Qubadlı-Eyvazlı avtomobil yolu çəkilir, amma...-Sərvətimizi erməni vandalizmindən sonra kimlər dağıdır...
Yenixeber.org: Biz Qubadlı rayonu ilə bağlı xeyli material əldə etdik. Faktiki olaraq rayonun daşınmaz və “qeyri daşınmaz” əmlakından əsər-əlamət qalmayıb. İşğal olunmuş rayonun elə hissələri olub ki, onu ermənilər torpaq kisələrdə aparıblar. Çünki rayonun bəzi ərazilərdən götürülən torpaqlar nümunə üçün Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin, İsrailin, İranın, Türkiyənin, Gürcüstanın... kəşfiyyat idarələrində və həmin idarələrin elmi tədqiqat mərkəzlərində genetik araşdırmalar laborotoriyalara köçürülür. Daha dəqiqi desək, bu gün işğal olunmuş ərazilərimiz, o cümlədən, Qubadlı rayonu beynəlxalq miqyasda fəaliyyət göstərən genetik strateji araşdırmalar mərkəzlərində öyrənilir. Millətin genetik kodları haqqında məxfi qaydada araşdırmalar aparılır.
Biz burda fikrimizi davam etdirmirik. Çünki bu sahə ilə iş görə biləcək həm məxfi, həm də qeyri məxfi digər təşkilatlar var. Lakin biz bir məsələnin üstündə dayanırıq. Bu da çəkilən yeni yolun tam mənada ölçülüb-biçilməmiş xəritəsi ilə bağlıdır. Bir yandan yol çəkilir, bir yandan yolun ərazisində qərar tutan “göy mərmər” yataqları dağıdılır. “Göy mərmər”in yerləşdiyi AYNAXLI dərəsi uçurulur, viran qalır. Sual olunur. Qubadlı-Eyvazlı avtomobil yolunu bir az kənardan çəkmək olmazdımı? “Göy mərmər” qiymətli təbii sərvəti yenidən bərpa etmək mümkündürmü? Onu bizə yenidən qaytaran olacaqmı?
Biz bu barədə dayanırıq. Çünki məsələ daha ciddidir. Qubadlının qədim əraziləri, yataqları dağıdılır. Yəni açıq desək, bu məsələlərdə erməni vəhşilərinin yeni təzahürləri görürük. Hər qarış torpağına onlarla şəhid verən igidlərimizi düşünün, cənablar. Ali Baş Komandanın İlham Əliyevin tövsiyyələrini yada salın: “Qubadlı Azərbaycanın vuruşan və döyüşən yurdudur. Qubadlı bu gün də döyüşür. Təəssüf edirəm ki, bu gün o Qubadlını dərk etməyən, mənəvi dəyərləri bir tərəfə qoyub başqa işlərlə məşğul olanlarla döyüşür...”
Qubadlının maralı bir tarixi də var. İşğal olunmuş və yenicə azadlığa çıxan Qubadlıda ümummilli liderimizin – Heydər Əliyevin möhtəşəm bir xatirəsi də var. O, dəfələrlə həmin xatirəni yad edib, orada yaşayan nəsillərlə fəxr edib. Həmin nəsillərdən biri mərhum, keçmiş daxili işlər nazirimiz olan, general-mayor Arif Nəzər oğlu Heydərov idi, onun ailəsi idi. Rayonun Gürcülü kəndində generalın dədə-baba yurdu qalıb. Tanınmış professor Heydər Əliyevin sədaqətli dostu və çox günlərini general Arif Heydərovla bir yerdə keçirən, ərazidə qurub-yaratmaqda ona dəstək olan professor Əliağa Cəfərov xatırlayır: “Rəhmətlik ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, Arif Heydərov mənim qardaşımdır...” Ermənilər bilərəkdən onun həyət-bacasını, evini yandırıb, bağ-bağatını sındırıb, dağıdıblar. O bağ ki, Heydər Əliyev orda general-mayor Arif Heydərova “Mən sənə inandığım üçün Azərbaycanın Daxili İşlər Naziri təyin edirəm. Bu mənim arzularımdan biridir”.
Amma o vaxtdan xeyli keçib. İndi nə çatmır? Generalın ata-baba yurdunun bərpası, Qubadlıda yeni qurmaq və yaratmaq eşqi. Yaxşı olardı ki, ölkə rəhbərliyi rayonu yaxşı, gözəl, işi bilən, dövlətini, millətini sevən ümummilli lider Heydər Əliyevin tövsiyyələrinə sədaqətlə əməl edən bir şəxsə versin.
Rövşən Novruzoğlu:
politoloq, Milli Təhlükəsizlik üzrə ekspert, professor