Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Abşeron rayonu zibil poliqonuna çevrilir:məsul şəxslər isə ötü-ötür oyunu oynayır-FOTOLAR

Yenixeber.org: Abşeron rayonunun Xırdalan şəhəri başda olmaqla, bütün qəsəbələri son aylar zibil bataqlığına çevrilib. Bu problemlə bağlı demək olar ki, 2-3 gündən bir elektron mediada, sosial şəbəkələrdə yazılar tirajlanır. Google üzərindən bir axtarış yetər ki, bu mövzuda saysız yazılarla, foto və videolarla rastlaşaq...

İndi isə yenixeber.org-a Abşeron rayonu Ceyranbatan və Saray qəsəbələrinin bir qrup saikininin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovaya ünvanlamış olduqları müraciətin surəti daxil olub. Qəsəbə sakinləri bu müraciətdə də başlıca olaraq məişət tullantılarının vaxtaşırı daşınmamasından və nəticədə qəsəbənin zibil paliqonuna çevrilməsindən bəhs edirlər. Söhbət paytaxtətrafı qəsəbədən gedir...

Biz müraciətdə yer alan iddialarla bağlı aidiyyatı tərəfləri də dinləməyə çalışdıq. Abşeron Rayon İcra Hakimiyyətinin mətbuata sorumlusu kimi təqdim olunan telefon nömrəsinə etdiyimiz zənglər cavabsız qaldı.

Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Qəhrəman Rüstəmov isə problemin onlara aidiyyatının olmadığını bildirdi: “Artıq bu aydan zibil pulunu da biz yığmırıq. Bu problem bizim idarənin deyil, bu qəsəbələrin İcra Nümayəndəliklərinin və Bələdiyyələrinin problemidir”(?)

Əldə etdiyimiz məlumata görə isə həqiqət Qəhrəman müəllimin dediyindən az da olsa fərqlidir... Yeni məhəllələrdə olmasa da, qəsəbədaxili zibil daşınması hələ də Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin vəzifəsi olaraq qalır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının Saray  qəsəbə  inzibati  ərazi  dairəsi  üzrə  nümayəndəsi Müşfiq İsmayılov da problemin varlığını etiraf etdi: “Saray və Ceyranbatan qəsəbəsini ayıran Zərdabi küçəsində son vaxtlar zibil problemi yaşanır. Amma ora zibil atanların əksəriyyəti Ceyranbatan qəsəbəsinin sakinləridir. Buna baxmayaraq biz bir dəfə o zibilxanaları təmizlətmişik. İndi “Zövq” adlı bir MMC yaradılıb, sakinlərlə aylıq 4 manat olmaqla müqavilə bağlayır ki, zibilləri daşısın. Təəssüf ki, sakinlərin bəziləri bu müqavilədən imtina edir. Bu istiqamətdə işlər davam edir və yaxınlarda problem həll olunacaq”.

 

Ceyranbatan Bələdiyyəsindən isə bildirdilər ki, bu problem Bələdiyyə olaraq onların başlıca vəzifəsinə çevrilib: “ Son günlər meydana çıxmış bu problemlə gündəlik məşğuluq. Demək olar ki, elə işimiz bu zibil probleminin həlli istiqamətində çalışmaqdır. Hələlik öz imkanlarımızla zibilxanaların təmizlənməsi, küçələrdə fərdi olaraq zibillərin toplanması gündəlik işimizə çevrilib. Rayon rəhbərliyi də problemin həllinə çalışır. Yaxınlarda sakinlərlə müqavilələr bağlanacaq və küçələrdən zibillər vaxtaşırı yığılacaq”  

                                       ***  

Bu da redaksiyamıza daxil olmuş müraciət:

"Hörmətli İradə xanım,

Biz- Abşeron rayonu Ceyranbatan və Saray qəsəbəsinin sakinləri 15 ilə yaxındır ki, bu iki qəsəbəni ayıran H. Zərdabi küçəsində (Qəsəbə sakinləri arasında “KQB yolu” deyilir) məskunlaşmışıq. Ölkəmizin ictimai-siyasi həyatında daim aktiv iştirak etmiş, əsası ümummilli liderimiz tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin tərəfdarı olmuşuq. Sevindirici haldır ki, cənab prezidentimizin rəhbərliyi ilə bu gün ölkəmizin bütün regionları, kənd və qəsəbələri inkişaf edir, abadlaşır.

Hörmətli İradə xanım, 15 ilə yaxındır ki, yaşadığımız massivdə ucqar dağ kəndlərini xatırladan problemlərlə baş-başayıq...Kütləvi yaşayış olan H. Zərdabi küçəsi 30 il əvvəlin Balaxanı zibilliyini xatırladır. Zibil qutuları illərdir ki, tam yararsız, sınıq-salxaq vəziyyətdədir, həm də yerləri düzgün qoyulmayıb. Bəzən isə günlərlə zibil daşınmır. Nəticədə qalaqlanmış zibil yandırılır ki, bunun da hansı mənzərə olduğu, hansı fəsadları törətdiyi bəllidir. Bu faciənin nə olduğunu ancaq bizim kimi yaşayanlar bilər.

Bizi narahat edən ikinci problem isə kütləvi gediş-gəliş olan bu küçənin işıqlandırılmamasıdır. Gecələr zülmətə qərq olmuş küçədə az qala hər gün bir kriminal hadisə baş verir. Nəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkəti qaranlıq küçədə bizi hər an yeni təhlükələrlə üz-üzə qoyur. Çoxlu sahibsiz itlərin olması da başqa bir bəladır. Gecə saatlarında H. Zərdabi küçəsi ilə hərəkət etmək bilərəkdən özünü təhlükəyə atmaq deməkdir.

Paytaxtətrafı bir qəsəbədə bu problemlərlə yaşamaq inandırıcı olmasa da, acı reallıqdır. Nə yazıq ki, bizlər bu acı reallıqla yaşayırıq... Dəfələrlə aidiyyatı rəhbər şəxslərə müraciət etsək də nəticə olmayıb.

Hörmətli İradə xanım, Sizin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olaraq həyata keçirdiyiniz abadlıq-quruculuq işləri bizə də məlumdur. Bu səbəbdən də Sizdən xahiş edirik ki, bizim sadaladığımız problemlərin həllə olunmasını təmin edəsiniz. Ümid edirik ki, belə də olacaq və digər instansiyalara müraciət etməyimizə ehtiyac qalmayacaq”.(yenixeber.org)    

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam