Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

XİN:Azərbaycan danışıqlara hazırdır

 

 "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır"


Yenixeber.org: Bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin açıqlamasına münasibət bildirərkən deyib.
"Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır. Substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində bizə təkliflər daxil olduğu halda, kütləvi informasiya vasitələrinə bu barədə məlumat veriləcək", - o qeyd edib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın həftələrdə görüşə biləcəyini iddia edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam