Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Milçək əvəzinə fil”:Lavrov sülh ritorikasını dəyişir

              Rusiya Ermənistanı yeni hərbi qarşıdurmay təhrik edir, Bakının cavabı nə olacaq?

Yenixeber.org: Avropa İttifaqının (Aİ) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirakına Rusiyanın sərt reaksiya verməsindən sonra İrəvanın mövqeyində ciddi dəyişikliklər baş verir. Xatırladaq ki, Rusiya XİN Brüsseli  Moskvanın təşəbbüsü ilə əldə olunmuş üçtərəfli razılaşmaları sahiblənməKdə ittiham etmişdi. Aİ isə Qarabağ münaqişəsi ilə bağlı hər hansı məsələdə Rusiyanın maraqlarını nəzərə almadığını və onunla məsləhətləşməyə ehtiyac duyulmadığını bəyan etmişdi.

Proseslərin gedişi göstərir ki, Rusiyanın sülh danışıqlarına müdaxiləsindən sonra İrəvanın mövqeyi dəyişir və Azərbaycana qarşı əvvəlki ittiham seriyaları davam etdirilir. Sergey Lavrovun dünən İrəvana səfərindən sonra artıq Ermənistan rəhbərliyinin sülh mövqeyindən kifayət qədər uzaqlaşdığı məlum oldu. Çünki xarici işlər naziri Azərbaycana qarşı sərt mövqe sərgilədi. O, Lavrovla mətbuat konfransında baş naziri Nikol Paşinyanla Vladimir Putin arasında Moskvada aparılan danışıqların nəticələrinə də toxunub və qeyd edib ki, iki ölkə liderləri münasibətlərimizin inkişafı üçün mühüm istiqamətləri təsdiqləyiblər.

Mirzoyanın nitqindən bəzi seçmələri təqdim edək:

– Ermənistan Rusiyanın sülhməramlı missiyasının martın 24-də Azərbaycan ordusunun Fərrux kəndinə daxil olması nəticəsində pozulmuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş status-kvonu bərpa etməyə qadir olduğuna inanmaqda davam edir;

– Ermənistan Rusiyanın üçtərəfli bəyanatın müddəalarının, xüsusən də erməni “hərbi əsirlərin” qaytarılması ilə bağlı müddəalarının həyata keçirilməsi üzrə səylərini yüksək qiymətləndirir;

– Bakı beynəlxalq humanitar normaları pozaraq, hərbi əməliyyatların dayandırılmasından il yarım sonra erməni “hərbi əsirləri” geri qaytarmaqdan imtina edir;

– Azərbaycanın nəzarətinə keçən ərazilərdə mədəniyyət və dini abidələrə qarşı mütəmadi olaraq təkrarlanan vandalizm aktları təcili beynəlxalq müdaxilə tələb edir;

– Bakı vaxtaşırı atəşkəs rejimini pozur və Azərbaycan rəhbərliyinin ermənifobiya ritorikası diqqətdən qaçmamalıdır və s.

Rusiya XİN rəhbəri də Mirzoyandan geri qalmadı və Bakıda qəzəblə qarşılanan açıqlamalar verdi:

“Qarabağda vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə Sergey Lavrovun dediklərinə sərt reaksiya verib. Nazirin fikrini şərh edən rəsmi nümayəndə bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti, əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. “Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”, – XİN sözçüsü vurğulayıb. 

Rəsmi Bakının bu etirazından sonra Lavrovun səhvi Moskvada düzəldildi. Belə ki, Rusiya XİN-in rəsmi saytında Lavrov və Mirzoyanın mətbuat konfransının stenoqramı belə yayıldı: “Biz gözləyirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”.

Azərbaycan Milli Məclisinin Müdafiə və Təhlükəszilik komitəsinin üzvü Elman Məmmədov Rusiya XİN rəhbərinin açıqlamasını “Turan”a belə şərh edib: “Lavrov çox gözəl bilir ki, söhbət sərhədlərin delimitasiyasından gedirsə, Azərbaycanla Ermənistanın dövlət sərhədlərindən gedir. Fərrux kəndi isə Azərbaycanın Xocalı rayonunun kəndlərindən biridir. Bu o deməkdir ki, Rusiya hərbi kontingentinin Azərbaycan ərazisində yerləşməsinin məqsədi 30 ildən artıq yaradılmış və mövcudluğunu qoruyub saxlayan separatçı rejimi qorumaqdır. Lavrov Fərrux kəndi adı ilə o fikri çatdırdı ki, bu hərbi kontingent 10 noyabr bəyanatında onların üzərinə qoyulan missiyanı icra etmək əvəzinə, tamamilə onun əksinə – separatçılarla, qeyri-qanuni hərbi birləşmələrlə əməkdaşlıq etməyə, onları müdafiə etməyə, təlimatlandırmağa, silahlandırmağa başlayıb. Burada məqsəd aydındır: Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa və münaqişəyə tam son qoyulsa, üçüncü bir dövlətin bu regionda iştirakına ehtiyac qalmayacaq. Yəni, Rusiyanın Cənubi Qafqaz bölgəsində mövcudluğuna və iştirakına ehtiyac qalmayacaq. Bu səbəbdən də Rusiya bütün ciddi-cəhdlə çalışır ki, bu münaqişə tamamilə həll olunmamış qalsın”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə hesab edir ki, Rusiya siyasəti nəyi nəzərdə tuturdusa, Lavrov da onu söyləmişdi, sadəcə, Azərbaycanda bu incə məqama necə reaksiya veriləcəyinin nəbz yoxlanışını aparırdılar.  

Ekspert xatırladır ki, Ararat Mirzoyan da brifinqdə Ermənistandan daha çox Azərbaycandan danışıb, müharibə bitəndən bəri dilinə gətirmədiyi ittihamları Azərbaycanın ünvanına söyləyib:

“Xüsusilə, mart ayında Fərrux dağı ətrafında baş vermiş hadisələri vurğulayaraq, Azərbaycanı “Dağlıq Qarabağ ərazisinə” daxil olmaqda ittiham edib. İstər Rusiyanın, istərsə də Ermənistanın Brüssel prosesindən sonra siyasi gedişlərində və ritorikalarında Azərbaycana qarşı həm kəskin dəyişiklik, həm də aqressivlik açıq hiss olunur. Məğlub Ermənistana ruh verən, təbii ki, Rusiyadır. Paşinyan iqtidarına olan təzyiqin dolayı təsiri Azərbaycana qarşı yönəlib. Ermənistan iqtidarına qarşı küçə etirazlarının iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına qarşı yönəldiyi açıq şüarlarla bildirilir və qaynağın Rusiya olduğu şübhə doğurmur. Bu, əvvəllər də belə olub, indi isə hədəf birbaşa Qarabağdır. Rusiya siyasi prosesləri İrəvandan çəkib, birbaşa Xankəndinə yönəldir. RİA Novostinin Beqlaryan reklamı, Konstantin Zatulinin keçmiş Dağlıq Qarabağın keçmiş rəhbərləri, saxta “rus icması” və Qarabağdakı hərbi kontingentin komandanı general Volkovla görüşü, Ermənistan baş prokurorunun Xankəndinə nümayişkənarə səfəri və nəhayət, Fərruxun delimitasiyaya aid edilməsi son 10 günün hadisələridi. Qarşıda Rusiyanın Qarabağda nə deyəcəyi, nə edəcəyi böyük sual yaratmır. Üçüncü dəfə ip çəkilməyə bilər. Milçək əvəzinə qarşımıza fil çıxmasına hazır olmalıyıq”.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam