Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PUTİNİN “SUMQAYIT KARTI” – Rusiya prezidentinin Qarabağ münaqişəsini “Sumqayıt hadisələri”nə “calamaqda” məqsədi nədir?

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Qarabağ münaqişəsi barədə danışarkən, yenə “Sumqayıt hadisələrini” yada salaraq, Qarabağ münaqişəsinin məhz 1988-ci ilin fevralında baş verən həmin olaylardan start götürdüyünə eyham vurub. 

Yenixeber.org: Bu, ilk belə hal deyil və Putin demək olar hər dəfə münaqişə barədə danışanda Sumqayıtı yada salır. Bununla da bir növ tarixə özünəməxsus formada “ekskurs” edən Rusiya prezidenti münaqişəni məhz milli zəmində yaranmış etnik mübahisə kimi qələmə verərək, onun çətinliyini və dərinliyini sübut etməyə çalışır.

Hətta ona verilən sualın Qarabağ münaqişəsinin tarixinə heç bir aidiyyatı olmasa da, Putin hər dəfə Sumqayıtı yada salmaqla, bir növ “birinci kim başlayıb” sualına Rusiyaya və onun Ermənistandakı qulbeçələrinə sərf edən formada cavab vermiş olur. Əslində, ümumiyyətlə “birinci kim başlayıb” sualını ortaya atmağın və subyektiv yanaşma ilə günahkar axtarmağın özü Rusiyanın sülhməramlı statusu ilə qətiyyən uyğun gəlmir.

Məlum məsələdir ki, reallıqda bu münaqişə etnik qarşıdurmadan daha çox ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək istəyi səbəbindən ortaya çıxan və Dağlıq Qarabağ başda olmaqla, ərazilərimizi özününküləşdirmək məqsədi güdən təcavüzün nəticəsidir.

Lakin göründüyü kimi, Rusiyanı bu variant qane etmir və problemi məhz həlledilməz etnik münaqişə kimi təqdim etməyə çalışır. Putin əslində, konkret olaraq deyir ki, bu, etnik konfliktdir, ermənilərlə azərbaycanlılar əzəli və əbədi düşməndirlər, ona görə də Rusiya olmasa, onlar bir-birilərini sonsuzadək qıracaqlar. Və bununla da münaqişənin həm mahiyyətini, həm də tarixini təhrif edərək, özünə uyğun şəklə salır.

 

 

Putin iddia edir ki, ilk olaraq, məhz ermənilər Sumqayıtda və Dağlıq Qarabağda qırğına məruz qalıblar. Hansı ki, bunun yalan olduğunu və münaqişənin nədən qaynaqlandığını həm Qafqazda, həm də Rusiyanın özündə bilənlər az deyil.

Kiçik xatırlatma olaraq qeyd edək ki, həmin dövrdə SSRİ Baş Prokurorunun müavini Aleksandr Katusev özü 1988-ci il fevralın 27-də, yəni Sumqayıt hadisələrindən bir gün əvvəl mərkəzi televiziya ilə çıxışında Dağlıq Qarabağda - Əsgəran rayonunda fevralın 22-də ilk olaraq azərbaycanlılar Bəxtiyar Quliyev və Əli Hacıyevin ermənilər tərəfindən öldürüldüyünü demişdi. 

 

 
                                    Qarabağ müharibəsinin ilk qurbanları

 

Digər tərəfdən, hər kəsə, o cümlədən Putinin özünə də yaxşı məlumdur ki, ilk olaraq məhz azərbaycanlılar 1987-ci ildə Ermənistandan qovulmağa başlamışdı və 1988-ci ilin yanvar - fevral aylarında bu proses nəzarətdən çıxaraq, vəhşiliklərlə, qətllərlə müşayiət olunmağa başlamışdı. 

Sumqayıt hadisələrinin istintaqını aparan Moskvadan gələn qrup isə belə qənaətə gəlmişdi ki, əhali məhz Ermənistandan qovulub Sumqayıta gələn azərbaycanlılara qarşı olan haqsızlıqlara hiddətləndiyindən həmin hadisələr baş vermişdi. Nəhayət, istintaq bu hadisələrin sırf təxribat xarakterli olduğunu və onun SSRİ DTK-sı, Ermənistan rəhbərliyi, eləcə də qərb dövlətlərindəki erməni diasporunun təhriki və təşkilatçılığı ilə törədildiyini üzə çıxarmışdı.

Belə görünür ki, bütün bunları bir daha Putinə və onun auditoriyasına xatırlatmaq gərəkdir. Özü də rəsmi formada. Lakin təəssüf ki, artıq neçənci dəfədir Rusiya prezidenti Sumaqayıt hadisələrini arqument kimi ortaya qoymağa çalışsa da, Azərbaycanın rəsmi dairələri susur. Ancaq biz susduqca, bu “arqument” təkrarlanaraq beynəlxalq müstəvidə, təsəvvürlərdə orturuşa bilər. Bu isə bir növ ermənilərə özünü qoruma haqqının tanınmasına yol açmaq deməkdir.

Əslində, Putinin Sumqayıt hadisələrinin əsas götürüldüyü bu yanaşması növbəti dəfə sübut edir ki, Rusiya Azərbaycanla Ermənistan arasında gerçək, real sülhdən, barışıqdan yana deyil. Çünki bu iki xalq, toplum arasındakı düşmənçilik Rusiyanın Qafqazdakı əsas dayaqlarını təşkil edir. Əgər bu dayaqların bir hissəsi gürcülərlə osetinlər, abxazlar arasındakı münaqişədirsə, digər əhəmiyyətli hissəsi də erməni-azərbaycanlı qarşıdurmasıdır. Bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili də öz çıxışlarında dəfələrlə deyib.

 

 

Odur ki, Putin hər dəfə Sumqayıtı yada salmaqla, həm azərbaycanlılara, həm də ermənilərə xatırlatmağa və onların beyinlərinə yeritməyə çalışır ki, siz düşmənsiniz, düşmən olmusunuz və olacaqsınız. Rusiya isə hər zaman bu qarşıdurmada hakim olub, olur və olacaq. Çünki onun Qafqazda varlığı məhz buna bağlıdır. Özü də bunu Ermənistanda da anlayanlar, dərk edənlər az deyil...

Bəs çıxış yolu nədir, Qafqaz nə zaman bu “boyunduruqdan” canını qurtara biləcək? Təəssüf ki, bu sualın cavabı təkcə Azərbaycandan və azərbaycanlılardan asılı deyil. 

Nə qədər ki, ermənilərin bir gözü və bir qulağı Moskvada və Qərbdəki varlı ermənilərin ağzında olacaq, nə qədər ki, öz qonşularıyla deyil, uzaq ölkələrdəki məlum dairələrlə dostluq edəcək, onlara yaltaqlanacaqlar, nə özləri bir ağ günə çıxacaqlar, nə də qonşularının normal yaşayışına imkan verəcəklər. 

Və onlar Moskvanın, Parisin, Afinanın və s. paytaxtların “çaldığı zurnalara” oynadıqca, Rusiyanın imperiya iştahası da öz itiliyini qoruyacaq.(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam