Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İki Martirosyan, bir keşiş və Paşinyan reallığı: Rəzil ölkə niyə və necə dövlətsiz qaldı...

Ermənilər son bir neçə ay öncəyə qədər öz "dövlət"ləri ilə lovğalanırdılar, hətta onu "Cənubi Qafqazın İsraili" adlandırırdılar və bununla da, yəhudilərə qarşı böyük haqsızlıq edirdilər...

Yenixeber.org: İndi erməni baş nazirin - yəni "dövlət"in ölkə üzrə hərəkət marşrutu qapadılır, hansısa bir keşiş onu aşağılayır, kilsədən qovur və bununla da ibtidai-icma quruluşu təfəkkürü qələbə qazanır...

Onilliklər ərzində düşmən gördükləri Azərbaycan və Türkiyə erməniləri xilas edəcək, onlara normal modern dövlətin qurulmasını öyrədəcək yeganə ünvana çevrilməkdədir...

Ermənilər hər gün heyrətləndirməyi bacarırlar. Hər gün elə şeylər edirlər ki, bunun baş verməsinə sadəcə, təəccüblənmək qalır. Əslində, ermənilər bütün dünyaya əməlli-başlı "dərs" verirlər. Həmin "dərsə" baxıb, nəyi necə etməyi deyil, məhz nəyi necə etməməyi öyrənmək mümkündür.

Bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin əyalətlərinə son səfəri də önəmli örnəklər ilə boldur. Bu adamın siyasi iradəsinin hökumət binasından kənarda keçərli olmadığını ötən yazımızda vurğulamışdıq. Onun bu səfəri kənar müşahidələrimizə əsaslanan iddialarımızı birmənalı şəkildə təsdiqləyir.

Baş verənlər ağılalmaz, hər hansı məntiqlə izah edilə bilməyəcək olaylardır. Təsəvvür edirsinizmi, bir baş nazirin ölkənin hər hansı əyalətinə gəlməməsi üçün yolları bağlayırlar. Və adam inadkarlıq edir, səfərini reallaşdırmaq, bağlı yolları aşmaq üçün helikopterdən istifadə etmək məcburiyyətində qalır.

Belə ölkədə dövlətin olduğundan danışmaq üçün çox cəsarətli olmaq lazımdır. Çünki bunun əksini sübut etmək daha asan olmazmı?

Hələ bu, baş verənlərin nisbətən biabırçılıq hesab edilə biləcəkləridir. Çünki, tam bir rəzillik olanları da var.

Məsələn, quru yolları üzünə bağlandığı üçün havadan hərəkət etmək məcburiyyətində qalan erməni baş nazir bir kilsəyə gedib. Kilsənin keşişinə əl uzadıb, salamlaşmaq istəyib. Keşiş isə bir din xadiminə və ya hətta bir insana yaraşmayan tərbiyəsizliklə baş nazirin əlinə kənara itələyib.

Məsələ bununla bitsə, yaxşıdır. Amma bitməyib. Keşiş baş nazirə qapını göstərərək, kilsəni dərhal tərk etməsini tələb edib. Baş nazir isə məzlum görkəm alaraq, qapıya doğru yönəlib.

İndi hansı erməni bütün bunların normal dövlətin olduğu bir ölkədə baş verə biləcəyini iddia edə bilər? Əgər, iddia edə bilərsə, deməli, o erməninin dövlət anlayışından təsəvvürü yoxdur.

Normal ölkədə belə olaylar baş verə bilməz. Deməli, normal ölkə olacaq, bir baş nazir - dövlətin başçısı, yəni dövlətin özü bir keşişə əl uzadacaq, o keşiş isə dövlətin əlini kənara itələyərək, onu kilsədən qovacaq, eləmi? Bu da azmış kimi, baş nazir - dövlətin başçısı da keşişin qarşısında məzlum görkəm alıb, kilsəni tərk edəcək?

Buna normal ölkələrdə sadəcə, gülərlər. Bir ölkədə baş nazirin yolunu bağlamağa cəsarət edən vətəndaşlar, onu kilsədən qovan keşiş və bütün bunların qarşısında aciz qalan baş nazir varsa, bu, orada daha önəmli bir şeyin - dövlətin olmadığını göstərir.

Halbuki, ermənilər son bir neçə ay öncəyə qədər öz "dövlət"ləri ilə lovğalanırdılar. Hətta öz "dövlət"lərini "Cənubi Qafqazın İsraili" adlandırırdılar. Və bununla da yəhudilərə qarşı böyük haqsızlıq edirdilər.

Çünki yəhudilərin güclü İsrail dövləti var. Üstəlik, bu dövləti kimsənin köməyi olmadan öz zəhmətləri və bacarıqları ilə qurublar, inkişaf etdiriblər.

Ermənilərsə, öz himayədarlarının sayəsində başqalarına məxsus olan ərazilərdə yerləşdiriliblər. Himayədarlarının köməyi ilə başqalarının tarixi torpaqlarını mənimsəyiblər. Ancaq hələ də dövlət qura bilməyiblər. Halbuki gözləri davamlı olaraq, başqalarının torpaqlarındadır. Bu barbarları anlamaq olmur, onsuz da dövlət qura bilmirlərsə, ibtidai-icma quruluşu təfəkküründən uzaqlaşmayıblarsa, torpaq bunların nəyinə lazımdır?

İndi ən böyük dərdləri Azərbaycandan qeyri-qanuni çırpışdırdıqları əraziləri əllərində saxlamağın yollarını tapmaqdır. Bütün vasitələrlə demarkasiya prosesini pozmağa çalışırlar. Paşinyan hakimiyyətindən demarkasiya prosesini yarımçıq saxlamağı tələb edirlər.

Ancaq anlamırlar ki, "kapriz" dövrü bitdi. İndi heç kim onların "timsah gözyaşları"na əhəmiyyət verməz. Oğurladıqlarını, qonşudan çırpışdırdıqlarını geri qaytarmaq vaxtıdır. Və Azərbaycan beynəlxalq hüquqla özünə məxsus olan əraziləri ermənilərdən onları bağırta-bağırta geri almaqda davam edir.

Əslində, üzərində yaşadıqları ərazilərin özlərinə məxsus olmadığını hər kəsdən daha yaxşı bilirlər. Qorxurlar ki, davamında Azərbaycan özünün bütün tarixi ərazilərini geri istəyər. Bu artıq açıq şəkildə deyirlər. Hesab edirlər ki, demarkasiya prosesi bitdikdən sonra bir gün Azərbaycan Zəngəzuru, Göyçənin və özlərinə paytaxt etdikləri İrəvanı da geri istəyəcək.

Ancaq ermənilər üçün çıxış yolu yoxdur. Azərbaycanın bütün ərazilərini geri qaytarmalı olacaqlar. Bununla barışmaq istəməyənlər ilə yanaşı, prosesin qaçılmazlığını anlayan ermənilər də var.

Məşhur erməni biznesmen, baş nazir Nikol Paşinyanın yaxın dostu Armen Martirosyan bu məsələyə realist yanaşanların sırasında yer alır: “26 il öncə başqasının ölkəsinə girib, orada ağalıq edir, evlər tikir, mədən istismar edirdiniz. İndi torpağın sahibi gəlib və deyir ki, çıxın. Biz isə bunun razılaşmaya daxil olmadığını söyləyirik. Budur, sizin səviyyəniz? Mən öz iş masamı sizin evinizə qoysam, xoşunuza gələr?”

Əslində, buna da təəccüblənmək lazım gəlir. Çünki bunlar o qədər absurd, anormal iddialar ilə hər kəsi bezdiriblər ki, belə realist və dürüst mövqedə olan erməni peyda olanda, adam inanmaqda çətinlik çəkir.

Ancaq realist erməni örnəyinin reallığına inansaq da, inanmasaq da fərq etməz, biz öz dövlət sərhədlərimizi beynəlxalq hüququn tanıdığı coğrafi məkana uyğunlaşdırmalıyıq. Ermənilər də artıq ağıllarını bağlarına yığmalıdırlar və məkanın sahibinin gəldiyini anlamalıdırlar.

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan bu qaçılmaz reallığı artıq anlayır: "Biz öz beynəlxalq hüquqla tanınan sərhədlərimizə geri çəkilirik. Bu sərhədlər 2010-cu ildə Serj Sarkisyanın zamanından beynəlxalq səviyyədə tanınıb. Yəni, o dövrün höküməti və parlamenti bu sərhədlər barədə qərar qəbul edib, biz isə həmin sərhədlərimizə çəkilirik. Əgər, sərhədlərimizə çəkilmək xəyanət kimi qəbul edilirsə, o zaman 2010-cu ildəki hökümətin bu sərhədləri tanıması əsas xəyanətin özüdür. Bu aylarda baş verənlərə görə öncəki hökümət birbaşa günahkardır".

Göründüyü kimi, baş nazir Nikol Paşinyan da situasiyanı doğru-düzgün dəyərləndirir. Bir ölkə uzun müddət başqa dövlətin ərazisində quldurluq edə bilməz. Bu quldurluğa heç kimin haqq qazandırmaq hüququ yoxdur.

"Quldur qanunları" ilə dövlət qurmaq olmaz. Qurulsa belə, hüquqi təməlləri olmadığı üçün çox yaşamaz.

Ermənilər də hazırda məhz bu problem ilə baş-başa qalıblar. Quldurluq prinsipləri ilə qurmağa çalışdıqları dövlətləri dağılmağa başlayıb.

Hüquqi əsaslar üzərində yeni dövlət qurmaq məcburiyyətindədirlər. Bacaracaqlarmı? Bu suala birmənalı cavab vermək çətindir.

Məsələ ondadır ki, ermənilərin buna mane ola biləcək bir çox rəzil vərdişləri var. İlk öncə quldurluq psixologiyasından xilas olmalıdırlar, qonşunun mülkünə göz dikib, oğurlamaqdan əl çəkməlidirlər, şər-böhtan, yalan vərdişlərini də tərgitməlidirlər. Qonşular normal münasibətlər qurmalıdırlar ki, dövlət qura və inkişaf etdirə bilsinlər.

Yalan üzərində qurulan xəyallarsa, bir toplumu o qədər də uzağa apara bilməz. İnformasiya təhlükəsizliyi üzrə erməni ekspert Samvel Martirosyanın dedikləri də öz yalanlarının əsirinə çevrilməş Ermənistan cəmiyyətinin durumunu göstərir: “Ermənistanda insanlar yerli mənbələrdən olan informasiya inanmaqdan əl çəkib. Onlar Azərbaycan və Rusiya KİV-lərinin xəbərlərinə daha çox güvənirlər”.

Bu iki cümlə Ermənistanın vəziyyətini izah edir. Normal informasiya siyasəti dövlətin təməllərindən danışmaq tamamilə yersizdir. Əgər, bir vətəndaş öz ölkəsi ətrafında baş verən proseslərlə bağlı daha doğru məlumatı qonşu dövlətlərin mətbuatından umursa, deməli, hər şeyi yenidən - sıfırdan başlamaq lazımdır.

Baş nazir Nikol Paşinyan əslində, mümkün çıxış yolunu tam dəqiqliyi ilə müəyyən edə bilib. O, Ermənistan üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasının vacibliyini vurğulamaqda davam edir. N.Paşinyanın bu mövqeyi ona qarşı sərt ittihamlara yol açsa da, Ermənistanın sosial-iqtisadi vəziyyəti bu variantdan birbaşa asılıdır. Çünki məhz Azərbaycan və Türkiyə ilə normal münasibətlər Ermənistana iqtisadi inkişaf və modernləşmə "pəncərə"si aça bilər.

Əks halda, ermənilər normal bir dövlətlərinin olmadığını və ictimai-icma quruluşundan çox da uzaqlaşa bilmədiklərini çox tezliklə etiraf etməli olacaqlar. Hər halda, iki Martirosyan, bir keşiş və Paşinyan reallığı ermənilərin gələcək taleyini xaosla "mükafat"landıra bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam