Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Nazir təyin ediləcəyini gözləyən ordu generalının türmə  yolu –Kobetsi bir məktubla bitiriblər

Həbs olunmasından bir neçə ay əvvəl onun nazir vəzifəsinə təyinatı məsələsi Kremldə dəfələrlə müzakirə olunub. Konstantin Kobetsin peşəkar və təcrübəli hərbçi olması, 1991-ci ildə 20 gün Rusiyanın müdafiə naziri vəzifəsini icra etməsi, avqust hadisələrində Boris Yeltsinə dəstək verməsi generalın təyinat şansını tam təmin edib...

Yenixeber.org: Konstantin Kobets nazir təyinatını gözlədiyi bir vaxtda, hadisələr tam əksinə cərəyan edib, zaman onun xeyrinə işləməyib və o, nazir kabinetinə deyil, “Lefortovo” həbsxanasındakı kameraya göndərilib.
Konstantin Kobets 1939-cu ildə Kiyevdə anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Kiyevdə hərbi rabitə məktəbində təhsil alıb. Daha sonra təhsilini Leninqradda Hərbi Rabitə Akademiyasında və Voroşilov adına Hərbi Akademiyada davam etdirib.

Uzun illər SSRİ silahlı qüvvələrinin rabitə qoşunlarında xidmət edən Konstantin Kobets 1987-ci ildə SSRİ Müdafiə Nazirliyinin rabitə qoşunları baş idarəsinin rəisi, baş qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb.

Kobets,_Konstantin_Ivanovich.jpg (87 KB)

K.Kobets eyni zamanda elmi yaradıcılıqla da məşğul olub. O, hərb elmləri doktoru və professor elmi dərəcəsinə də sahib olub.

1991-ci ilin avqust hadisələri Kobetsin hərbi karyerası üçün yeni şanslar və yaşıl işıqlar yaradıb. O, Boris Yeltsinin ən yaxın tərəfdarı kimi tanınıb və Yeltsin onun sədaqətini yüksək qiymətləndirib. Belə ki, avqustun 20-də Kobets Rusiyada yaradılmış yeni Müdafiə Nazirliyinə rəhbər təyin edilib. Bununla yanaşı, o, SSRİ-də ordu generalı rütbəsi alan sonuncu hərbçi olub.

1991-ci ilin sentyabr ayında Rusiya Federasiyasının müdafiə məsələləri üzrə dövlət müşaviri vəzifəsi təsis ediləndə Kobets bu vəzifəyə təyin olunub. Eyni zamanda o, prezident yanında hərbi islahatlar komissiyasına rəhbərlik edib. Rusiyada hərbi struktur tam formalaşdıqdan sonra Kobets müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.

1997-ci ildə Rusiyanın müdafiə naziri İqor Rodionovun vəzifədən uzaqlaşdırılması gündəmə gələndə, yeni müdafiə naziri vəzifəsinə Kobetsin namizədliyi müzakirəyə çıxarılıb və Kreml məmurlarının əksəri bu təyinata müsbət münasibət bildirib.

Bu ərəfədə Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi təhlükəsizlik baş idarəsi tərəfindən prezident adminstrasiyasına çox geniş, faktlarla zəngin məxfi məktub ünvanlanıb.

Məktubda Konstantin Kobets korrupsiyda ittiham olunub və Rusiya prezidentindən tədbirlərin həyata keçirilməsi üçün icazə istənilib. Yeltsin ordu generalı ilə bağlı araşdırma aparılması barədə rəsmi şəkildə göstəriş verib.

Korrupsiya faktlarının ilkin detalları aşkar olunduqdan sonra 1997-ci il mayın 18-də Kobets vəzifəsindən azad olunub və silahlı qüvvələrdən xaric edilib. Səhəri gün isə ordu generalı həbs olunub.
Konstantin Kobetsin mənzilində axtarış aparılarkən külli miqdarda pul, zinət əşyaları və nazirliyə məxsus maliyyə sənədləri aşkarlanıb. Bunlarla yanaşı, generalın bağ evində qanunsuz silahlar da tapılıb. İstintaq prosesində aşkar olunanlar dəlil kimi təqdim olunsa da, Kobets öz cinayət əməllərini etiraf etməkdən boyun qaçırıb.

733176.jpg (79 KB)

General “Lefortovo”da olduğu müddətdə bir neçə dəfə Boris Yeltsinə əfv olunması üçün yazılı müraciət göndərib. Prezident bu müraciətlərə qarşı susqunluq nümayiş etdirərək heç bir reaksiya verməyib.
Istintaq bir neçə il davam edib. Bu müddət ərzində Konstantin Kobets “Lefortovo”da iki dəfə insult keçirib, səhhətində ciddi problemlər yaranıb. Hətta o, ona təqdim olunan sənədləri oxumaq imkanında olmayıb. 1998-ci ildə Kobetsi səhhətində yaranmış ciddi problemlərə görə “Lefortovo”dan ev dustaqlığına buraxıblar.

General korrupsiya əməllərini etiraf etməsə də, 1999-cu ildə dövlətə vurduğu ziyanın 300 min dollarını büdcəyə qaytarıb. Müstəntiqlər Kobetsə xəbərdarlıq ediblər ki, əgər korrupsiya əməllərini etiraf etsə, 2000-ci ildə qələbənin 55-ci ildönümü münasibətilə veriləcək amnistiya ona da tətbiq olunacaq.
Beləliklə, ordu generalı korrupsiya faktlarını təsdiqləyib və başa çatan cinayət işinə görə alacağı cəza maddələri amnistiyaya düşərək azadlığa buraxılıb.

Azadlığa çıxdıqdan sonra həkimlər Kobetsin səhhətində bir neçə ciddi xəstəlik aşkar ediblər. General “Lefertovo”da olduğu müddətdə qırx kiloqram çəki itirib. Bütün bu problemlərə baxmayaraq, Konstantin Kobets “Lefortovo”dan sonra 12 il yaşayıb.

800px-Могила_генерала_армии_Константина_Кобца.jpg (177 KB)

SSRİ-nin sonuncu ordu generalı Konstantin Kobets 2012-ci ildə, 73 yaşında vəfat edib. Ailəsi onun Novodeviçye qəbirstanlığında dəfn olunmasını Kremldən xahiş etsə də, bu xahiş nəzərə alınmayıb. General Moskvada, Troekurovsk qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam