Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılışı olub

"Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı ilə bağlı daha bir tədbir keçirilib.

Yenixeber.org:  Atletlər Kəndində Olimpiya Mədəniyyəti və Təhsil proqramı çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimi baş tutub.

Güşədə Bakı şəhərindən seçilmiş 49 məktəb 49 Avropa ölkəsini təmsil edib. Güşənin yaradılmasında məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdir. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Ceyhun BayramovMilli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, məktəb direktorları və festivalda təmsil olunan müxtəlif ölkə komandalarının idmançıları iştirak ediblər. 

Rəsmi hissədən sonra nümayəndələr, idmançılar və qonaqlar pavilyon və hər bir ölkənin mədəniyyəti ilə yaxından tanış olublar. Sonda məktəblilər müxtəlif Avropa ölkələrinin mahnı və rəqslərini nümayiş etdiriblər. 

Qeyd edək ki, festivalda 14 - 18 yaşlı atletlər 10 növ - idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayırlar. Ümumilikdə 135 dəst medal sahibini tapacaq. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək. Atletlər Kəndində məskunlaşan idmançıların sayı 3600 nəfər, qonaqların ümumi sayı 4000 nəfərdən çoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam