Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Putinə qarşı görünməmiş haqsızlıq - AXI NİYƏ?!

         Kreml rəhbərinin fəaliyyətinin miqyasına baxın, sonra qiymət verin

Yenixeber.org: Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

Oxucularımızın diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Artıq bir həftədən çoxdur ki, Rusiyanın Ukraynaya hücumunun acı nətcilərini izləyirəm. Əlbəttə ki, müharibə kimin aparmasından, kimin haqqlı, kimin haqsız olmasından asılı olmayaraq, dəhşətdir. Çünki, müharibə zamanı bu qərarı verənlərdən daha çox adi, günahsız insanlar əziyyət çəkir, ölür, yaralanır, əzizlərini itirir, mülklərindən məhrum olur, qaçqın düşürlər.

Kim-kim, amma biz – azərbaycanlılar müharibənin, məhrumiyyətin və qaçqınlığın nə olduğunu yaxşı bilirik. Neyləyək, tale bizi elə coğrafiyada yerləşdirib ki, qonşularımızın əksəriyyəti özünü qonşu kimi yox, daim sənin həyətinə baxaraq, ağzı sulanan, girib talamağa macal axtaran yırtıcı kimi aparır.

Elə Ukraynanın da qonşularla bəxti gətirməyib. Ən azı ikisi – Rusiya və Belarus ilə. Biri onların ərazisinə hücum edir, digəri isə təcavüzkara qahmar çıxır. Müharibə - hər iki tərəf və onları dəstəkləyənlər arasında həm də insformasiya müharibəsi deməkdir. Və bu müharibədə yalanlı-doğrulu bütün metodlar keçərli hesab edilir. Bu sahədə tərəflər və onların arasında gedən çarpışma öz aqressivliyi və müxtəlifliyi ilə heç də döyüş meydanında gedən qarşıdumadan geri qalmır. Təbii ki, informasiya müharibəsinin əsas hədələri bu müharibədə iştirak edən ölkələrin rəhbərliyi olur. Məsələn, ruslar Zelenski və komandasının sözlərində və əməllərində yalan və müharibəyə çağırışın olduğunu sübut etməyə çalışır, ukraynalılar isə Putin və komandasının bu baş verənlərdə günahkar olduğuna əmin etməyə çalışırlar.

Kimdə nə qədər alınır, deyə bilmərəm, amma mənim yerimə bunu rəqəmlər deyir – Ukraynanı dünyanın 141 ölkəsi dəstəkləyir, Rusiyanı cəmi dörd. Azərbaycan hakimiyyəti də Rusiya ilə müttəfiqlik müqaviləsi imzalasa belə, Ukraynanın yanındadır - ola bilər sözü ilə tam yox, amma əməli ilə 100 faiz. Sıravi insanlarımıza gəldikdə, 44 günlük müharibədə dinc şəhərlərin bombalanmasına, günahsız insanların qıraılmasına şahid olan vətəndaşların yanında desən ki, Rusiya haqlıdır, ən yaxşı halda üzünə tüpürüb, bir sillə də vurarlar.

Amma, mən hesab edirəm ki, indi bütün Qərb dünyası Rusiya Prezidenti Vladimir Putinin üstünə nahaq bu qədər düşüb. Çünki, bu adam sizin öz agentinizdir və sizin dediklərinizi cani-dildən yerinə yetirir. O, həm rus xalqını sevir və onun üçün böyük işlər görür, həm də sizin üçün. Və ona deyilənlər, onu devirmək cəhdləri ən azı Qərb tərəfindən haqszılıqdır. Axı niyə belə düşünürəm, izah edim.

ABŞ və Avropa illərdir deyirdi ki, “Putin lap ağını çıxarıb” və onu yerində oturtmaq lazımdır. 2000-ci illərin əvvəllərində neft və qazın qiymətinin qalxması ilə SSRİ-nin dağılmasından sonra dizi üstə olan Rusiya dirçəlməyə başlamışdı, pul qazanırdı. Pul gəldikcə də onların ambisiyası artırdı. Bu zaman Rusiya Prezidentinin müxaliflərinin dediyi kimi, agent olan Putin ortaya çıxdı və başladı nə başladı.

Hətta neftin 1 barelinin 150 dollara çatdığı zamanlarda da Rusiyanın ucqarlarında müəllimlərin və həkimlərin maaşı 15-30 min rublu (350-750 manatı) keçmirdi - baxmayaraq ki, məsələn, Moskvada kafedə bir nəfərin “obed” eləməsi, təxminən 2 min rubla başa gəlirdi. Moskva, Sankt-Peterburqdan başlayaraq, uzağı Yekaterenburqda bitən Rusiya şəhərlərində vəziyyət Ural dağlarından şərqə və cənuba tərəf olan ərazilərdən bir az yaxşı idi, amma rus kənd və qəsəbələrinin əhalisinin əksəriyyətinin gündəlik qida rasionu kartof, qara çörək, duzlu xiyar və spirtdən ibarət idi. Onlar bu rasionla Hitler üzərində qələbə qazanmışdılar – Putin rejiminin təbliğatçıları zarafat edirdilər.

Bu qiymətlər fonunda pensiyaçısı 10-12 min rubl alan Rusiyada sürətlə “hindistanlaşma” gedirdi – varlılar daha da varlanır, kasıblar isə sürətlə kasıblaşırdı. Bəs neft pulları hara axırdı? Son illərdə Putinin illik böyük mətbuat konfranslarında adətən hansısa yeni bir raketin – “Tsirkon”, “Kalibr”, “İsgəndər”, “Kinjal” və “Armata” tanklarının, “Solnçepyok” atəş sistemlərinin, atom sualtı gəmilərinin prezentasiyası olurdu. Rusiya bütün pulunu silah istehsalına qoyurdu. Daha sonra Suriyada münaqişə başladı və Rusiya ora da müdaxilə etdi, hətta Xəzər dənizindən birbaşa Suriya ərazisinə raket də atdı. Raket hədəfə dəyəndən sonra Putinin ətrafının özündən razı sifətlərini təsəvvür edirəm.

İndi də Ukrayna. Putinin əmri ilə rus qoşunları oraya girəndən sonra dünya birliyi bu ölkəyə qarşı misli görünməmiş embarqoya başladı. Və “zadniyə atmayan” Putin bir daha sübut etdi ki, o, rus xalqı üçün nə qədər böyük işlər görür. Məsələn, artıq ABŞ və Avropanın fast-food brendləri ölkəni tərk edib, yəni ruslar daha bi zərərli, “QMO”-lu yeməklərdən yeməyib, piylənmə mərərzinə tutulmayacaqlar. Məşhur idman ayaqqabıları brendləri gedir – həkimlər sübut edib ki, ayağıyalın yerimək orqanizmə daha faydalıdır və insanı təbiətə yaxınlaşdırır. Qışda isə “valenki” adlanan milli çəkmələrdə gəzmək olar.

Xarici maşın brendləri gedir, lap yaxşı, onsuz da ruslar bir qəpiklik maşın buraxmır, imperiya dövründəki kimi, atlarda və karetalarda gəzəcəklər – bununla həm ekologiyaya zərərli tullantılar az buraxılacaq, həm də sağlamlığa xeyirdir. Onsuz da bütün Avropada maşın girişi qadağa qoyulan şəhərlər yaranır. Rusiya bu sahədə də birinci olacaq.

İdmançılar bütün beynəlxalq yarışlardan və təşkilatlardan çıxarılır, o da problem deyil. Onsuz da ruslar daim hanısısa beynəlxalq federasiya və hakim qərəzliyindən şikayət edirdilər. İndi özləri oynayıb, özləri də ədalətli hakimlik edəcəklər. SSRİ dövründəki spartakiadalara da qayıtmaq olar.

Hətta Avropanın məşhur porno-saytları belə, Rusiyadan olan girişlərə qadağa qoydu. Görürsünüz, Putin necə rus gəncliyinin mənəvi və psixoloji deqradasiyasının qarşısını alır? Deməli, o, rusları canından da çox sevir və Qərbin planlarına rəğmən, onların inkişafını və sağlamlığını istəyir. Bu, onun rus xalqına töhfəsidir. İndi isə keçək Qərbə verdiyi töhfələrə.

Putinin fəalliyəti nəticəsində Rusiya biznes mühitində bu günə olan vəziyyətdən bir parça:

“Apple Pay” - tam blok

“Apple” - bazardan tam çıxdı

“Adidas” - milli futbol komandası ilə işləməkdən imtina

“Audi” - bazardan tam çıxdı

AMD - mikroçiplərin tədarükünə qadağa və tezliklə video kartların tədarükünə qadağa

“Amazon” - bütün pərakəndə satışın tam bloku

“Adobe” - tam blok

“British Petrolium” - səhmlərin 20%-i ilə “Rosneft”i tərk etdi

BBC - yayım lisenziyalarının ləğvi

BMW - zavodları bağlayır, təchizatı bloklayır

“Bolt” - bazardan çıxır

“Boeing” - bazardan çıxır

“Chevrolet” - bazardan kənarda

Kann Festivalı - RF nümayəndə heyətinin iştirakına blok

“Cadillac” - bazardan tam çıxır

“Carlsberg” - ixrac məhdudiyyəti

“Cex Io” - kripto platforması “ru” istifadəçilərini qadağan edir

“Cinema 4D” - proqram işləmir

“Disney” – Rusiyada gedəcək bütün filmləri ləğv edir

“Dell” - bazardan çıxır

“Dropbox” - bir neçə gündən sonra ölkədə fəaliyyətini dayandıracaq

DHL - bazardan çıxır

“Eurovision” - diskvalifikasiya

“Ericsson” - bazardan çıxır

“Exxon Mobil” - Rusiya neft şirkətlərindəki bütün mütəxəssislərini geri çağırır

“Etsy” – “ru” hesablarındakı bütün qalıqların bloklanması

“Facebook” - Rusiya media hesablarına qadağa

“FedEx” - çatdırılmalara tam qadağa

“Formula 1” - Soçidəki turnirin ləğvi

“Ford” - bütün mağazaları bağlayır

FİFA - milli komandanın dünya çempionatına diskvalifikasiyası və Rusiya Federasiyasında hər hansı beynəlxalq matçların keçirilməsinə qadağa

“Google Pay” - qismən blok

“Google Maps” - Rusiya üçün məlumatın bloku

“General Motors” - ixracı dayandırır

HP - idxal qadağası

“Harley Davidson” - təchizatı kəsdi

“Instagram” - təbliğatın bloklanması

“Intel” - mikroçip təchizatı qadağası

“Jaguar” - bazardan çıxdı

“Jooble” - xidməti ləğv etdi və bəyanat verdi

KUNA – bazardan çıxır

“Lenovo” - bazardan çıxır

“LinkedIn” - ölkədən tam çıxmağa hazırlaşır

BOK - bütün yarışların ləğvi

“Mastercard” - kart istehsalının dayandırılması, bir neçə bankın bağlanması

“Maersk” - Rusiyaya/Rusiyadan çatdırılmaları dayandırdı – yəni Ali express və ASOS ilə mal almaq olmayacaq

“Mercedes” - ölkədən çıxır

“Megogo” - bütün rus filmlərini silir

“Metro” - 10 min işçinin işdən çıxarılması

“Mitsubishi” - 141 xidmət mərkəzinin işçilərinin işdən çıxarılması

“Microsoft Office” - geniş spektrli tədbirlər müzakirə olunur

Mobil Dünya Konqresi - Rusiya Federasiyasından nümayəndə heyəti üçün akkreditasiyadan imtina

NFT - Rusiya Federasiyası və Belarus Respublikası istifadəçilərinin pul bloku, pullarının Ukraynaya köçürülməsi

NHL - Rusiyadan olan hokkeyçilər üçün tam blok

“Netflix” - rus orijinal layihələri üzərində işi dayandırıb

“Nike” - bütün mağazaları bağlayır

“Nintendo” - rublla alış-verişə qadağa

“Nissan” - bazardan çıxır

“OnlyFans” - ölkədə bağlanması

“Paysera” - bloklama

“PayPal” - hesabların çıxarılması üçün dondurulma

“Paramount” - film paylama bloku

“Parimatch” - franşiza geri götürüldü

“Porsche” - Rusiyadan çıxmır

“Renault” - bazardan çıxır

“Samsung” ödəniş - xidmətin bloklanması

“Snapchat” - Rusiya və Belarusdakı proqramdan çıxdı

“Scania” - Rusiya Federasiyasından çıxır

“SpaceX” – “Starlink”in Ukraynaya çatdırılması

“Shell” – “Qazprom” ilə müqavilənin ləğvi

“Spotify” - abunə haqqını ödəmək mümkün deyil

“Sony” - film paylama bloku

“Twitter” - Rusiya Federasiyasının vətəndaşları üçün hesabları qeydiyyatdan keçirə bilməzsiniz

“TikTok” - aqressiv pisliklərə və sözdə mediaya kütləvi qadağa

“Toyota” - Rusiya bazarından çıxmır

UEFA - Sankt-Peterburqda Çempionlar Liqasının finalının ləğvi, bütün klubların Çempionlar Liqası və Çempionlar Liqasında iştirakına qadağa qoyulması, baş sponsor “Qazprom” ilə müqaviləyə xitam verilməsi.

UPS - çatdırılmalara tam qadağa

Universal şəkillər - film paylama bloku

“Viza” - sanksiyalar altında bankların bloklanması

“Volvo” - Rusiya Federasiyasından çıxmır

“Yandex” - şirkətin səhmlərinin NY fond birjasındakı kotirovkalardan xaric edilməsi

“YouTube” - yüzlərlə RF kanalının və onların monetizasiyasının bloklanması

“Warner Bros” - bütün film yayımını ləğv edir

“Wolkswagen” - ölkədən çıxır

“Zoom” - proqram təminatının inkişafı üçün lisenziyaların ləğvi

“Porsche” - bazarı tərk edir

“Valf” - Rusiya kartları vasitəsilə alışların qapanması

“Canon” - işin dayandırılması

“Lexus” - bazardan çıxır

“Megogo” - fəaliyyətini dayandırdı

BLAST - Rusiya komandalarını qarşıdakı turnirlərə dəvət etməyəcək

ASOS - məhsullarını göndərməyi dayandırdı

“Siemens” - çatdırılmaları dayandırdı

“Uber Technologies” – “Yandex.Taxi” ilə birgə müəssisədən çıxır

H&M - göndərmə dayandırır

və siyahı yenilənir...

Qərb üçün bu qədər işlər görərək, Rusiyanı yenidən 90-cı illərə qaytaran adam Qərbin agenti deyilsə, bəs kimdir? Mən hələ onun Ukrayna üçün etdiklərini demirəm - bu gün Zelenskinin ən barışmaz rəqibləri belə, onun ətrafında birləşdilər. Necə ki, bütün Qərb və Avropa Birliyi də mübahisələr son qoydu və bir hədəfə vurmağa başladı. Bircə qalır Ukrayna müharibə meydanında 10 il qalmaq və “qardaş xalqa yardım etmək” - necə ki, vaxtı ilə SSRİ Əfqanıstana edirdi. Nəticəni hamınız bilirsiniz. Dejavu?(AYNA)

Yoldaş Mircəfər

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam