Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Zəngəzurla bağlı Leninə göndərilmiş tarixi teleqram tapıldı - Erməni yalanları ifşa olunur - FOTO

Zəngəzurla bağlı Leninə göndərilmiş tarixi teleqram tapıldı – Erməni yalanları ifşa olunur – FOTO

 

Ermənistanın ən çox qorxduğu məsələ nə vaxtsa, dünyada arxivlərin açıla biləcəyi və erməni yalanlarının bir-birinin ardınca ifşa olunacağı ilə bağlıdır.

Yenixeber.org: Ancaq ermənilər nə qədər qorxsalar da, qarşısını almağa çalışsalar da onların yalanlarını boşa çıxara biləcək sənədlər ictimailəməkdə davam edir.

Belə ki, Rusiya arxivlərindən erməni yalanlarını ifşa edən növbəti tarixi sənəd – 1920-ci ilə aid teleqram tapılıb. Teleqramın məzmunundan onun məhz birbaşa SSRİ-nin qurucusu Vladimir İliç Leninə ünvanlandığı məlum olur.

Həmin tarixi teleqramın məzmunu Zəngəzurun Azərbaycana aid ərazi olduğunu növbəti dəfə, həm də birmənalı şəkildə təsdiqləyir.

Teleqramda deyilir ki, Azərbaycan Sovet Respublikası Ermənistan hökumətinə ultimatum göndərib. Həmin ultimatumda Ermənistan hökumətinə qarşı aşağıdakı tələblər irəli sürülür:

– Ermənistan hökuməti Qarabağdan və Zəngəzurdan öz silahlı dəstələrini dərhal çıxartmalıdır;
– Ermənistan öz silahlı dəstələrini öz sərhədləri içərisinə çəkməlidir;
– Azərbaycanlı əhaliyə qarşı etnik qırğın dərhal dayandırılmalıdır…

Eyni zamanda, teleqramda sadalanan tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Azərbaycan Sovet Respublikasının özünü Ermənistan hökuməti ilə müharibə vəziyyətində hesab edəcəyi sərt şəkildə vurğulanır.

Bu tarixi teleqram bir daha təsdiqləyir ki, Ermənistan hələ SSRİ-nin qurulduğu ilk illərdən Azərbaycana qarşı işğalçılıq mövqeyi tutub. Azərbaycana aid əraziləri qeyri-qanuni şəkildə ələ keçirməyə cəhd göstərib. Eyni zamanda, o dövrdə Azərbaycan Sovet Respublikasının rəhbərliyinin məhdud imkanlar çərçivəsində də olsa, Qarabağı və Zəngəzuru Ermənistandan qorumağa çalışdığı aydın olur.

Mənbə: Rusiya Federasiyasının dövlət arxivi, (Ф. Р – 130, Оп.4, Д.600)

Musavat.com haqqında danışılan tarixi teleqramı diqqətinizə çatdırır:(musavat)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam