Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Vətən müharibəsinin dərsləri və inkişaf strategiyası-ANALİZ

 

Yenixeber.org: İkinci Qarabağ müharibəsinin üçüncü on günlüyünün sonlarında çalışdığım Bakı Mühəndislik Universitetinin kollektivi ilə birlikdə artıq müharibənin Azərbaycanın tam qələbəsi ilə bitdiyini qəti müəyyənləşdirərək fəaliyyətə keçməyə qərar verdik. İlk olaraq, işğaldan azad olunmuş torpaqlarda bərpa strategiyası mövzusunda konfrans keçirdik, təkliflər paketini hökumətə və ictimaiyyətə təqdim etdik.

Konfransın qətnaməsində nəzərdə tutulan təkliflərin əksəriyyəti bu istiqamət üzrə hökumətin qatar və tədbirlərində nəzərə alınmışdı. Bundan sonra müharibəni  işıqlandırmaq və postmüharibə dövründə ölkənin fərqli  inkişaf strategiyasını müəyyən etmək üçün xüsusi tədqiqata basladım. Belə bir tədqiqat həm tarix və həm də müasir dövr üçün çox lazımdır. Belə möhtəşəm qələbə ümumi inkişaf istiqamətində də davam etməli və bu ölkə dünya millətlər ailəsində özünə layiq yerini tutmalıdır. Bunun üçün hər cür şəraitə nail olunub. 

"Vətən müharibəsinin dərsləri və inkişaf strategiyası" adlı tədqiqatım tamamlanmaq üzrədi və hazırda bir neçə daxili və beynəlxalq nəşriyyatlarla nəşr olunması üzrə danışıqlar gedir. Bütün dünya tərəfindən bu müharibə çox yüksək qiymətləndirildiyinə görə nəsriyyatlarda da ciddi maraq var. Dünyanın top yüz media qruplarının  hamısı bu müharibə haqqında çox yüksək fikir soyləyib, reportajlar hazırlayıb, 21-ci əsrin ilk unikal rəqəmsal müharibəsi kimi yuksək qiymətləndirib. Əksəriyyət inkişaf etmiş ölkələr bu unikal  təcrübədən yararlanmaq zərurətini  təsdiq ediblər.

Erməni əsgərləri milçək kimi qırılmağa başladı…" — Fransa mətbuatı Vətən  müharibəsindən yazdı | "Fədai" qəzeti

Kitabın dörd dildə çap olunması planlaşdırılır: Azərbaycan, türk, ingilis və rus dillərində. Böyük Britaniya, ABŞ, Polşa, Ukrayna, İsveçrə, Avstraliya nəsriyyatları ilə danışıqlar gedir. Kitab çapa tam hazır olana qədər mətbuatda hissə-hissə tezislər formasında çap olunmasına və bununla ilkin olaraq ictimaiyyətlə müzakirəyə çıxarılmasına qərar verdim.

Kitab Azərbaycanın 44 günlük ildırım sürətli azadlıq müharibəsinin dərslərinin öyrənilməsinə, bütün müharibə xronologiyasınin izahına, Ali Baş Komandanın, ordunun, ayrı-ayrı komandir və qəhrəmanlıq nümayiş etdirmiş əsgər və zabitlərin seçmə üsulu ilə işıqlandırılmasına, beynəlxalq ekspertlərin, media qruplarının, generalların fikirlərinin izahatina və həmçinin bu dərslərdən irəli gələn problemlərin həllinə, Azərbaycan toplumunun gələcək inkişaf strategiyasının müəyyən olunmasına həsr edilib.

44 günlük müharibə və tarixi qələbə - "İki sahil"

Kitab beş bölmədən ibarətdir:

Birinci bölmədə qısaca olaraq Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə  iki minillik tarixində  ilk dəfə  möhtəşəm qələbə ilə başa vurulan İkinci Qarabağ müharibəsinin  13 dərsi təhlil olunub.

Bu dərslər mənim, fikirimcə, aşağıdakılardan ibarətdir:

1.Bütün tarix boyu ilk hadisə kimi bütün qitələrdə yaşayan azərbaycanlıların bir lider ətrafında birləşə bilməsi;

2.Emosional Şərq  idarəçiliyindən hədəfə doğru soyuq başla nəticə idarəçiliyi;

3.Agır siyasi güclərin böyük dağıdıcı enerjisinin faydalı enerjiyə çevrilə bilməsi qabiliyyəti;

4.Dostluq dünyanı xilas edəcək. Müharibə başlanması ərəfəsində Azərbaycanın Ermənistandan başqa düşməni qalmayıb və bu, liderin xidmətidir;

5.Elm və yeni texnologiyalara əsaslanmayan hər hansı güc 21-ci əsrdə heç bir uğura nail ola bilməz;

6.Müharibə üçün iqtisadi güc çox vacibdi, amma siyasi diplomatiyasız ciddi  təsirə malik deyil;

7.Rəqəmsal keçid yalnız hərbidə deyil, bütün həyatda zəruridir;

8.Dünyanın ən böyük gücləri ilə rəqabət səviyyəsinə qalxmaq olar;

9.Riyazi dəqiqlik siyasi hesablamalarda daha vacibdir;

10.Qardaşla da dost olmaq üçün iqtisadi maraqları nəzərə almaq lazımdır;

11.Ekstremal hallarda təkbaşına idarəçilik daha müsbət nəticə verir, amma bu, nadir hallarda ola bilər və ya müstəsna qabiliyyət və bacarıq tələb edir;

12.İnformasiya irəliləyişi və beynəlxalq aləmlə iş, data mübadiləsinin yeni mütərəqqi üsulları;

13. Türk birliyi və türk dostluğu üçün ideal şəraiti bu müharibə və lider  yaratdı.

44 günlük Vətən Müharibəsi kimə nə verdi, kimdən nə aldı? » "Dünya"  informasiya agentliyi

İkinci bölmə müharibədə qələbənin əsas səbəbkarı kimi Ali Baş Komandanın fəaliyyətinə, komandanlıq üsullarına, vahid rəhbərlik məharətinə və əsasən müharibədən öncə hazırlıq mərhələlərinin qiymətləndirilməsinə həsr olunub. Bura həm daxili, həm xarici, həm böyük güclərin neytrallaşdırilması, digər dünya gucləri ilə dostluq münasibətlərinin qurulması, ordu quruculuğu ilə əlaqəli tədbirlər, media və təbliğat sisteminin qurulmasi, bütün əsas güclərin müxtəlif üsullarla zərərsizləşdirilməsi, silahlanma, risklərin ehtiyatlar və rəqəmsal silahlanma ilə təsir altına alınması, daha yaxın dost və qardaş ölkələrin müxtəlif yollarla zəmanətli prosesə cəlb edilməsi və s daxildir.

Üçüncü bölmə  müharibənin xronologiyasına həsr olunub: Burada problemə qısa tarixi baxış həyata keçirilib, 27 sentyabr 2021- çi ildən 10 noyabr tarixinə qədər davam edən dövrdə isə günbəgün xronologiya verilib.

Dördüncü bölmə muharibəyə beynəlxalq ictimaiyyətin reaksiyası, müxtəlif ölkələrin ekspertlərinin, hərbi komandirlərinin, siyasi şərhçilərin və  reaksiyası təhlil olunur və qiymətləndirmə aparılır.

Beşinci bölmədə isə  bu dərslərdən və ölkə prezidentinin qarşıya qoyduğu Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarmaq üzrə qlobal məqsədindən irəli gələn Proqramın yerinə yetirilməsi üçün zəruri islahat tədbirlərinin detalları araşdırılıb.

Bu mühüm tədbirlər kompleksinə aşağıdakılar daxildir:

1.Muharibə sübut etdi ki, müasir dövrdə elmsiz bir addım da irəli getmək mümkün deyil. Bu qələbənin də ən başlıca səbəbi 21-ci əsrin ilk rəqəmsal-elmi müharibəsinin təşkili  oldu. Təəssüf ki, Azərbaycan dünya elm bazarında yalnız istifadəçi (istehlakçı) kimi çıxış edir və bütövlükdə yaradıcı deyil, istehlakçı cəmiyyət kimi formalaşıb. Proqramların yerinə yetirilməsi üçün geniş miqyaslı elmi islahatlara ehtiyac var. Tərəfimizdən ən xırda detallarına qədər elm islahatlarının konsepsiyası və qanun layihəsi  hazırlanıb.

2.Rəqəmsal müharibə rəqəmsal keçid tələb edir. Azərbaycan dünya miqyasında ilk rəqəmsal müharibəni həyata keçirdi və 30 illik işğal altında olan vətən torpaqlarını düşmən tapdağından qurtardı. Rəqəmsal keçid bütün dünya ölkələri üzrə zəif gedir, ciddi problemlərlə qarşılaşır. Azərbaycan Vətən Müharibəsi timsalında faydalı təcrübəyə malik ölkə kimi bu sahədə ümumi konsepsiya hazırlayıb, BMT -nin xüsusi toplantısının çağrılması təklifini təqdim edib, prosesin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış edə bilər. Bu məqsədlə əsas detallar və keçid alqoritmləri hazırlanıb, beynəlxalq keçid infrastruktur qurumları, bankların yaranması əsasları müəyyənləşdirilib.

3.Bank islahatlarına böyük ehtiyac var. Azərbaycan xalqının sərəncamına  təqdim olunan  potensial kredit resurslarının həcmi 150 milyard manatı keçir, bu resurslardan təklif halına salınan hissəsi cəmi 15 milyard manatdı, real tələb isə 50 milyard manatdan yuxarıdır. Tələblə təklif arasında belə böyük fərq faizlərin çox yüksək qalxmasına səbəb olur və istehsalın artmasına ciddi maneə yaradır. Dərin bank islahatları, xüsusilə ofşor bank sisteminin qurulması ölkəni qısa zamanda inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmağın əsas amili ola bilər. Bu islahatların istiqamətləri tərəfimizdən tam hazırlanıb və tədqiqat işində öz əksini tapıb.

4.Pul siyasətinin dəyişdirilməsinə, rəqəmsal manatın (CBDC) buraxılmasına, nağd pul dövriyyəsinin tamamilə aradan qaldırılmasına, hesablaşmaların, statistika və büdcənin tam rəqəmsallaşdırılmasına böyük zərurət var.  Azərbaycan iqtisadiyyatında real ÜDM-in həcmi 45 milyard deyil, 185 milyard dollardı, orta əmək haqqı həcmi 420 dollar deyil, 1600-1700 dollardı, büdcə həcmi 17 milyard deyil, 70 milyard dollardı. İslahatlar, planlaşdırma  və statistika bu faktlara və təkliflərə  əsasən qurulsa, qısa zaman ərzində böyük  proqram məqsədə nail olmaq mümkün olar.

5.Bu bölmədə, həmçinin digər islahat istiqamətləri, o cümlədən, təhsil, aqrar, sənaye, dövlət idarəetmə, beynəlxalq iqtisadi əlaqələr islahatları istiqamətləri də hazırlanıb və detallı təqdimat müəyyənləşdirilib.

Dərs 1. Azərbaycan xalqı da birləşə bilərmiş.

Azərbaycan xalqı  fərdi nöqteyi-nəzərindən güclü və bacarıqlı xalqdır. Amma təəssüflər olsun ki, hər zaman maraqların uyğunlaşmaması səbəbindən param-parça olub: xanlıqlar,  bəyliklər, müxtəlif dövlətlər, regionlar, bölgələr və s. Düşmən daimi onun  bu zəif damarından istifadə edərək bu xalqı parçalayıb və üzərində hökm sürüb. Hər dəfə də Azərbaycan liderlərinin birini digərinə qarşı qaldırmaq yolu ilə düşmən tərəf milli güclərin  parçalanmasına və bu yolla məğlubiyyətinə nail olub. Tarixini yaxşı öyrəndiyim 2000 illik bizim eramızda ilk müstəsnalığı məhz bu gün tam gücü ilə hiss etdim.  

İnsanlara  kimliyindən, milliyyətindən, irqindən asılı olmayaraq  ümumi kütlə psixologiyası xasdır. Bu xalq heç vaxt birləşdirici liderə sahib ola bilməyib və buna görə də  daim parçalanıb, parçalandıqca zəifləyib, zəiflədikcə çox şeyi itirib. Lakin bu gün nəinki yalnız Azərbaycan Respublikasının, həmçinin 50 milyondan çox dünya azərbaycanlılarının hamısının etimadını qazanan, xalqla bərabər, xalqı yönəldən İlham Əliyev kimi bir lider, ümummilli rəhbər, Ali Baş Komandan, bir sərkərdə var...

Belə bütövləşmə, birləşmə cəhdi İslam işğalı zamanı da olub, Rusiya və İran arasında bölünmə zamanı, ondan əvvəlki dövrlərdə, hətta yaxın keçmişdə - ADR parçalanması və ya Birinci Qarabağ müharibəsi zamanı da olub.

Bu 44 gün ərzində əldə edilmiş qələbə hərbçilərimizin peşəkarlığıdır – İlham  Əliyev

İlk dəfə olaraq, İkinci Qarabağ müharibəsi zamanı, bütün millətin vahid lider ətrafında birləşməsi baş verdi. Burada iki məqamı xüsusi qeyd etmək lazımdır: Birinci diqqəti çəkən əsas məqam dünya azərbaycanlılarının ölkənin sərhədlərinin bərpası və işğal altında olan torpaqların azad olunması uğrunda mübarizəyə qoşulması, İlham Əliyev kimi liderin ətrafında birləşməsdir. Həm İranda çoxmilyonluq Azərbaycan xalqı, həm Türkiyədə yaşayan azərbaycanlılar, həm Gürcüstan, Rusiya, Ukrayna, Belarus, Orta Asiya, İraq, Kanada, ABŞ, Aİ, hətta uzaq Yaponiya, Cənubi Koreya, Avstraliya və s. ölkələrdəki soydaşlarımız ayaqlanaraq mübarizəyə qoşulub, Ali Baş Komandanı dəstəklədilər. Beləliklə, onlar nəinki öz dəstəklərini ifadə etdilər, həmçinin yaşadıqları ölkələrin Azərbaycanın haqlı müharibəsinə münasibətinin dəyişdirməsinə nail oldular, zərərli düşüncəliləri fikirlərindən yayındırıraraq dağıdıcı təsirlərinin neytrallaşdırılmasına kömək etdilər, müsbət düşüncəlili ölkələrin hökumətlərinə bu işdə yardım göstərdilər.

Digər tərəfdən,  ölkənin daxilində yaşayan bütün millətlərin bir bayraq altında və tək məqsəd uğurunda, tək lider ətrafında yumruq kimi  birləşməsi vəziyyətlə tanış olan bütün dünya ictimaiyyətini heyran qoymuşdu. Belə birliyə Azərbaycan tarixində ilk dəfə idi ki, nail olunurdu. Ümumiyyətlə, Azərbaycan türkləri həmişə başqa xalqlara və millətlərə daha loyal olub, hər bir millətlə xoş münasibəti və bərabər hüquqlu baxışı-tanıması  ilə fərqlənib.  Bu həm də ona görə edilir ki, belə siyasət dünyanın gələcək inkişafı üçün ən mütərəqqi üsuldur. 

Elmi araşdırmalar və beynəlxalq inkişaf təcrübəsi çoxmillətliliklə iqtisadi və sosial inkişaf arasında düz mütənasib asılılıq olmasını isbat edir. Hansı ölkələr ki, bir çox millətlərdən formalaşır, onlar da sürətlə inkişaf edir. Əksinə, əsasən tək millətdən formalaşan ölkələr ən geridə qalan ölkələrdi. Məsələn, Ermənistan demək olar ki, bütün millətləri öz ərazisindən çıxarıb. İndi ölkə əhalisinin 98 faizindən çoxunu ermənilər təşkil edir. Eyni səviyyə dünyanın ən geridə qalmış ölkələrində - Benin, Zimbave, Zambiya kimi ölkələrdə müşahidə olunur. SSRİ-dən ayrıldıqdan sonra Ermənistanın da inkişafı həmin ölkələrin səviyyəsinə düşmək üzrədir. Azərbaycan isə baza millətə tanınan hüquqları bütün digər millətlərə də tanıdı, güclü bir xalq formalaşdırdı.

Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin inşa ediləcəyi ərazi  məlum oldu | QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

SSRİ dagıldıqdan sonra Ermənistan-Rusiya ittifaqının  provokasiyası və hakimiyyət orqanlarının zəruri və operativ tədbirlər görməməsi  nəticəsində Azərbaycanda da ciddi problemlər yaranmışdı. Ölkənin Cənubunda və Şimalında bir sıra separatçı qüvvələr ölkəni parçalamağa səy göstərdilər. Lakin yeni hakimiyyətin qətiyyətli tədbirləri nəticəsində bu azsaylı separatçı qüvvələr zərərsizləşdirildi,  incə və dəqiq hesablanmış siyasətlə bütün qüvvələr faydalı məqsədlərə yönəldildi. Azərbaycanda yaşayan bütün millətlər Ali Baş Komandanın rəhbərliyi altında müdafiədə olduqca aktiv iştirak etdi və nəticədə bütün qüvvəni əsas məqsədə - ölkənin sərhədlərinin bərpasına yönəltmək mümkün oldu.

Ermənistan bu müharibə zamanı anladı ki, tam azərbaycanlıların əhatəsində yaşayır. Cənubdan 35 km İranla sərhədi tamamilə azərbaycanlıların yaşadıqları ərazilərdi, tarixi Azərbaycan torpaqlarıdı- oradan fars yaşayış məskənlərinə qədər 700-800 km var. Qərbdən Türkiyə ilə sərhədləri 328 km boyunca İğdır və Kars vilayətləridir ki, hər ikisi azərbaycanlılar yaşayan bölgələrdi. Gürcüstanla 224  km sərhəd boyu yenə də əsasən azərbaycanlılar yaşayan bölgələrdi. Yalnız Stalinin köçürdüyü Mesxeti türklərinin vətəni  istisna olmaqla.  Qalan sərhəd 1007 km uzunlugunda və tamamilə Azərbaycan Respublikası üzrədi.  Ermənistan hər tərəfdən azərbaycanlıların əhatəsində yaşayır. Bu onu göstərir ki, ermənilər bu ərazilərə sonradan yerləşdirilib.  Maraqlı burasındadır ki, bu ölkənin bütün sərhəd ölkələrinə ərazi iddiası var. Hətta ortaq sərhədləri olmayan digər ölkələrə, məsələn, Rusiyaya və  Ukraynaya da ərazi iddiası var. Bir ölkənin ətrafındakı dörd ölkənin hamısına ərazi iddiası qaldırması, sadəcə, ağır milli xəstəlikdi və dərhal müalicəsi başlanılmalıdır. Vətən Müharibəsinin ən mühüm dərsi ermənilərə situasiyanı tam başa salmaqdan ibarət oldu.

Müharibənin başlanmasının üçüncü günü çox sevinmişdim, çünki hər zaman fikir elədiyim, son vaxtlar hətta ümidimin üzülməyə doğru getdiyi vaxtda ortaya  belə super modern texnologiya, rəqəmsal sistemlərlə silahlanmış, manevrli, cəsur, qorxmaz ordunun çıxarılması məndə ölkənin gələcəyinə tam əminlik yaratdı: Məni artıq heç bir düşmən qorxutmurdu, işğalda olan torpaqlardan da tam arxayınlıq keçirdim, belə ordunun, belə liderin  vətəni, bir qarış torpağının da işğalda qalma ehtimalının sıfıra bərabər olduğunu özümdə dəqiqləşdirdim.

Belə bir birliyin saxlanılması və daha da gücləndirilməsi çox böyük ümid verir: həm iqtisadiyyat, həm siyasət və həm də mövqe baxımından Azərbaycan Respublikasına çox böyük fayda verəcək. 50 milyonluq insanın yalnız informasiyasını toplayıb istifadəyə buraxmaq milyardlarla mənfəət verə bilər.

Saleh Məmmədov: iqtisad elmləri doktoru, professor


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam