Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağ Evdən növbəti açıqlama-Cozef Bayden Kim Çen Inla görüşü barədə

ABŞ prezidenti Cozef Bayden Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla görüşməyə hazırlaşmır.

Yenixeber.org: Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

"O, bunu etmək niyyətində deyil", - Ağ Ev rəsmisi jurnalistin Cozef Baydenin Kim Çen Inla görüşü planlaşdırıb-planlaşdırmaması barədə sualına cavabında deyib.

Cen Psaki əlavə edib ki, ABŞ rəhbərinin Şimali Koreyaya diplomatik yanaşması tamamilə başqa olacaq. Bu diplomatiya əvvəlki administrasiyanın siyasətindən fərqlənəcək.

Ötən həftə ABŞ prezidenti KXDR ilə "bir növ diplomatiyaya" hazır olduğunu söyləyib. Eyni zamanda, rəsmi Vaşinqton Pxenyanı raket sınaqları ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda günahlandırdı.

Şimali Koreya ABŞ-ın KXDR-in raket sınaqlarına reaksiyasını "Amerika administrasiyasının birinci səhv addımı" adlandırıb. Pxenyan bir gün əvvəl daha əvvəl iki yeni taktiki idarə olunan raketin sınaqdan keçirildiyini təsdiqləyib. Bu yaxınlarda hazırlanmış raketlər Yapon dənizində təxminən 600 kilometr uçub.(“İnterfaks”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam