Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstanın baş naziri Ərdoğanla danışıb:"Türkiyə-Gürcüstan-Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır"

Ərdoğan: Türkiyə-Gürcüstan-Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı məlumat ayıb

Məlumata görə, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam