Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ və Fransanın “suyu bulandırmaq” cəhdlər: Ermənistanı intihara sürükləmək istəyirlər

 


 Rusiya Ermənistana kapitulyasiya sənədini pozmaq cəsarətini qətiyyən bağışlamaz... Bu isə o deməkdir ki, savaşın davamı olaraq, Azərbaycan Ermənistan ərazisinə müdaxilə etsə belə, Rusiya buna heç bir reaksiya verməz... ABŞ və Fransanın təhriklərinə uyarsa, bu, bütün savaş potensialını və dövlət resurslarını itirmiş Ermənistanın bir coğrafi subyekt kimi sonu olardı...

Yenixeber.org: Azərbaycanın gələcək taleyində xüsusi önəm daşıya biləcək bir hərbi-siyasi və tarixi mərhələni böyük zəfərlə tamamladıq. İndi növbəti, həm də daha əhəmiyyətli bir mərhələnin astanasındayıq. Və hazırda demək olar ki, hər şey, hətta zamanın özü belə, Azərbaycanın müttəfiqidir.

İlk mərhələ Azərbaycana böyük və tarixi zəfər qazandırdı. Ölkə təqvimi bir çox əlamətdar tarixi günlərlə zənginləşdi. Heç şübhəsiz ki, Azərbaycan vətəndaşları gələn ildən başlayaraq, onların hər birisini ayrı-ayrılıqda, ardıcıl çəkildə bayram edəcəklər.

1601208156_20200927_160128.jpg (263 KB)

Həmin tarixi zəfər günlərinin bütün qəhrəmanlarını böyük hörmətlə yad edəcəklər. Və bu, illərlə, onilliklərlə, yüzilliklərlə, Azərbaycan var olduqca, əbədi olaraq, davam edəcək.

Təsəvvür edirsinizmi, indiyə qədər Azərbaycanın müxtəlif şəhərlərinin işğal günlərini hər il kədərlə xatirlayırdıq. Artıq kədər olmayacaq. Çünki işğal günləri tariximizdən silindi. İndi şəhərlərimizin barbar işğalından azad edildiyi təqvim günlərimiz olacaq.

Azərbaycanın da öz qələbə günü var, artıq... Keçmiş SSRİ respublikalarında 9 may faşizm üzərində qələbə günü kimi qeyd olunur. Bundan sonra biz də məhz 10 noyabr tarixini Azərbaycanın Vətən Müharibəsində qələbə günü kimi qeyd edəcəyik. Bəli, barbarizm üzərində qəti qələbə günü...

Ancaq yüksəlişimiz yalnız bunlarla məhdudlaşmayacaq. Çünki Azərbaycanı daha parlaq qələbələr gözləyir. Xüsusilə də, Cənubi Qafqaz uğrunda davam edən beynəlxalq savaşın əsas müəyyənləşdirici ölkəsi artıq Azərbaycandır. Və bu regionda hər şey Azərbaycanın hərbi-siyasi iradəsindən asılı vəziyyətə düşüb.

fff0bf3b449e6904b4b1ae3c5505830d.jpg (41 KB)

Yəni bu mübarizənin ikinci mərhələsi hələ yeni başlayıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq ətalətdən çıxmağa, hərəkətə gəlməyə başlayıblar. Rusiyanın paytaxtı Moskvada “Dağlıq Qarabağ münaqişəsinin həlli yolları”nı müzakirə etmək niyyətindədirlər.

Təbii ki, anlaşılmaz niyyətdir. Bunlar indi nəyi və niyə müzakirə etmək istədiklərini görəsən, özləri normal arqumentlərlər izah edə bilərlərmi? Nəyisə müzakirə etmək üçün gecikməyiblərmi?

Axı, son 30 ildə bu ölkələrin – ABŞ, Fransa və Rusiyanın Dağlıq Qarabağ problemini həll etmək üçün hər cür imkanları var idi. Amma o imkanların heç birisindən doğru-düzgün istifadə edilmədi. Sadəcə, regiona turist səfərləri edib, Xankəndidə ermənilərlə kabab yeyib, viski içib, sondada əllərinin altında saxladıqları növbətiçi bəyanatı səsləndirib, dağılışdılar.

Bəs, indi nə oldu ki, bunlar belə həyəcanlandılar, narahat görkəm aldılar. Və müzakirə həvəsinə düşdülər? 27 sentyabra qədər – düz 30 il ərzindən istəsəydilər, çox şeyi müzakirə və həll edə bilərdilər.

2018-11-11T000000Z_2011981693_MT1ABCPR658938014_RTRMADP_3_ABACA-PRESS_d_850.jpg (129 KB)

Amma belə anlaşılır ki, istəmədilər, həvəsləri olmadı. Ona görə də, Azərbaycan ordusu onların 30 ilə reallaşdıra bilmədikləri prinsiplərini cəmisi 44 gün ərzində həyata keçirdi. Həmsədrlər hər dəfə ağızlarını açdıqlarında “Problemin hərbi yolla həlli yoxdur. Sülh danışıqları alternativsizdir” deyirdilər.

Azərbaycan ordusu isə onların 30 illik bu yalanını bütün dünyaya göstərdi. Və sübut etdi ki, əslində, problemin sülh danışıqları yolu ilə həlli yoxuymuş. Yeganə doğru variant hərbi yoluymuş.

İndi bu problem hərbi yolla həll olunub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin də artıq görəcəyi bir iş qalmayıb. Bu qurumun mövcudluğu hazırda sadəcə, formal xarakter daşıyır. Normalda vasitəçilik missiyasının öhdəsindən gələ bilməyən bu qurum toplanıb, əldə olunan nəticələri alğışlaması və öz-özlərini buraxdıqlarını bəyan etmələri lazımdır.

Amma belə anlaşılır ki, hələ “fəaliyyətlər”ini dayandırmaq niyyətlər yoxdur. Əksinə, “suyu bulandırmağa”, mövcud situasiyanı dəyişməyə, Ermənistanın imzaladığı kapitulyasiya sənədindən qaynaqlanan prosesin ləngidilməsinə cəhd göstərirlər.

1587940402148_awaMJwoj.jpeg (41 KB)

Bəli, bunun başqa izahı yoxdur. Çünki sülh yaradan olsaydılar, son 30 ildə beynəlxalq hüquqa hörmət edərdilər. Haqlının haqqını haqlıya verərdilər. Yəni, həmişəki kimi səmimi deyillər.

Deməli, nəsə bir hədəfləri var. Boşuna birdən-birə hərəkətə gəlib, fəallaşmayıblar. Heç şübhəsiz ki, hazırda həmsədrləri, xüsusilə də, ABŞ və Fransanı vasitəçilik missiyasi və problemin özü qətiyyən maraqlandırmır.

Bu iki dövlətin əsas narahatlığı Ermənistanın imzaladığı kapitulyasiya sənədindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni situasiya ilə birbaşa bağlıdır. Çünki bu sənəd regional geopolitik proseslərin həm məzmununu, həm də istiqamətlərini ciddi şəkildə dəyişib.

İndi Cənubi Qafqaz regionunda Azərbaycan əsas geopolitik lider və hərbi-siyasi iradə sahibidir. Yalnız rəsmi Bakının loyal yanaşacağı beynəlxalq siyasi iradə mərkəzi Cənubi Qafqazın qapısından keçmək şansı qazana bilər. Yəni regionun bütün giriş qapılarının açarları məhz rəsmi Bakının əlində cəmləşib.

ce55864e-7894-457e-af99-e75536e40cb1.jpg (24 KB)

Ermənistanın kapitulyasiya sənədi həm də Minsk Qrupu həmsədrləri formatını əhəmiyyətdən salıb, bununla da ABŞ və Fransanı oyundankənar vəziyyətdə qoyub. İndi münaqişə bölgəsində bütün məsələlər məhz həmin sənədin bəndlərinə uyğun şəkildə həll olunur.

Nəticədə Rusiya əvvəlki kimi prosesdə birbaşa iştirak edir. Eyni zamanda, prosesə yeni bir iştirakçı da qatılıb. Belə ki, regionun əsas probleminin həlli prosesində oyundankənar vəziyyətdə qalan ABŞ və Fransadan boşalan yeri məhz Türkiyə təkbaşına doldurub. Və indi Türkiyə Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərin birbaşa iştirakçısıdır.

ABŞ və Fransanı qıcıqlandıran əsas faktor da məhz bu reallıqdır. Bu iki dövlət prosesin əvvəlki formatın nəzarəti altına qaytarılmasında birbaşa maraqlıdırlar. Çünki məhz bu halda, regional geopolitik proseslərin iştirakçısı statusunu bərpa edə bilərlər.

Təbii ki, bunun üçün müəyyən şansları da qalmamış deyil. Düzdür, çox azdır, ancaq onlar bu şanslarını hər halda sınaqdan çıxartmaqda qərarlı görünürlər.

Halbuki, həmin şansın reallığa çevrilməsi üçün ilk növbədə Ermənistanın imzaladığı kapitulyasiya sənədinin hüquqi qüvvəsini itirməsi lazımdır. Bu, isə qətiyyən inandırıcı görünmür.

1597164130_eaf880c3a5a76355cccfc2ac94add20d.jpg (241 KB)

Çünki bu halda, Rusiya sülhməramlıları bölgədən çıxmalı olacaq. Azərbaycan ordusu isə yenidən hərbi əməliyyatları bərpa etmək hüququ qazanacaq. Azərbaycandan fərqli olaraq, Ermənistanın hazırda müharibəni davam etdirmək imkanları mövcud deyil. Və bu, bütün savaş potensialını, dövlət resurslarını itirmiş Ermənistanın bir coğrafi subyekt kimi sonu olardı.

Hər halda, öz beynəlxalq nüfuzuna həssas olan Rusiya Ermənistana həmin sənədə qarşı çıxmaq cəsarətini qətiyyən bağışlamaz. Bu isə o deməkdir ki, savaşın davamı olaraq, Azərbaycan Ermənistan ərazisinə müdaxilə etsə belə, Rusiya buna heç bir reaksiya verməz.

Belə vəziyyətdə Ermənistanın gələcək taleyini təsəvvür etmək isə o qədər də çətinlik törətmir. Və bunu Ruisya prezidenti Vladimir Putin olduqca obrazlı şəkildə təsvir edib: “Anlaşmanın pozulması Ermənistan üçün intihar olardı”.

Fikrimizcə, Kreml sahibinin həmin bir cümləsində hər şey açıq-aydın izah olunub. Bu isə o anlama gəlir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, daha doğrusu, ABŞ və Fransanın yenidən fəllaşmaqla, “suyu bulandırma” cəhdləri tamamilə yersizdir. Və yaxın gələcəkdə hər hansı bir nəticə verəcəyi qətiyyən inandırırıcı deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam