Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Kommersant”ın xüsusi müxbirinin REPORTAJI: Azərbaycan xalqının böyük köçü

 

 

 

 Yenixeber.org: Erməni hərbçiləri Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli noyabr razılaşmalarına uyğun olaraq hər üç bölgəni tərk ediblər. “Kommersant”ın müxbiri Kirill Krivoşeyev azərbaycanlı qaçqınların doğma kəndlərinə axışdıqlarını və ermənilərin tərk etdikləri yerlərdə nələrin baş verdiyini izləyib.

                                     “Dağlar var, yaxşı hava var”

Azərbaycanda iki yeni əlamətdar gün təsis edildi. Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə bundan sonra 27 sentyabr Müharibə qurbanların  “Anım Günü”, 8 Noyabr isə “Zəfər Günü” kimi qeyd olacaq. Xatırladaq ki, 10 noyabrda Rusiya, Ermənistan və Azərbaycan liderləri Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin imzaladığı hərbi əməliyyatların dayandırılmasına dair razılaşma qüvvəyə mindi.

Dekabrın 1-də Azərbaycan qoşunları anlaşmaya uyğun olaraq üçüncü rayona – Laçına daxil oldu.”Kommersant”-ın müxbiri həmin gün Laçından olan qaçqınların məskunlaşdığı Ağcabədi bölgəsində idi (Azərbaycanın işğal altında olan rayonlarının strukturları ləğv edilməyib. Son 27 ildə bu qurumlar yalnız qaçqınların problemi ilə məşğul olublar).

Doğma ocaqlarına qayıdacaqlarını qeyd edən köçkünlər magistral yol boyunca yürüş təşkil etdilər. İzdihamın önündə bu yaxınlarda cəbhədən qayıdan əsgərlər nəhəng dövlət bayrağını daşıyırdılar. Onları at arabasında oturub zurna çalan bir qadın izləyirdi. Onların arxasında isə maşınlarla, atlarla və piyada gələn minlərlə köçkün var idi.

Rayon rəhbərliyinin binasına çatdıqda insanlar rəqs etməyə və atəşfəsanlıqla qışqırmağa başladılar:                                      “Nə oldu, Paşinyan?”

Bu, müqaviləni imzaladıqdan sonra İlham Əliyevin nitqindən götürülmüş və Azərbaycanda aforizmə çevrilən ifadədir. “Nə oldu, Paşinyan? Cəbrayıla yol çəkirdin? Rəqs etdiyin yerlərin statusu harada qaldı?  Status cəhənnəmə getdi, toz oldu, yox oldu. O status yoxdu və olmayacaq da!”, – demişdi İlham Əliyev.

Laçının qaytarıldığı gün Azərbaycan prezidenti vacib bir açıqlama verdi. Üçtərəfli razılaşmanın mətnində Stepanakerti (Xankəndi-red) Ermənistanla birləşdirən beş kilometrlik dəhlizin qorunub saxlanmasına işarə edir. Bu yol Laçın şəhərindən keçir və erməni tərəfi buna faktiki olaraq geriyə dönüş ümidi kimi baxır. Azərbaycan prezidenti isə son çıxışında dedi ki, “Rusiya prezidenti ilə söhbətlərim zamanı dedim ki, Laçın da bizə qaytarılmalıdır. Bu səbəbdən yeni bir dəhliz tikilməsini təklif edirik. Buyurun, Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhliz üçün yol hazırlayın və onu inşa edin. Burada (razılaşmada – red) vaxt da göstərilir – üç il ərzində. Ancaq inanıram ki, bunu daha tez edə bilərik. Yeni dəhlizin parametrləri müəyyənləşdirildikdən sonra Laçın şəhəri də bizə qaytarılacaq. ”

Dəhlizə görə rayon iki hissəyə ayrıldığından Laçın şəhəri hələlik azərbaycanlılar üçün əlçatmaz qalsa da,  bütün rayon sakinləri ora qayıtmağı səbirsizliklə gözləyir.

Bayramı qeyd etməyə gələn Laçından olan Arif adlı sakin “Kommersant”-a açıqlamasında “Orda dağlar var, havası yaxşıdır. Rus əsgəri orada olsa, o zaman, dəhlizlə hərəkət etmək ermənilər üçün rahat olacaq”, – dedi.

Bizi yeməyə dəvət edən Həsənovlar ailəsi doğma dağlarından da danışır. Övladları Fərid könüllü olaraq cəbhəyə gedib. Sağ-salamatdır, lakin hələ evə dönməyib. Ailə onunla fəxr edir: “Bölgələrimizi başqa kim qaytaracaqdı ki..?” Həsənovlar ailəsi də bir çox digər ailələr kimi 1992-ci ildə praktik olaraq heç bir şey almadan evlərini tərk ediblər. Yalnız sonradan qohumlardan biri birtəhər kəndə qayıdıb, iki xalça və soyuducunu götürə biliblər.

                                   “Heç bir mülki şəxsin ora getməsinə icazə vermirik”

Düzdür, qaçqınların öz doğma kəndlərinə qayıtmaq xəyalları qurarkən, Azərbaycan hakimiyyəti emosiyaları yatırmaq məcburiyyətindədir. Hamı Füzuli rayonunda bir kənd yolu ilə icazəsiz doğma kəndlərinə getməyə çalışan və tank əleyhinə minaya düşüb məhv olan bir ailənin faciəsindən danışır. Avtomobildə olan dörd nəfərin hamısı həlak olub.

Biz də Füzuliyə getdik, nəzarət məntəqəsindən keçdik. “Xeyr, mülki şəxslərin heç birinin ora getməsinə icazə vermirik. Şəxsi maşınla ora gedə bilməzsən”, – deyə postda polkovnik-leytenant xəbərdarlıq etdi. Nəticədə bu şəhərdə anadan olan, rayon polis rəisinin müavini Rauf Əbdülkərimov Füzulidə bələdçimiz oldu. Yaşlı bir polis mədəniyyət evini, prokurorluğu, musiqi məktəbini, rus dili müəlliminin viranə qalmış evini göstərir. Bir çox binadan yalnız yoğun kollarla əhatə olunmuş bünövrələr qalıb.

Tanıdığımız haranınsa bu cür məhv olacağını təsəvvür etmək çətindir. Bəli, belə vəhşiliklər ancaq müharibədə ola bilər. Fizuli şəhəri bir az da 1986-cı ildə Çernobıl AES-in partlamasından sonrakı Pripyatı xarabazarlığını xatırladır.

Bələdçimiz inanılması çətin olan bir versiya dedi: “Ermənilər evləri tikinti texnikası ilə qəsdən dağıtdılar”. Doğrudan da şəhər daxilində və evlərin xarabalıqlarında tərk edilmiş bir neçə ekskavator var idi.

Şəhərdə bir ölü sükutu var. Amma müşayiətçilərimiz – Rauf Abdulkərimov və başqa bir silahlı gənc polis daim qulaq asırlar. “Hər hansı bir səsə reaksiya veririk, – deyir polis rəisinin müavini, – tərk edilmiş bir mal-qara və ya gizlənib çölə çıxmaqdan qorxan bir erməni əsgəri ola bilər. Ancaq ona heç bir şey etməyəcəyik “.

Ermənilərin güllə keçirməyən jiletləri (rəngləri və kamuflyaj naxışları ilə çox fərqlidirlər) düz yerə atılıb. Yanlarında istifadə edə bilmədikləri mərmi qutuları var.

Azərbaycan hərbçilərinin hazırda yerləşdiyi quraşdırma evlərdən başqa hər yer xarabazarlıqdır. Ermənistan hərbi hissəsinin yerləşdiyi əraziyə daxil oluruq. Məşq meydançasında stenddən erməni dilində cırılmış plakatlar var. Bunlardan biri yürüş addımı zamanı ayağın necə düzgün çəkiləcəyini göstərir. Anbarda tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın gerbi olan qovluqlar, erməni işarələri olan patronlar və mərmilər var. Qutulardan birində hətta Milad ağacı bəzəkləri var. Ancaq ən təəccüblü tapıntı bizi çardaqdakı masada gözləyirdi. Əfqan və Çeçen müharibələri haqqında rus filmləri olan DVD-lər dolu idi. Bir dənə də albom var idi. Bəzi fotoşəkillər ətrafa səpələnib. Bir ziyafət, uşaqları olan bir ailə, kiçik qızlar. Bunların erməni və ya azərbaycanlı olduğu bəlli deyil, amma sonra bir kilsədə çəkilmiş bir fotoşəkil görürəm: insanlar Ermənistanda adət etdiyi kimi şamları quma qoyurlar. Sahibinə qaytarmaq üçün foto albomu özünüzlə aparmaq istəyimi bildirirəm. Ancaq mənə icazə vermirlər: Qızıl Xaçın bu məsələlərlə məşğul olması lazım olduğunu söyləyirlər.

Keçmiş erməni mövqelərində iki ordunun döyüş izlərini görmək sözün əsl mənasında bizi həyəcanlandırır. Burda mövqelər uğrunda əsl ölüm-dirim savaşı gedib.

Top mərmilərindən dağıntıların yaratdığı qorxunc mənzərinin içi ilə addımlayırıq. Mina təhlükəsi üzündən heç vaxt getməyəcəyimiz kolların arasından birdən iki arıq inək tullandı. Ancaq insanlara yaxınlaşmırlar,  çox qorxurlar. Rauf Abdulkərimovun sözlərinə görə polis heyvanları tutaraq Qırmızı Xaçın köməkliyi ilə erməni sahiblərinə qaytarırlar.

Geri dönürük. Avtomobil karvanı Azərbaycan nəzarət-buraxılış məntəqəsinin sağından keçir. Qarşıda – Azərbaycan nömrələri olan bir cip, arxasında – erməni nömrələri olan “UAZ” və göyərtəsində böyük bir erməni yazısı və sülhməramlıların bayraqları asılmış Qırmızı Xaçın iki zirehli avtomobilini görürük. Konvoydan gələn insanlarla danışa bilmədik, lakin müşayiətçilərimiz dedi ki, “cəsədlər dəyişdirilir”.

“Kommersant” 3 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam