Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində belə aldadırlar-ŞİKAYƏT
Yenixeber.org: Vətən müharibəsi iştirakçısı Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Rafiq Behbud oğlunun müraciəti daxil olub. Müəllif müraciətində Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsi və Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı Fəqan Məmmədov tərəfindən qarşılaşdığı haqsızlıqlardan bəhs edir:
"Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin saxtakarlığı və Ucar Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşı Fəqan Məmmədovun özbaşına əməlləri ilə üzləşmişəm.
Belə ki, MİTSUBİSHİ markalı 99 XU 876 nömrəli avtomobili 15 sentyabr 2020-ci il tarixdə alıb, Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində adıma qeydiyyata aldırmışam. Həmin vaxt məndən həm qeydiyyat həm də texniki baxış adı ilə 150 manat pul alındı. Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində mənə bildirildi ki, avtomobil texniki baxışdan keçirildi. Bundan 6 gün sonra mən 21 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə aparılmışam. 26 dekabr 2020-ci il tarixdə tərxis edilmişəm. 28 dekabr 2020-ci il tarixdə qeydiyyata düşmək üçün Ucar rayon Hərbi Komissarlığına gedən zaman özümü pis hiss etdiyimdən avtomobili atam idarə edirdi. Bu zaman Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov bizi saxlatdı avtomobilin texniki baxışdan keçməməsini əsas gətirib qanusnuz protokol tərtib etdi. Hansı ki, mən ona izah etdim ki, 15.09.2020-ci il tarixdə avtomobili alıb adıma qeydiyyata aldırmışam. Həmin vaxt avtomobilin texniki baxışdan keçməsini Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsində mənə bildirdilər. Həmçinin mənim 21 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsinə gedib 26 dekabr 2020-ci il tarixdə tərxis edilməyimi nəzərə almadan qanunsuz protokol tərtib etdi. Bu özbaşınalıq qanunsuzluqdur ki, Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsi və Ucar Rayon Polis Şöbəsinin Yol Polis Bölməsinin əməkdaşı Fəqan Məmmədov mənə qarşı ediblər.
Fəqan Məmmədaov idarə etdiyi Yol Patrul avtomobili ilə hər gün rayonun yollarıda sürücüləri soyub talamaqla məşğul olur. Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi ilə sürücüləri aldadıb cibini doldurmaqla məşğul olurlar. Qanuna əsasən avtomobil qeydiyata alınan zaman həm də texniki baxışdan keçirilməlidir. Həmçinin avtomobilin qeydiyyata alınması 17 manat, texniki baxışdan keçirmək rüsumu isə 30 manat təşkil etdiyi halda 15 sentyabr 2020-ci il tarixdə məni aldadıb 150 manat pul alıb, avtomobilimi qeydiyyata alsalar da texniki baxışdan keçirməmişdilər.
Bu korrupsiya cinayətidir ki, həm Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsi həm də Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədov həyata keçiriblər. Bu şəxslərin hüquq-mühafizə orqanında təmsil olunmaları polis adına ləkədir.
Azərbaycan Respublikasının Daxili İşlər Naziri hörmətli Vilayət Eyvazovdan xahiş edirəm şikayətimi araşdırıb korrupsiyaya qurşanmış Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəhbərliyi və Ucar RPŞ-nin YPX-nin əməkdaşı Fəqan Məmmədovun barəsində ciddi tədbirlər görəsiniz".
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.