Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abşeron İcra Hakimiyyətindən şikayət-Xırdalan sakini DTX rəisinə niyə müraciət etdi?

 

image here

"Abşeron RİH və bir sıra məmurların mənə qarşı yaratdıqları süni problemlərlə bağlı etdiyim müraciətlərə baxılmır, ötür-ötür oyunu oynanılır"

Yenixeber.org: Redaksiyamıza Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, bina 2, mənzil 26-da yaşayan Lətifov Asif Aydın oğlunun Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə ünvanlı müraciəti daxil olub. Dünən şikayətçini redaksiyamıza dəvət etdik. Lətifov Asif Aydın oğlu başına gələnlər barədə daha ətraflı danışdı…

A.Lətifovun yazılı müraciətini kiçik ixtisarla təqdim edirik:

"Hörmətli Əli müəllim!

Mən 17 il Xüsusi Dövlət Mühafizə Xidmətinin zabiti kimi vicdanla, ləyaqətlə vətənimə xidmət etmişəm. Azərbaycan dövlətinə və dövlətçiliyinə həmişə sadiq olmuşam.

Bu gün isə üzləşdiyim bəzi problemlərlə bağlı Sizə müraciət etmək məcburiyyətindəyəm. Belə ki, doğru danışdığıma və haqqı tələb etdiyimə görə mən və ailəm Abşeron Rayon İcra Hakimiyyətinin bəzi məmurları tərəfindən təqib və təzyiqlərlə üzləşmişik. Abşeron RİH və bir sıra məmurların mənə qarşı yaratdıqları süni problemlərlə bağlı etdiyim müraciətlərə baxılmır, ötür-ötür oyunu oynanılır, məni başlarından edirlər.

Hesab edirəm ki, mənə və ailəmə qarşı yönələn bu ssenarinin müəlliflərinin haqsız və çirkin oyunlarını pozmaq DTX-nin vəzifəsidir. Ona görə də xahiş edirəm, məni qəbul edib dinləyəsiniz ki, sabah bu adamların şər və bohtanları ilə "vətən xaini" kimi ittiham edilməyim. Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyim məktublar isə "Azərpoçt" tərəfindən yoxa çıxarılır. Xahiş edirəm, mənə köməklik göstərəsiniz".

***

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Abşeron RİH Başçısının köməkçisi Fuad Xəlilov şikayətçi Asif Lətifov tərəfindən səsləndirilən ittihamları əsassız adlandırdı, ona və ailəsinə qarşı heç bir təzyiq göstərilmədiyini bildirdi: "Asif Lətifovun Abşeron Rayon İcra Hakimiyyətinə etdiyi müraciətə baxılıb və şikayətinin əsassız olduğu ona izah edilib. Məsələ ondadır ki, vətəndaş Asif Lətifov qonşuluqda yaşayan ailənin əlil uşağının arabasının hərəkəti üçün tərəfimizdən yaradılan şəraitin ona mane olmasından şikayətçidir. Biz də bu barədə Asif Lətifovla görüşüb söhbət etmişik. Ancaq onun özünə və ailəsinə qarşı edilən hər hansı təzyiqdən söhbət gedə bilməz. Oktyabrın 18-də Abşeron Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçiriləcək. Əgər vətəndaşın başqa bir problemi varsa, qəbula gəlsin, dinləyək".(tezadlar)

E.ŞİRİNOV

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam