməsi hava hücumundan müdafiənin daha səmərəli reaksiyasına imkan verir” -deyə Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan media açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi ərazilərdə düşmən raketlərinin təxminən 70%-i zərərsizləşdirilir. Kuzan xatırladır ki, bu gün dünyada heç bir sistem 100% müdafiə qarantiyasına malik deyil.

 

Bundan əlavə, Ukraynanın artıq Zyabrovka aeradromundakı rus qüvvələrini vura biləcək silahları var. Onlara bir növ çəkindirici silah kimi baxmaq lazımdır. Söhbət HIMARS, AGM-88 HARM və yerli Thunder-2-lərdən gedir.

Sergey Kuzanın sözlərinə görə, komandanlığın Belarus ərazisindən gələn təhlükələrə qarşı bütün qabaqlayıcı tədbirlər planı mövcuddur və bu tədbirlər ehtiyac və fürsət yaranan kimi həyata keçiriləcək: “Bunun sübutu Krımda baş verən son partlayışlardır. Uzun müddət zənn edilirdi ki, orada heç bir iş görülmür, düşmən təyyarələri Krım aerodromlarından sakitcə havalanır və Ukrayna ərazilərinə raket zərbələri endirir. Birdən-birə Saki aviabazası vuruldu, burada yerləşən təyyarələr, ən əsası şəxsi heyət və pilotlar məhv edildi”.

Ukrayna Silahlı Qüvvələrinin komandanlığının bu fikirləri göstərir ki, rəsmi Kiyev Müstəqillik Günü ərəfəsində Belarusdan gələ biləcək kütləvi raket zərbələrini istisna etmir və buna ciddi şəkildə hazırlaşıb. Bu hücumlar baş verəcəyi təqdirdə ABŞ-dan aldığı uzunmənzilli və dəqiq vurucu raketlərlə həm Ukraynanın hava sahəsini qorumağa, həm də Belarusdakı rus hərbi bazalarını məhv etməyə çalışacaq.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam