Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Kömək gəldi, ümid də yoldadır...” -Co Baydenin mesajları ABŞ-a və dünyaya hansı gələcəyi vəd edir?

Prezident qismində sələflərindən daha gec mətbuat konfransı keçirən Co Bayden maraqla gözlənilən bir çox məsələlərə aydınlıq gətirdi. İlk olaraq, hazırkı ABŞ Prezidentinin yenidən, ikinci dəfə bu posta iddiaçı olacağını söyləməsi sözügedən mətbuat konfransının əsas məqamlarından biri hesab oluna bilər.

Yenixeber.org: Bir çox Amerikalının iqtisadi çətinlik çəkdiyini vurğulayan Bayden, "Amerika xalqına deyə bilərəm ki, kömək gəldi, ümid də yoldadır” sözləri ilə pandemiyadan əziyyət çəkən insanlara dəstəyini ifadə edib. 1.9 trilyon dollarlıq iqtisadi dəstək paketi çərçivəsində 100 milyondan çox insana yardım edildiyini xatırladan Bayden, bundan sonra daha çox sayda insana iqtisadi dəstək göstəriləcəyini qeyd edib.

"Mən bu vəzifəyə xalqı bölməyə deyil, problemləri həll etmək üçün gəldim” deyən Bayden, Covid-19-la yanaşı immiqrasiya, silah nəzarəti və səsvermə hüquqları kimi məsələlərin də masada gözlədiyini diqqətə çatdırıb.

ABŞ-ın 1 May tarixinə qədər Əfqanıstandakı qoşunlarını geri çəkmək planına gəlincə, Bayden "texniki səbəblərdən 1 Maya qədər bütün qoşunlarımızı geri çəkməyimiz çətin olsa da, ancaq uzun müddət qalmaq niyyətində olmadığımızı deyə bilərəm” söyləyib.

Bir jurnalistin "ABŞ-ı gələn il də Əfqanıstanda görəcəyimizi deyə bilərikmi?" sualına Bayden "mən belə bir şəkil çəkə bilmərəm" – deyə cavab verib.

Bayden Əfqanıstandan çəkildikdən sonra bölgənin təhlükəsizliyini təmin etmək üçün bu ölkədə qoşun saxlayan NATO müttəfiqləri ilə görüşdüklərini və Xarici İşlər Naziri Blinkenin də bu həftə Brüsseldəki NATO müttəfiqləri ilə əlaqə qurduğunu qeyd edib.

Çinlə münasibətlərini də qiymətləndirən Bayden "Çinlə sərt bir qarşılaşmamız yoxdur, biz sadəcə rəqabətdəyik" deyə bildirib.

Bayden Çin Dövlət naziri Xi Jinping ilə uzun müddət əlaqələrinin olduğunu vurğulayaraq, "Çin dünyanın ən zəngin və güclü ölkəsi olmağı hədəfləyir, amma prezidentliyim dövründə bu olmayacaq " deyə qeyd edib.

Meksika sərhədində sayı kəskin artan qanunsuz miqrantlarla bağlı Bayden "insanlar mənim yaxşı bir insan olduğumu bildikləri üçün gəlirlər. Bu səbəbdən sərhəddə çoxlu sayda adam var" ifadələrini işlədib.

Bayden, hər il mart ayında miqrantların aktivliyinin artmasına haqq qazandıraraq, "Tramp dövründə immiqrasiya sistemi ləğv edildi, biz indi yenidən onu qurmağa çalışırıq" deyib.

ABŞ Prezidenti yaxın günlərdə Şimali Koreyanın iki ballistik raketi sınaqdan keçirməsi ilə bağlı da danışıb. “Şimali Koreya bu sınaqlarla BMT-nin 1718 saylı qətnaməsini pozub" deyən prezident, bölgədəki tərəfdaşlar və müttəfiqlərlə təmasda olduqlarını, bü məsələni diplomatik yollarla həll etməyə hazır olduğunu diqqətə çatdırıb.

Göründüyü kimi, Co Baydenin açıqlamaları onun seçkidən öncə elan etdiyi siyasi kursa əsas etibarilə uyğun gəlir. ABŞ-ı dünyaya Trampla müqayisədə daha açıq ölkə vəziyyətinə gətirmək, beynəlxalq qurumlarda daha aktiv iştirak etmək, eyni zamanda daha aqressiv xarici siyasət apararaq, Rusiya, Çin, Şimali Koreya kimi ölkələrə təzyiqi maksimuma çatdırmaq əsas hədəflər kimi görünür. Bu siyasətin nə dərəcədə ardıcıl olacağı və hansı nəticələr verəcyi isə yaxın gələcəkdə məlum olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam