Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Kremlin “Qafqaz antitezisləri”-ŞƏRH

Rusiya xarici işlər naziri Sergey Lavrov bölgəyə səfər edib. 5 may tarixindən İrəvanda olan Lavrov bu gündən rəsmi görüşlərə başlayıb və 10 mayda Azərbaycanda olacaq.

Yenixeber.org: Lavrovun regiona hansı təkliflər və ya tezislərlə gəldiyinə dair müxtəlif fikirlər və mülahizələr bir-birini əvəzləyir, ancaq sabit nəzər nöqtəsi ondan ibarətdir ki, o, heç nəyi yaxşıya dəyişmək üçün gəlməyib. Təbii ki, biz buraya xüsusi sifarişlərlə müsahibə verən “satellitləri” aid etmirik. Söhbət müstəqil təhlilçilərin ümumi qənaətindən gedir. Bununla belə, Lavrovun bu səfəri özlüyündə bir siyasi missiyadır və onun konkret məqsədləri var.

Kreml başa düşür ki, uzun illər qlobal tendensiyalardan – siyasi siklonlardan qoruyub, saxlaya bildiyi Qafqaz münaqişələri artıq beynəlxalq birliyin diqqət mərkəzindədir. Birləşmiş Ştatlar, Almaniya və Britaniyanın bu istiqamətdəki təkid və bəyanları Kremli artıq yeni reallığı dərk etmək və qəbul etmək zərurəti ilə üz-üzə qoyub. Rusiya başa düşür ki, onun təkbaşına etdikləri və etməyə can atdıqları müsbət qarşılanmır. Müharibədən əvvəl hər iki tərəfə silah satması, müharibənin gedişində tərəflərdən birini açıq dəstəkləməsi və bunu BMT TŞ səviyyəsinə qaldırması, üstəlik, ABŞ-ın iradəsi əleyhinə skandinaviyalı sülhməramlıların bölgəyə gəlməsinə mane olaraq öz qoşunlarını Xankəndinə yeritməsi Rusiyanı artıq münaqişənin dolayı deyil, birbaşa tərəfinə çevrib. Məhz buna görə də Kreml yeni reallıqlarla barışmaq və hesablaşmaq zərurətindədir. Bu mənada Lavrovun səfərinin xüsusi missiyası nədən ibarətdir?

                             “Genosid”i tanıma aktı, yoxsa, gedişi?

ABŞ prezidenti Cozef Baydenin 24 aprel çıxışı zamanı 1915-ci ildə Osmanlıda baş verdiyi iddia edilən hadisəni “soyqırım” adlandırması seçkiqabağı prosesdə təkcə qərbpərəst ermənilərin əlini gücləndirmədi, həm də Rusiyanın mövqelərini zəiflətdi. Ermənistanda bir çoxları belə düşünür ki, məhz Kremlin lazımı dəstəyi olmadığı üçün Azərbaycan bu cür qələbə qazandı. Buna görə də Moskvanın “hərəkətsizliyi” səbəbindən baş verən məğlubiyyətin ardınca Vaşinqtonun belə bir mənəvi dəstəyi istər-istəməz Rusiyanın nəinki maraqlarına zərbədir, hətta mövqelərini xeyli zəiflədir. Lavrov isə bu səfərindən yəqin ki, bir neçə məsələni İrəvanın yadına salmaq üçün istifadə edəcək:

          1. Rusiya ABŞ-dan fərqli olaraq, Türkiyə ilə bir blokda deyil;

          2. Rusiya məhz sözdə deyil, əməldə Azərbaycanın (dolayısı ilə Türkiyənin) qarşısında dayandı və Xankəndini xilas etdi;

          3. Rusiya olmasaydı, Ermənistan dövlətinin varlığı indi sual altında idi;

          4. Bölgədə bundan sonra da təhlükəsiz yaşamaq üçün Ermənistanın Rusiyaya ehtiyacı var.

Təbii ki, bu sadalananlarda Rusiyanın rolu danışlmazdır. Fəqət, 4-cü bənd üzrə təhlilə ehtiyac var.

 

Məsələ burasındadır ki, elə Rusiyanın özü  bölgədə permanent qarşıdurmanın mənbəyidir. Çünki münaqişənin arasının kəsilməsi məhz bütün bəndlər üzrə Rusiyanın buradakı rolunun üstündən xətt çəkir. Belə olan halda, Rusiya XİN başçısı həm də bölgəyə münaqişənin uzunömürlü olmasını təmin edəcək tezislərini verməyə gəlib. Söhbət Azərbaycanı qıcıqlandıracaq addımlardan və status müzakirələri üçün təzyiqlərin artırılmasından gedir.

                          Əsirlər məsələsi alət kimi

Əslində Azərbaycan tərəfi hüquqi baxımdan haqlı olaraq 10 noyabrdan sonra ələ keçirdiyi əsirləri verməkdən imtina edir. Amma bu məsələdə Rusiyanın da bir marağı ondan ibarətdir ki, əsirlərin verilməməsi Paşinyanı daxildə nüfuzdan salmağa hesablanıb. Azərbaycan isə bu məsələdən özünün daha mühüm maraqlarını təmin etmək üçün Ermənistanla ikitərəfli  danışıqlar aparmaqla, həm vəziyyəti nəzarətə götürə bilər, həm də daha aqressiv qüvvələrin nüfuz qazanmasına mane olar.

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam