Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

Açmaq istədiyimiz qapıların açarı -Pullar və onları həyatımıza cəlb etmək yolları

 

Pul azadlığın, məhəbbətin və həyatın  açarıdır. “Düz deyil” desələr inanmayın.

Yenixeber.org: Açmaq istədiyimiz bütün qapıların açarıdır. İstəmədiyimiz, “allah uzaq eləsin” dediyimiz xəstəliklərin, pis hadisələrin deyil. Əlbəttə, pis hadisələr başımıza gələndə də pulumuzun olması çox yaxşıdır, nəinki əlimizin boş olması. Bizim kağız parçası hesab etdiyimiz pul əslində canlıdır ( bu canlılıq forması fərqlidir, bu energetikadır). Ev, maşın, hətta  istifadə  etdiyimiz kompyuter  belə canlıdır. Biz  bu  əşyaları  nə  qədər  sevsək  onlar  da  bizi  o qədər  sevəcək. Yaşadığımız ev canlıdır, biz öz evimizi sevib-əzizləsək ona müraciətlə xoş sözlər desək evimiz ruzi-bərəkətli olar. Əlimizə gələn az miqdarda pula görə dəfələrlə şükür edib sevinsək, bu zaman az miqdarda pul çox miqdara çevriləcək. Sonralar bu deyilənlərin həqiqət olduğunu öz həyatımda və başqalarının həyatında görüb inandım. Bu prosesin elmi əsası var və “pulu insan həyatına cəlb etmək“ adlanır.

Əgər  mən  iqtisadiyyat  üzrə  mütəxəssis  olsaydım  pulun  yeni  funksiyaları  barədə  mütləq  bir  dissertasiya  işi  müdafiə  edərdim. Pulun  əmtəə  vasitəsi, tədavül  vasitəsi  və s.  olduğu  barədə  iqtisadiyyat   kursundan  məlumatımız  var.  Amma, pul barədə  danışmaq  və  düşünmək cəmiyətdə bir qədər ayıb hesab olunub. Biz  pulun  əl  çirki  olduğunu, pula  marağın  olmasının  yaxşı  xüsusiyyət  olmadığını  öyrənmişik. Nəhayət,  həyat  bizə  pulun  ən  qüdrətli  vasitə  olduğunu  sübut  edəndən  sonra  pul  qazanmağa  çalışsaq  da  bizdə,  yəni  bizim  ölkəmizdə  pul  qazanmaq  yolları  barədə  hələ  də  düzgün  olmayan  təsəvvürlər  var. İnsanın insan kimi yaşaması üçün pul çox vacib amildir. Səhərdən  axşama  qədər  işləmək  insanı  varlandımadığı  üçün  pulun  insan  həyatına  daxil  olmasının  öz  üsul  və  yolları  var.  Əslində pulsuz addım atmaq mümkün deyil desək, insanlar bizi qınamazlar.  Dünya  ədəbiyyatında  pulun  olmasının  yaxşı  tərəflərini əks etdirən  çoxlu  sayda  əsərlər  var. Həmçinin  pulsuzluğun  insan  həyatını  məhv  etməsi  barədə  də çoxlu   məlumatımız  var. İnsanlar  pul  qazanmaq  yollarını    gecə-gündüz  çalışmaqda  görməklə  səhv  edirlər. Hind xalq məsəli: pul qazanmaq üçün gərgin zəhmət kifayət etsəydi kəndli kral olardı.

Pulun nə qədər gözəl bir şey olmasını komediya şəklində olsa da “Arşın mal alan” filmində qulluqçu belə ifadə edir: mən gedərəm o oğlana onun pulu çox olsun, onun pulu çox olsun, dərdi, qəmi az olsun. Şahanə deyilib məncə... Pul kifayət qədər olanda əlbəttə, dərdlərin çoxu tüstü kimi yox olur (çoxu, amma hamısı yox). Təsəvvür  edin  ki,  uşağınız  sizdən  nə  isə  istəyir, siz  isə  onu  ala  bilmirsiniz. Bu  dəfələrlə təkrar  olunanda  insanın  hansı  psixoloji   duruma  düşə biləcəyi  aydındır. Bu  cür  həyat  nə  qədər  davam  etsə  insanı daha çox əzir. 

 

Mənim bir qadın iş yoldaşım vardı. O həmişə varlı və gözəl bir kişi ailə qurmaq və xaricə köçmək istəyirdi. İstədiyi adamın obrazını çəkib evdə güzgünün üstündən asmışdı. Hər gün bir neçə dəfə həmin şəkillə danışırdı: “mən sənin yolunu həsrətlə gözləyirəm, xahiş edirəm gəl. Mən səni həmişə sevəcəyəm, gəl sən hara istəsən mən ora gedəcəyəm, gəl, mənim həyatım və xoşbəxtliyim ancaq sənin gəlib məni tapmağından  asılıdır”. Mənə inanın bir ildən sonra həmin qadın varlı, xaricdə yaşayan bir azərbaycanlıya ərə getdi və İngiltərəyə köçdü. Bizim müəllimlərdən biri İngiltərəyə gedəndə ona zəng edib, qulluqçu deyib ki, xanım həyat yoldaşı ilə Avstraliyaya səyahətə gedib. Bizim iş yoldaşlarımızdan çoxu bu qadını tanıyır. Adam inanmaq istəmir, amma bu olmuş hadisədir. Pulu da bu metodla həyatına cəlb edən insanlar var.        

Dəqiq bildiyim bir hadisəni də sizin nəzərinizə çatdırım. Mənim çox yaxın qohumlarımdan biri ömrü boyu pul yığırdı. Bu insanın pul yığmaq ehtirası o qədər güclü idi ki, həmişə deyirdi: “mən pulu dar gün üçün yığıram“. Bu insanın bütün şüurlu həyatı ancaq qara gün üçün pul toplamağa həsr edilmişdi.  Ondan evdə ehtiyac olan şeylərə belə pul almaq mümkün deyildi. Sovet dövləti dağılanda məlum oldu ki, bu adamın əmanət kassasında 120 min manat pulu var! Dəhşət! Heç vaxt heç bir sanatoriyaya və ya istirahətə getməmişdi, demək olar ki, dünyadan bixəbər idi. Allahın işini bilmək olmur, qohumum pullarını qara gündə xərcləmədən rəhmətə getdi. Pullar isə əmanət kassalarında batdı. Qara gün üçün toplanan pullar naməlum qara yollarda itib batdı. Vəssalam.

 

Dünyanın bütün ölkələrində dəyər vasitəsi kimi pullar dəyişir, dəyişməsə də inflyasiya prosesinə məruz qalır. Əgər pulu yığıb saxlasan bir müddətdən sonra bu pul adi kağız parçasından başqa  bir şey olmayacaq. Pula insan əli, insan nəfəsi dəyməsə o nəyə gərəkdir? Pul insan üçündür, o dünyada insandan başqa heç bir canlıya lazım deyil. Heyvanlar və bitkilər də canlıdır, ağaclar və quşlar pulun nə olduğunu anlamazlar. Onlar pulun dünyanı  gülüstana və viranə xarabalıqlara çevirmək gücünü başa düşməzlər. Nə yaxşı ki, bu belədir, yoxsa quşlar belə gözəl nəğmələr oxuya bilməzdi, ağaclar insan ağlını məftun edə biləcək çiçəklər aça bilməzdi, onlar da pul həsrəti çəkərdilər...

 

Pul qazanmaq üçün ümumi bir metod yoxdur, kim hansı yolla bacarır o yolla qazanır. Həyat daimi proqresdədir, hər şey dəyişir. Bununla bərabər insanların zövqü və tələbatı da dəyişir. Hər bir dəyişmə və yenilik üçün pul tələb olunur. Bəs tələb olunan pulları necə əldə etməli? Məsləhət görülür ki, bizə lazım olan miqdarı və vaxtı dəqiq göstərək. Məsələn, mənə arzularımı həyata keçirmək üçün iki il sonra ilin axırında daha dəqiq desək dekabr ayında 50 min manat lazımdır. (Əgər sizə daha tez lazımdırsa özünüzə lazım olan vaxtı göstərin). Mən bu məbləği əldə etməyə çalışmaqla bərabər iri hərflərlə bir vərəqə “2022-ci ilin dekabrına qədər mən 50 min manat qazanmalıyam” sözlərini yazıb hər gün görə biləcəyim bir yerə və ya hər gün baxdığım güzgüyə ya da iş otağımın divarına yapışdırmalıyam.  Bu cümləni hər gün səhər və axşam görüb oxumalıyam, beləliklə alt şüura siqnallar göndərməklə daim yadda saxlamalıyam. Bu zaman alt şüur bu proqramın reallaşdırılması üçün lazım olan şəraiti yaradacaq. Qeyd edim ki, bu üsul dünyada pul qazanmaq istəyən insanlar tərəfindən çoxdan istifadə olunur və artıq özünü təsdiq edib. Məlum olduğu kimi, dünyada varlanmaq istəyən adamlar çoxdur. Pul kimə lazım deyil? Əgər heç bir təşəbbüs göstərmədən ancaq allaha yalvarmaqla əlinizə pul gələcəyini gözləsəniz yəqin çox gözləməli olacaqsınız. Bilirsiniz ki, ancaq nə isə lazım olanda və ya dara düşəndə edilən duaları cənabi haqq qəbul etmir.

Pul arzulayan və bu yolda irəliyə doğru hərəkət edən adamlara bir məsləhət: 100 manat götürün və ya daha çox (özünüzdə olmasa borc da ala bilərsiniz), bu pul cibinizdə ticarət mərkəzlərindən birinə gedib, almaq istədiyiniz, lakin bu günlərdə almaq imkanınız olmayan əşyalara baxın. Bu əşyaları geyib baxın, ev əşyaları olsa baxıb yoxlayın və bu zaman pulunuzu bir cibinizdən çıxarıb, o biri cibinizə qoyun. Əliniz pulun üstündə olsun. İnsanın əlində pul olanda potensial enerjisi artır. Pulun bu cür sehirli qüvvəyə malik olması barədə bir rəvayət var. Bir dəlləyi padşahın üzünü qırxmaq üçün dəvət edirlər. Dəllək səliqə ilə padşahın üzünü qırxmağa başlayır. Padşahın oturduğu kürsünün axra tərəfinə keçəndə dəllək padşaha deyir ki, qızını mənim oğluma ver, qohum olaq. Qızını məndən artıq kişinin oğluna verməyəcəksən ki? Ön tərəfə keçəndə isə ülgüc əllərində əsməyə başlayır. Padşah əmr edir ki, dəlləyin boynunu vursunlar. Padşahın vəziri ağıllı və dünyagörmüş adam imiş, deyir ki, padşah sağ olsun, sizin oturduğunuz kürsünün arxa tərəfini qazmaq lazımdır, orada xəzinə var, dəllək bu xəzinənin üstünə çıxanda özündən asılı olmadan belə sözlər deyir. Həmin yeri qazarkən orada böyük bir xəzinənin olduğunu görürlər. Deməli, bu hikmət hələ çox qədim zamanlardan məlum imiş. Ehtiyatda pulu olan adam özünə arxayın olur, ürəyi sakit olur. Bilir ki, pul onu bir çox çətin vəziyyətlərdən xilas edə bilər.

 

  Siz 100 manatdan artıq dəyəri olan əşyalara da baxa bilərsiniz. Ürəklə, inamla bu əşyaları ala biləcəyinizi təsəvvür edin. Bu əşyaları əyninizdə və ya evinizdə hiss edin. Sonra sakit vəziyyətdə evə gəlib bu əşyaları almağın sizin üçün çox asan olduğunu düşünün, insanın məqsədi olsa onun qarşısında kim dayana bilər? Bu cümlələri təkrar edin:”mənim  bəxtim  həmişə  gətirir,  tale  mənim  üzümə  daim  gülür, mən nə istəsəm onu ala bilərəm, mən qarşıma məqsəd qoydumsa daha mənim yolumda heç nə dayana bilməz  və s.” Bu uğurla istifadə olunan bir affirmasiyadır, bu affirmasiyadan istifadə etməklə siz pulu öz həyatınıza cəlb edə bilərsiniz. Özünüzü həmişə bəxti gətirən adam kimi aparın,  istədiyiniz şeyləri ala biləcəyinizə inanın, əgər inansanız sizin istəyinizin qarşısında doğrudan da kimsə dura bilməz.

     

         Əlinizə pul gələndə mütləq onun qədrini bilin. Pulu yersiz israf etməyin, çünki bu zaman pul insandan inciyir. Deyilənə görə insanın əlinə ömrü boyu bir dəfə yaxşı pul gəlir, qədrini bilməyəndə daha bu vəziyyət təkrar olunmur.

Qədim çində yaranmış Fen-şuy pozitiv psixologiyaya əsaslanır və pulu özünə cəlb etmək üçün bir çox psixoloji texnologiyalar təklif edir. Bunlardan biri də dünya səviyyəsində varlanmaq istəyən məşhur adamlar tərəfindən istifadə olunan var-dövlət xəritəsi tərtib etməkdir. Bu xəritəni hər gün görəcəyiniz bir yerə qoymaqla özünə inam hissini möhkəmləndirmiş olursunuz. Iri ölçülü bir vərəq götürün. Vərəqin mərkəzinə özünüzü ən çox bəyəndiyiniz şəklinizi yapışdırın. Sonra zövqlə istədiyiniz evin, maşının, qiymətli bəzək əşyalarının şəklini öz şəklinizin ətrafına yapışdırın. Tərtib etdiyiniz xəritədə öz istədiyiniz hər şeyi yerləşdirə bilərsiniz. Öz yaradıcı fantaziyanızı işlədərək bu şeyləri nə zamana əldə etmək istəyinizi də yaza bilərsiniz. İnsanın arzularının həyata keçməsi üçün rəsm çəkməyin çox böyük rolu olduğunu pozitiv psixologiya ilə məşğul olan alimlər də qeyd edir. Çünki, insan çəkdiyi şəkillərə qəlbinin istisini köçürür. Əgər hər hansı yaradıcılıq işində qəlb istisi varsa o iş mütləq insanlara müsbət enerji verəcək. Fikrin material gücündən istifadə etməklə azrunuzun reallaşdırılmasına çalışmağa başlayın.

Pul və onun gözəl keyfiyyətləri barədə düşünərkən inkar etmək mümkün deyil ki, kimsə pulunun olmamasını istəməz. Hər kəs pul və var-dövlət istəyir. İnsan bunu etriaf etməsə belə ürəyinin dərinliyində pula qarşı istək hiss edir və bu çox təbiidir. Məncə dünya yaranandan bəri insanın ilk istəyi nə isə əldə etmək olmuşdur, bu nə isə yemək, paltar və s. olmaqla maddiyyata söykənir və son nəticədə bu yollar pula aparıb çıxarır.

 

Bir az dərin düşünün və ətrafınıza nəzər salın. Pulu olan adamların və pulu olmayan adamların  fərqi ilk baxışda gözə çarpır. Lakin bu pul qazanmaq yolunda heç bir maniə yarada bilməz, əsas məsələ düşüncə tərzindədir. Universitet bitirmiş, pul qazanmaq üsulları barədə dəfələrlə imtahanlar vermiş, maliyyə-kredit sahəsində təhsil almış pul qazana bilməyən o qədər adam tanıyıram ki... Niyə bu qədər bilikləri olan adamlar pul qazana bilmir? Niyə bu qədər bilik resurslarından istisadə edə bilmirlər? Yenə düşüncə tərzi... Amma  adını düzgün yaza bilməyən və pulu maqnit kimi cəzb edən adamlar pul selinin üstündə özünə saray tikib, sarayın qabağında pul üçün tor qurub, pul balıq kimi tora düşüb sahibini səsləyir. Bizim mentalitetdə bu adamlara daşdan pul çıxaran adamlar deyilir. Belələrini məndən çox siz tanıyırsınız. Həyat çox təzadlıdır.

Hamının, pulu olanların və olmayanların istədiyi qədər pul qazanmasına sevinin. Bunu ürəkdən istəsəniz sizin də pulunuz olacaq. Unutmayın, allah çörək istəyənə heç vaxt daş göndərməz.

 

 

Necə fikirləşirsiniz, pulun çox olmağı xoşbəxtlikdir yoxsa..?

                                   Fikirlərinizi aşağıda yaza bilərsiniz.                                              

_________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

  Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam