Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“BUNU EŞİDƏNDƏ PUTİNİN BƏNİZİ SOLMUŞDU...” - “Rusiya “taxıl diplomatiyası”nın toxumlarını səpməyə başlayıb”

Yenixeber.org: Moskvdakı bazarlar üzrə məsləhətçi ekspert işləyən və adının açıqlanmasını istəməyən bir şəxs bizmlə söhbətində bildirib: ”Vladimir Putin təzəcə prezident olanda, onunla keçirilən görüş zamanı söyləyiblər ki, Rusiya öz ərzaq məhsullarının 50 faizini xaricdən idxal edir. Bunu eşidəndən sonra Putinin bənizi solmuşdu. Elə məhz o vaxtdan Putin öz qarşısında ölkənin ərzaq təhlükəsizliyinin daha yaxşı təmin edilməsi məqsədini qoyub. Putin asılılıqdan qorxur. Ancaq indi Rusiya buğda yetişdirilməsi üzrə dünyada birinci yerdədir və artıq başqa ölkələr ondan asılıdır”.

SSRİ böyük taxıl ixracatçısıydı. Lakin 2000-ci illərdə bu sektora heç də lazımi diqqət ayrılmırdı, istehsalçılara subsidiya verilmirdi, ona görə də ölkə idxaldan asılı vəziyyətə düşmüşdü. 2004-cü ildə Putin milli layihə olan “İnvesestisiya yoluyla istehsalın stimullaşdırılması” çərçivəsində kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə dövlət proqramını işə saldı. Bu layihədəki başlıca məqsəd ölkənin əsas ərzaq məhsullarına olan təlabatının 80-95 faiz təmin edilməsindən ibarət idi.

On ildən sonra bazarın şəffaflığını artırmaq üçün taxıl satışı üzrə plan təqdim olundu. Ümumi rifah naminə bu bazarın daha şəffaf hala gətirilməsi üçün dövlətlə böyük şirkətlər arasında razılaşma əldə olundu.

 

 

“Qazprombank”ın analitiki Darya Snitko bu barədə deyib: “Çox müsbət effekt oldu, bu, ixraca böyük təkan verdi”.

2014-cü ildə Krımın ilhaqından sonra ABŞ və Avropa Birliyinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyaların ardından rublun devalvasiyaya uğraması ixracı ucuzlaşdırdı. Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara cavab olaraq Kreml Qərbdən alınan xeyli syada müxtəlif ərzaq növlərinin idxalına qadağa qoydu. Bu,Rusiyanın həmin istiqamətdəki daxili istehsalını daha çox stimullaşdırdı.

Bundan sonra dünyanın ən böyük ərazisinə malik olan ölkə dünyanın ən böyük buğda ixracatçısına çevrildi və 2017-ci ildə ABŞ və Kanadanı ötüb keçdi. Putin mətbuat konfranslarının birində demişdi: ”Biz bir nömrəyik. Biz, ABŞ və Kanadaya qalib gəldik”.

Buğda və xüsusən də taxıl sanksiyalardan ziyana düşən ölkənin iqtisadiyyatındakı xarici kapitalın qiymətli mənbəyinə çevrildi.

İndi Rusiya neftdən asılılığını azaltmaq, yeni bazarlar tapmaq və özünün qlobal diplomatik əhatə dairəsini genişləndirmək üçün kənd təsərrüfatı məhsullarının ixrac mərkəzi kimi yavaş-yavaş Avrasiyaya, Afrikaya və Latın Amerikasına doğru irəliləyir. Bəziləri hətta Rusiya taxılının Kremlin yeni neft əmtəəsinə çevriləcəyini gözləyir.

 

 

Neft hasilatının müştərək səylərlə azaldıması üçün Rusiya ilə Səudiyyə Ərəbistanı 2016-cı ildə razılığa gəlmişdilər. ”TS Lombard” şirkətinin investisiya araşdırmaları üzrə analitiki Madina Xrustalyova deyir ki, öz büdcəsini balanslaşdırmaq üçün Ər-Riyada yüksək neft qiymətləri lazım idi. Ona görə də Moskva hasilatı azaldaraq neftin qiymətini qaldırdı. Bunun əvəzində Səudiyyə Ərəbistanı Rusiyadan taxıl idxal etməyə başladı. Hal-hazırda Səudiyyə Ərəbistanının taxıl idxalının 10%-i Rusiyanın payına düşür.

Yeni bazarların uğurlu lobbiçiliyindən sonra Asiya, Çin və Vyetnam Rusiyanın iri taxıl müştərilərinə çevriliblər. Rusiya 2020-ci ildə həm çəki baxımından və həm də dollar gəlirləri ilə götürdükə mal ətinin idxalını üç dəfə, donuz ətinin idxalını isə iki dəfə artırıb. Keçən il Pekin öz bazarını Rusiyanın üzünə açdıqdan sonra mal əti ixracının yarısı Çinə gedir. Vyetnam 2019-cu ilin sonundan Rusiyadan donuz əti idxal edir.

Bu sahənin ekspertləri hesab edirlər ki, taxıl və ət ixracı Rusiyanın inkişaf etməkdə olan ölkələrdəki iştirakını genişləndirib. BMT-nin hesablamasına görə, 2050-ci ildə dünyada indikindən 40 faiz artıq qida məhsulu istehsal olunmalıdır. Çünki növbəti 30 ildə Yer kürəsinin əhalisi daha 2 milyard nəfər artacaq, ona görə də dünya əhalisi qida ilə təmin edilməlidir.

“Rusaqrotrans” şirkətinin direktorlar şurasının üzvü Oleq Roqaçev deyib: ”Biz qida sənayesində uğur qazanmağa və böyüməyə məhkumuq. Bu, geosiyasi mövqeyə görə sərfəlidir. Bizim məhsulları istehlak edən Afrika, Yaxın Şərq və Uzaq Şərq ölkələrinin istehlak istəyinin ən sadə üsulu Rusiyadan tədarükdür”

Rusiya dünyanın xam neftə olan tələbatının 10 faizini ödəyir. 1990-cı illərdə SSRİ-nin dağılmasından sonra Rusiya qazandığı neft pullarının böyük hissəsini öz ərzaq ehtiyacına xərcləyirdi. Lakin indi Rusiya praktiki olaraq özünü taxıldan tutmuş pendirə kimi əksər məhsullarla təmin edə bilir.

1991-ci ildən indiyədək ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 50 % çoxalıb. Bu müddət ərzində ixrac üç dəfədən çox artıb və keçən il bu sektorun qazancı 30 milyard dolları ötüb.

Kənd təsərrüfatı məhsullarının ixracında məhz taxıl xarici valyutanın əsas mənbəyidir. Misir və Türkiyə Rusiyadan böyük həcmdə taxılı alır. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu Rusiya Kənd Təsərrüfatı naziri Dmitri Patruşevə tapşırıq verilib ki, 2024-cü ilə kimi kənd təsərrüfatı idxalından əldə olunacaq gəlirləri 50 faiz artırsın. 2025-ci ilədək ixrac bazarları üçün taxıl istehsalını 140 milyon tona çatdırmaq barədə Dmitri Patruşevə göstəriş verilib.

 

 

Gözlənilir ki, taxıla qoyulan müvvəqti ixrac kvotası, işçi qüvvəsinin çatışmaması və pis hava şərtləri 2021-ci ildə istehsalın həcmini 127 milyon tona kimi azalda bilər. Bu isə qarşıya qoyulmuş məqsədin 2025-ci ildə həyata keçirilməsinin nə dərəcədə çətin olacağını göstərir.

Əvvələr də öz qonşuları ilə münasibətlərində qida məhsulları Rusiyanın əlində diplomatik vasitə kimi istifadə edilib. 2015-ci ildə Türkiyə ordusu tərəfindən Rusiya qırıcısı vurulduqdan sonra Rusiya bu ölkədən bəzi kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymuşdu. İxrac bir ildən sonra bərpa edildi və Türkiyə 2019-cu ildə Rusiya buğdasının ən böyük alıcısı oldu. Bundan sonra Rusiyanın Avropaya gedən təbii qazı tranzit kimi Türkiyədın keçdi. Digər yandan, Rusiya İrana satılan taxılın əvəzinə İran neftini alaraq, onu satmağa razılaşdı.

Pekin öz əhalisinin sayını, coğrafi yaxınlığı və şərq istiqamətindəki dəmir yolları infrastrukturunun genişlənməsini nəzərə alaraq, Qərblə münasibəti pisləşdikdən sonra üzünü Çinə çevirən Rusiyaya böyük ərzaq bazarı kimi baxır. Ancaq bütün bunlara baxmayaraq, hazırkı anda Rusiyanın Çin bazarındakı payı Çinin taxıl standartlarına görə nisbətən azdır.

“Qazprombank”ın analitiki Darya Snitko bildirib: ”Əlbəttə, biz həmişə Çinə güvənirik. Çin bizim əsas qonşumuz və ticarət tərəfdaşımızdır, kənd təsərrüfatında da həmçinin. Bu, bizim zəbt etmək istədiyimiz ən maraqlı bazardır”.

Bütün əsas istehsalçılar bir-birilərilə rəqabət aparırlar. Çin bazarında Avstraliya və Ukrayna da ciddi rəqibdirlər. Rusiya dünya buğda bazarında lider olduqdan sonra gələcək bazarlarla xarici siyasət arasında balans yaratmağa çalışır.

“TS Lombard” şirkətinin analitiki Madina Xrustalyova deyib: ”İndiki iqtisadi vəziyyətdə Rusiyanın buğda tədarükünün köməyi ilə xarici siyasətdə nəyəsə nail olmağa cəhd göstərməyindənsə, onun xarici bazarlara giriş əldə etməyə çalışması daha vacibdir”.

 

 

Bəzi ekspertlərin fikrinə görə, taxıldan əldə olunan gəlir neft hasilatının azalması nəticəsində itirilən gəlirlərin bir hissəsini kompensasiya edir. Rusiyanın rəsmi statistikasına əsasən Ümumi Daxili Məhsulda kənd təsərrüfatının payı cəmi 4 faizdir, amma neft və qaz sektorunun payı 15 %-dir.

Rusiyanın neft və qazdan əldə etdiyi gəlir əvvəlkitək dövlət büdcəsinin üçdə bir hissəsini təşkil edir, neftin qiymətinin oynaqlığı Rusiya ilə yanaşı digər neft istehsalçılarını da kəskin şəkildə zərərə uğradıb. Qlobal ticarət müharibələri və təmiz enerjiyə keçid Moskvanı faydalı qazıntılardan asılılığı azaltmaq varinatlarını gözdən keçirməyə məcbur edib. Bu baxımdan qida məhsulları Rusiya diplomatiyasının yeni faydalı vasitəsinə cevrilib.

Moskva əhalisinin sayı sürətlə artan Afrika qitəsini və Çənubi-Şərqi Asiya bölgəsini qida məhsulları idxalçısı qismində görür.

 

 

Rusiyanın və Avropanın ən böyük gübrə istehsalı şirkətlərindən biri “Fosagro”-nun icraçı direktoru Andrey Quryevin sözlərinə görə, Rusiya bu tələbin yerinə yetirilməsi üçün bütün imkanlara malikdir: ”Rusiyanın torpağı, suyu, limanları, dəmir yolları var. Dünyanın heç bir ölkəsi belə böyük potensiala malik deyil. Hətta, əgər biz raketlərimiz və peyklərimiz ilə bəzi rəqabətlərdə qalib gələ bilməsək də, bizim kənd təsərrüfatı məhsullarımıza bütün dünyada böyük tələbat var. Dünyanın Rusiyadan ala biləcəyi məhsullar təkcə neft və avtomat Kalaşnikov deyil, bizim həmçinin ekoloji təmiz qidamız da var”.

Vaxtilə Rusiyanın ən varlı adamı olmuş Oleq Deripaska Rusiyanın ən böyük aqroholdinqlərindən sayılan “Kubanı”ın sahibidir. ABŞ Oleq Deripaskaya qarşı sanksiya tətbiq etdikdən sonra o, ölkənin ən böyük aluminium istehsalı şirkəti olan “Rusal”dan imtina etməyə məcbur qaldı. Lakin hətta Putinə yaxın iş adamı sayılan Oleq Deripaska da son dövrlər kənd təsərrüfatı sektoruna kritik yanaşır və hesab edir ki, fermerlər üçün verilən kreditlərin faiz dərəcəsi yüksəkdir. Ekspertlər deyirlər ki, Rusiya investisiyaların artımını stimullaşdırmaq üçün istehsalın, infrakstrukturun və maliyyə vasitlərinin effektivliyini qaldırmalıdır.

Ölkənin İkinci ən böyük kreditoru olan” VTB” bankı bu sahədə islahat aparmağı və taxıl bazarının böyük oyunçusuna çevrilməyi öz üzərinə götürüb. Bu bank son bir neçə il ərzində taxıl biznesinə 2 milyard dollardan çox sərmayə yatırıb. Bununla yanaşı, “VTB Kapital”ın qlobal xam mallar bölməsinin rəhbəri Atanas Cumaliyev deyib: ”Biz effektivlik zəncirinin aşağı hissəsində durmuşuq. ABŞ kənd təsərrüfatının maliyyə bazarındakı həcmi bir trilyon dollar təşkil edir. Bu, sənaye və texnologiyanın inkişafına imkan verir. Rusiyada belə bir bazarın yaradılmasına illər lazımdır”.

“Financial Times” – (Böyük Britaniya)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam