Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Şimal ayısı"nın hiyləsi və tükənməyən erməni xülyası...

 

 

Ermənilər Rusiyanın öz məqsədlərinə nail olmaq üçün yenə də onlardan bir alət kimi istifadə etdiyini, onları "müstəqillik" xülyası ilə zəhərlədiyini, sonda uduzanın yenə də ermənilər olacağını hələ də başa düşməyiblər?

Yenixeber.org: Saxta tarix yaradaraq heç bir zaman reallaşması mümkün olmayacağına baxmayaraq "dənizdən-dənizə böyük ermənistan" xəyali ilə yaşayan, reallığa uyğun olmayaraq özlərini "qədim, ali millət", "xristianlığın qoruyucusu", "qəhrəman xalq" elan edən, əslində isə vəhşi, qaniçən, təcavüzkar, mənfur, faşist təbiətinə malik, bütün ali insan hissələrindən məhrum olan, qorxaq, satqın, öz çirkin məqsədlərinə çatmaq üçün namuslarını belə satan, xalq, millət deyil, qaniçən toplum olan ermənilər cəmi 44 gün ərzində qəhrəman Azərbaycan ordusu qarşısında duruş gətirə bilmədilər. Ancaq yenə də ağıllanmadılar! Və ya öz çirkin məqsədlərinə çatmaq üçün daim başqalarının əlində maşa rolu oynadıqlarından, onlardan "vasitə" kimi istifadə edənlər buna imkan vermədilər! Özü də açıq-aşkar! Həm döyüş meydanında, həm də diplomatik cəbhədə ağır məğlubiyyətə uğramalarına baxmayaraq bu mənfur toplum yenə də "qələbədən", "yeni müharibədən" bəhs edir, revanş hissi ilə alışıb-yanır və buna nail olacaqlarına ümid edir (?). Rusvayçı məğlubiyyətlərinə baxmayaraq hələ də, Daqlıq Qarabağda bir ovuc erməniyə hansısa bir "status", hətta müstəqillik veriləcəyinə ümid edirlər, hesab edirlər ki, rus "sülhməramlılarına" arxalanaraq buna nail ola biləcəklər? Bu qaniçən toplum ayrik arutyunyan, vitali balasanyan kimi cinayətkarların rus "sülhməramlılarına", onların komandanına, ərazimizə qeyri-qanuni, işğalçı kimi daxil olan digər Rusiya yetkililərinə, əslində isə onların timsalında Rusiyaya arxalanaraq, "iri dövlətlərin yardımı ilə mühafizə səngərləri qazmaq", "yeni sərhədlər qurmaq", "sərhəd qoşunları formalaşdırmaq", "yeni ordu yaratmaq" kimi xam xəyallarına inanır? Onlar hesab edirlər ki, Azərbaycan dövləti, xalqı, onun qəhrəman ordusu rus əsgərinin öz komandanlarının mövqeyini ifadə edərək "əziz ermənilər, qorxmayın qayıdın, biz sizi mühafizə edəcəyik, biz burada qayda-qanun yaradacağıq" deməsinə, "sülhməramlıların" Azərbaycan nümayəndələrinin Xudavənd monastrını ziyarət etmələrinə imkan verməmələrinə, bədnam, qondarma "arsaxı" de-fakto "müstəqil dövlət" kimi qəbul edərək bütün fəaliyyətlərini onun cinayətkar "rəhbərləri" ilə koordinasiya etmələrinə, nəzarət etdikləri ərazilərə azərbaycan köçkünlərinin qayıtmasına, bu ərazilərdə Azərbaycanın mülki hakimiyyətinin bərqərar olmasına mane olmalarına, bu ərazini rus torpağı hesab edib, istədikləri "fəaliyyəti" həyata keçirəcəklərinə uzun müddət dözəcəklər? Əgər belə düşünürlərsə yanılırlar! Onlar Azərbaycan Prezidenti İlham Əliyevin "nəyin nə vaxt ediləcəyini yaxşı bilirəm", "Dağlıq Qarabağa heç bir status verilməyəcəkdir, gorbagor oldu status!" dediyini nə tez unutdular? Yoxsa ermənilər Rusiyanın Gürcüstanda, Moldavada, Ukraynada etdiklərini Azərbaycanda da edə biləcəyinə ümid edirlər? Onlar bu dövlətlərdən fərqli olaraq öz haqlı mübarizəsində Azərbaycan xalqının, dövlətinin tək olmadığını, RF Prezidenti V.Putinin "böyük siyasətdə dostlar olmur" ifadəsini nə tez unutdular? Ermənilər Rusiyanın öz məqsədlərinə nail olmaq üçün yenə də onlardan bir alət kimi istifadə etdiyini, onları "müstəqillik" xülyası ilə zəhərlədiyini, sonda uduzanın yenə də ermənilər olacağını hələ də başa düşməyiblər? "Kərtənkələdən zəhər alan ilan" kimi davranan ermənilər bu zəhəri sonda özlərinin içəcəyini hələ də anlamayıblar? Azərbaycan xalqı, dövləti qəhrəman, sülhsevər, dözümlüdür! Ancaq bu dözümün bir həddi olduğunu nə Rusiya, nə də onun himayə etdiyi bir ovuc erməni unutmasın! Azərbaycan dövləti özünün bütün ərazisində süveren hüququnu bərpa etmək gücündə və əzmindədir! Yaşasın Azərbaycan! QARABAĞ AZƏRBAYCANDIR VƏ DAİM BELƏ OLACAQDIR!

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam