Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ter-Petrosyan Paşinyanla “danışılmış döyüş”ə girir? -Rusiyanın İrəvan üçün “konstruktiv” planı və risklər barədə 

Yenixeber.org: Ermənistan növbədənkənar seçkilərə gedir. Bu barədə baş nazir Nikol Paşinyan məlumat verib. 20 iyunda keçiriləcək seçkilər təkcə Ermənistanın deyil, həm də regionun taleyində ciddi rol oynaya bilər. Seçkilərdən sonra baş verəcəklər barədə danışmaq tez olsa da, biz ehtimal olunan nəticələrin yaradacağı vəziyyəti gözdən keçirə bilərik. 

Seçkilər öncəsi baş verən bəzi olaylar da xüsusi təhlilə layiqdir. Məsələn, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan və hazırkı baş nazir Nikol Paşinyanın münasibətlərində qəfil gərginlik yaranması və Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın bu seçkilər barədə açıqlaması. Görünən odur ki, seçkilər baş tutana kimi biz Ermənistan siyasətində sürprizlərə hazır olmalıyıq. Belə sürprizlər istər daxili münasibətlər kontekstində, istərsə də kənar qüvvələrin yaratmağa cəhd edəcəyi fors-majorlar kontekstində qarşıya çıxa bilər. Nədən bu qənaətə gəlirik? 

                   Zaxarova “konstruktivliyə” ümid ifadə edir 

Biz 2021-ci il iyunun 20-nə təyin olunan seçkilərə Ermənistanın daxili işi kimi baxırıq. Tərəflərin ortaq tarixlə bağlı razılaşa bildiklərinin şahidi olduq, seçkiqabağı müddətin konstruktiv ab-havada keçəcəyinə və uzunmüddətli nəticələr verəcəyinə ümidimizi ifadə edirik”. Bunları Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib. Onun açıqlaması diqqətli oxucularımıza Kremlin nümayəndəsi Peskovun 25 fevralda baş tutmayan hərbi çevriliş cəhdinə reaksiyasını xatırlatmırmı? Rusiya “Ermənistanın daxili işi” deyəndə, yəqin ki, bu ölkə daxilindəki hərbi bazasını da yada salmaq istəyir. Əlbəttə, eyni fikirlərdən başqa nəticə də çıxarmaq olar, amma “seçkiqabağı konstruktivizmə ümid” barədə təkrarlanan ifadələr bəzi şübhələrə əsas yaradır. Belə anlaşılır ki, Rusiya ehtimal olunan nəticələrdən narahatdır, ona görə seçkilərdən qabaq yenə hansısa sürprizlərin ortaya çıxması istisna deyil. 

                                 Ter-Petrosyan niyə “istefa” deyir? 

Uzun zamandır Moskvadan gələn təzyiqlər qarşısında Paşinyana dəstək verdiyi müşahidə olunan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, baş nazirin erməni xalqına ən böyük xidməti onun istefa verməsi ola bilər. Keçmiş prezidentin həmin bəyanatı Paşinyanın partiyasında qəzəb doğurub və partiyanın aparıcı şəxsləri Ter-Petrosyana necə devrildiyini yada salıb, təhlil etməyi məsləhət görüblər. 

Qeyd edilən polemika yeni siyasi vəziyyət barədə danışmaq üçün əhəmiyyətli detal ola bilərmi? Əlbəttə. Amma bu sətirlərin müəllifi hesab edir ki, sözügedən proses düşünülmüş siyasi addımdır. Fikrimizi əsaslandıraq. 

Heç kimdə şübhə yoxdur ki, Paşinyanın nüfuzu hazırkı erməni liderləri arasında hamıdan yüksəkdir. Ancaq onun belə ağır hərbi məğlubiyyətdən sonra təkbaşına hökumət quracağı şübhə altındadır. Böyük ehtimalla, Paşinyan yenə ən çox səs toplayan namizəd olacaq. Bəs, onun koalisiya ortağına ehtiyacı yaranacaqmı? Əminəm ki, yaranacaq. Elə isə hazırkı siyasi palitrada Paşinyanla “ortaqlığa” getmək istəyən liderlər sırasında Ter-Petrosyan tək görünür. Məsələnin qəlizliyi ondadır ki, bu iki qüvvənin bir blokda seçkilərə getməsi onların qazanacağı səsləri azalda bilər. Ancaq ayrı-ayrı seçkilərə girmək vəziyyəti yaxşıya doğru dəyişməyə qadirdir. Paşinyanı istəyənlər onu seçəcək, eyni zamanda nə müharibəni, nə Moskvanı, nə də Paşinyanı istəməyənlər isə Ter-Petrosyanın partiyasına səs verəcəklər. Beləliklə, “müharibə klanı”nın hakimiyyəti yenidən ələ almasını arzulamayan erməni toplumu bir deyil, iki seçim etmək imkanında olacaq. Bu isə öz növbəsində gələcəkdə koalisiya qurulmasını asanlaşdırmağa xidmət edəcək. Yəni, belə vəziyyət Paşinyanı istəməyənləri, ancaq Ter-Petrosyanı indidən onunla bir blokda görənləri Köçəryana və eyni qəbildən olanlara səs verməyə məcbur etməyəcək. 

Unutmaq olmaz ki, Ermənistanda baş tutacaq seçkilər “yaşamaqla daha yaxşı yaşamaq” arasında seçim olmayacaq. Bu seçkilərdə yaşamağa davam etmək, yoxsa etməmək arasında seçim aparılacaq. Çünki Kreml tərəfdarlarının ssenarisinin baş tutması yeni müharibə və yeni itkilər təhlükəsi deməkdir. O zaman regionda gərginlik artacaq, nəticədə daha çox itirən isə daha zəif və daha aqressiv tərəf olacaq.  

 Seymur Həzi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam