Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rəsmi Yerevan Ankara ilə dialoqa hazırdır, lakin Zəngəzur dəhlizini "sülhə və sabitliyə zidd" hesab edir-AÇIQLAMA

Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını "Armenpress"ə şərh edib. Belə ki, Türkiyə prezidenti bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə onunla görüşmək istəməsilə bağlı təkliflər gəlir.

Yenixeber.org: "Baş nazir Milli Məclisin son iclasında hökumət üzvlərilə sual-cavab rejimi zamanı  Türkiyə ilə danışıqlara başlanılması ilə bağlı öz düşüncələrini açıqlayıb, bildirib ki, onun fikrincə, yüksək səviyyəli əlaqələrdən öncə işgüzar müzakirələr olmalıdır.

"Hazırda Ermənistan və Türkiyə rəsmiləri arasında hər hansı əlaqə olmayıb, amma Ermənistan hökuməti bu cür əlaqələrə hazırdır. Bu cür effektiv iş şəraitində Ermənistan həm yüksək, həm də ali səviyyədə görüşlərə hazır olacaq".

  

Ərdoğanın Ermənistan ərazisindən dəhliz açmaq çağırışı ilə bağlı suala cavabında o deyib: “Ermənistan 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda yer alan razılaşmaların dəqiq yerinə yetirilməsinə böyük əhəmiyyət verir. Kommunikasiyaların açılması regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması, düşmənçilik mühitinin aradan qaldırılması üçün son dərəcə vacibdir və Ermənistan bu istiqamətdə hərəkət etmək əzmindədir. Bəzi bəyanatlarda kommunikasiyaların bərpası mövzusu transformasiya olunur və regional təcridin saxlanması məntiqini qazanır. Dəhlizlər barədə söhbət regionda sülhün və sabitliyin bərqərarı, düşmənçilik atmosferinin aradan qaldırılması məntiqinə ziddir. O, təkcə region dövlətlərinin və xalqların təcrid olunmasına yox, həm də bu təcridə dönməzlik əlamətinin verilməsinə yönəlib. Lakin regionun qarşılıqlı əlaqəsini qabardan regional kommunikasiyaların açılması yolları da var və düşmənçiliyin tədricən aradan qaldırılmasının real yolu ola bilər. Ermənistan hökuməti bu variantı dəstəkləyir və 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində və 11 yanvar tarixli üçtərəfli bəyanatda məhz bu variant təsvir olunub", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam