Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Böyük quruculuq prosesinin perspektivləri: Ermənilər Azərbaycana inteqrasiya üçün yalvarmalı olacaqlar

 


Bəzi hesablamalara görə, Qarabağın yenidən qurulması üçün təxminən 8-10 ilə yaxın zamana, konkret və dəqiq hazırlanmış proqramlar çərçivəsində isə 30-40 milyard manat məbləğində ilkin kapitala ehtiyac var...

Yenixeber.org: Əgər, proqnozlar doğrularsa, yaxın gələcəkdə Qarabağ bölgəsinin inkişaf etmiş iqtisadi zonaya çevrilməsi reallaşa bilər...

Nəhəng xarici şirkətlərin beynəlxalq iqtisadi layihələr çərçivəsində bölgəyə sərmayə yatırımına maraq göstərməsi Azərbaycan iqtisadiyyatı üçün yeni yüksəliş mərhələsi vəd edir və sürətli inkişaf perspektivləri açır...

Azərbaycanın II Qarabağ savaşındakı tarixi zəfəri ölkənin qarşısında yeni inkişaf perspektivləri açıb. Belə ki, Azərbaycan 20 faiz böyüyüb, ölkə əraziləri müasir tarixində ilk dəfə bütövləşib. Və ölkə iqtisadiyyatının da Azərbaycanın tam nəzarəti altına qayıtmış ərazilərin inkişaf etdirilməsi hesabına böyümə şansı yaranıb.

Əlbəttə ki, ölkə savaşdan yenicə çıxıb. Savaşdan sonra istər-istəməz müəyyən problemlər də ortaya çıxır. Müharibədən sonrakı dövrləri yaşamış bütün ölkələrdə olduğu kimi, bu, tamamilə normaldır, hətta qaçılmazdır.

1601627644_dsdsds.jpg (246 KB)

Ancaq artıq savaşın bitdiyini və ölkənin yeni mərhələyə keçid ərəfəsində olduğunu da qəbul etmək lazımdır. İndi əsas diqqətin işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına, insanların yaşayışı üçün normal şəraitin yaradılmasına, buna paralel olaraq da ölkə iqtisadiyyatının həmin bölgəyə uyğun şərtlər daxilində yayılmasına yönəltməyin əsl vaxtıdır.

Əslində, bu məsələ savaşda qalib gəlmək qədər önəmlidir. Çünki, hələ qədim zamanlarda dədəmiz Qorqud da bir xalqın, ölkənin inkişaf resseptini tam dəqiqliyi ilə müəyyənləşdirib, elan etmişdi: “Torpağı qorumursansa, əkib-becərməyin mənası yoxdur. Əkib-becərmirsənsə, qorumağa ehtiyac yoxdur”.

O qədər müdrik kəlamdır ki, hətta müasir dövrümüzə belə, uyğun gəlir. İndi işğaldan azad edilən ərazilərin əkib-becərilməsi dövrüdür. Son məlumatlara görə, artıq bu prosesə də start verilib.

Şəhid əsgərin Azərbaycan vətəndaşına əmanət buraxdığı torpaqlar artıq əkilib-becərilməyə başalayıb. Belə ki, Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini A.Əliyev işğaldan azad edilmiş ərazilərdə buğda səpini aparılır. Onun sözlərinə görə, artıq 700 hektardan çox ərazi şumlanıb və buğda səpilib, proses davam edir.

bugda-911258.jpg (64 KB) 

Onu da qeyd edək ki, bölgənin istifadəsinə tamamilə doğru istiqamətdən başlanılıb. Belə ki, bölgə əsasən kənd təsərrüfatının inkişafı üçün olduqca uyğundur. Üstəlik, bölgədə kənd təsərüffatının inkişafı üçün digər təxirəsalınmaz işlərin sona çatmasını gözləməyə də ehtiyac yoxdur.

Maraqlıdır ki, ilkin hesablamalara görə, bölgənin nəzərdə tutulan səviyyədə inkişaf etdirilərək, Azərbaycanın digər ərazilərinə inteqrasiya olunması üçün təxminən 8-10 il vaxt lazımdır. Bu müddətdə konkret və dəqiq hazırlanmış proqramlar çərçivəsində 30-40 milyard manat məbləğində ilkin maliyyə vəsaitinin xərclənməsinə ehtiyac var.

Təbii ki, ilk növbədə yollar çəkiləcək, lazımi infrastruktur bərpa olunacaq. Buna paralel olaraq, dövlət idarəçiliyi sisteminin qurulması reallaşdırılacaq. Vətəndaşlar üçün yaşayış məskənləri inşa olunacaq. Yəni, böyük quruculuq prosesi start götürmüş olacaq.

Onu da qeyd etmək lazımdır ki, Qarabağda böyük quruculuq prosesinin başlanması Azərbaycan vətəndaşları üçün on minlərlə yeni iş yerinin açılması anlamına da gəlir. Belə ki, böyük quruculuq prosesində on minlərlə insanın əməyinə ehtiyacın yaranacağı artıq indidən şübhə doğurmur.

Eyni zamanda, quruculuq işlərinin yekunlaşmasından sonra da hər rayonda on minlərlə yeni iş yerinin yaranması qaçılmazdır. Bu sıraya dövlət idarələrindən tutmuş ictinmai-iaşə, kənd təsərrüfatı sahələrinə, orada qurulacaq müxtəlif yerli müəssisələrə qədər bir çox məşğulluq faktorlarını aid etmək mümkündür.

prezident-yol-a08b06f0-cedb-3746-a1bb-bbcd0b0fb2e7_850.jpg (103 KB) 

Bəzi məlumatlara görə, dövlət bölgədə kənd təsərrüfatının inkişafı üçün vətəndaşlara subsidiyaların verilməsini də nəzərdə tutur. Yəni bölgədə fermer təsərrüfatlarının yaradılaraq, inkişaf etdirilməsinə xüsusi önəm verilir. Və bu, itirilən deyil, zamanı çatanda geri dönəcək maliyyə vəsaiti sayıla bilər.

Çünki dövlətin bölgəyə yatıracağı sərmayə sonrakı mərhələdə artıq gəlir gətirməyə və ölkənin iqtisadi inkişafına töhfə verməyə başlayacaq. Bu baxımdan, Qarabağ bölgəsinin işğaldan azad edilməsindən sonra artıq startı verilmiş böyük quruculuq prosesi Azərbaycan iqtisadiyyatını yeni mərhələyə keçirəcək. Ölkənin gəlirləri artacaq, vətəndaşın rifahı yüksələcək.

Təbii ki, bütün bunların baş verməsi üçün vətəndaşın da dövlətə lazım olan bütün dəstəyi göstərməsi vacibdir. Belə ki, böyük quruculuq prosesində savaş dönəmində Azərbaycan xalqının vahid mövqedən çıxış edərək, ortaya çıxartdığı mütəşəkkil mübarizə modelini təkrarlamalıdır. Sadəcə, bu dəfə böyük quruculuq mərhələsinin mütəşəkkil prosesə çevrilməsi üçün belə bir vahid mövqeyə ehtiyac olmamış deyil.

Məsələ ondadır ki, hər bir vətəndaş bacardığı qədər bölgənin yenidən qurulmasında iştirak etməlidir. Tezliklə bu istiqamətdə çoxlu sayda mütəxəssisə ehtiyac olacağı qətiyyən şübhə doğurmur. Ona görə də, heç kim öz intellektini, bilik və bacarığını, əməyini böyük quruculuq prosesindən əsirgəməməlidir, özünü kənara çəkməməlidir.

Azərbaycan əsgəri 44 gün ərzində “Qarabağ Azərbaycandır” deyərək, necə qəhrəmanlıqla vuruşdusa, indi də vətəndaşlar azadlığına qovuşmuş bölgənin iqtisadi inkişafı üçün elə mübarizə aparmalıdır. Yəni Qarabağ bölgəsində əməyinə ehtiyac yaranacaq hər bir vətəndaş böyük quruculuq prosesinin əsgərinə çevrilməyə hazır olmalıdır.

aeroport-911039_000.jpg (34 KB) 

Əgər, belə olarsa, Azərbaycan bu sınaqdan da uğurla çıxar. Ölkə bu yeni mərhələni də iqtisadi inkişaf prosesi ilə keçirər. Faydası isə yenə də güclü iqtisadiyyatı olan ölkənin vətəndaşına qalar.

Azərbaycan savaş zəfəri ilə yeni tarixi mərhələyə keçə bildi. İndi böyük quruculuq prosesi ilə Azərbaycan iqtisadiyyatının da yeni mərhələyə adlamaq növbəsi gəlib. Və bu, Azərbaycan üçün beynəlxalq iqtisadi layihələr baxımından da önəmlidir.

Belə ki, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması regionda maraqları olan dövlətlər daha fərqli planlar qurmağa üstünlük verəcək. Həmin planların əsasən iqtisadi layihələr üzərində qurula biləcəyi olduqca inandırıcıdır. Və bu regionda ən çox Azərbaycan dövlətinə sərfəlidir.

Belə ki, Azərbaycan regionda iqtisadi inkişaf perspektivləri olan yeganə dövlətdir. İndi Azərbaycan bir çox nəhəng beynəlxalq korparasiyalar üçün daha cəlbedici görünməyə başlayıb. Böyük ehtimalla yaxın vaxtlarda Azərbaycanın yeni beynəlxalq iqtisadi layihələrinin şahidi ola bilərik.

Xüsusilə də, Qarabağ bölgəsinin yenidən qurulması bölgəni beynəlxalq turizm sektorunun tərkib hissəsinə çevirə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə yeni beynəlxalq hava limanları inşa etmək qərarı da məhz bu hədəflərdən qaynaqlanır. Bu beynəlxalq iqtisadi layihələrin sırasına bölgənin faydalı qazıntılarının ortaq işlənməsi ehtimalını da əlavə etdikdə, Azərbaycan iqtisadiyyatı üçün sürətli inkişaf perspektivlərindən danışmaq çətinlik törətməz.

Ümumiyyətlə, əgər, proqnozlar doğrularsa, yaxın gələcəkdə işğaldan azad edilmiş Qarabağ bölgəsinin inkişaf etmiş iqtisadi zonaya çevrilməsi tamamilə inandırıcıdır. Əgər, bu, baş verərsə, miskin Ermənistanda sosial məhrumiyyətlərə məruz qalan ermənilərin Azərbaycana inteqrasiya üçün yalvara biləcəkləri də qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam