Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının inşası DAVAM EDİR - FOTOLAR

Qarabağ və Şərqi Zəngəzur sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır. 
Yenixeber.org: Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometrdir.
Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir. 
Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşası hazırda davam etdirilir. 

Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun ilk 6 kilometrlik hissəsində torpaq işləri, yeraltı keçid və boruların inşası işləri yekunlaşıb, hazırda qeyd olunan hissədə yol geyiminin inşası aparılır. 
Yolun 7-40 kilometrlik hissəsində isə torpaq işləri, “İnşaat Norma və Standartları”na uyğun olaraq yol əsasının və yatağın deformasiyaya uğramış və yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür. 
Artıq əsas yolda qeyd edilən körpülərdən üçünün inşasına start verilib.  
Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi aparılır, həmçinin trassa boyu müxtəlif gərginlikli elektrik xətləri köçürülür. 
BÜTÜN YOLLAR QARABAĞA APARIR...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam