Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Trampla savaşan Co Bayden niyə Ərdoğanı “devirmək” istəyir... -ABŞ prezidentliyinə demokrat iddiaçı Türkiyəyə qəzəblidir

 


 Türkiyənin ABŞ-ın maraqlarını nəzərə almayan müstəqil xarici siyasət kursu prezidentliyə demokrat namizədi qıcıqlandırır... Co Baydenin xarici siyasət məntiqinə görə, ABŞ-ın tələbləri və təlimatlarına “boyun əyməyən” dövlətlərdə mütləq hakimiyyətlər devrilməlidir, əvəzində isə Ağ Evin bütün tapşırıqlarına qeyd-şərtsiz “baş üstə” deyən hökumətlər qurulmalıdır...

Yenixeber.org: ABŞ-da payızda keçiriləcək növbəti prezident seçkiləri dünyanın diqqət mərkəzindədir. Çünki bu seçkilərin yekun nəticələri beynəlxalq hərbi-siyasi proseslərin perspektiv inkişaf istiqamətlərinə də birbaşa təsir göstərə bilər.

Əvvəlcə onu qeyd edək ki, prezident Donald Trampın Ağ Evdə keçirdiyi son dörd ilin mövcud nəticələrindən məmnun olmayan xeyli dövlət var. Həmin dövlətlər prezident D.Trampın idarə etdiyi ABŞ-ın beynəlxalq siyasətinə müqavimət göstərməyə cəsarət etməsələr də, narazı olduqlarını qətiyyən gizlətmirlər.

Məsələ ondadır ki, prezident D.Tramp ABŞ-ın daha radikal xarici siyasət yürütməsində xüsusi rol oynadı. Hətta bəzi hallarda Ağ Evin beynəlxalq normalara əhəmiyyət vermədən atdığı zorakı addımlar da müşahidə edildi.

RTSXT35-pic905-895x505-88667_1523537046.jpg (92 KB)

Ona görə də, hazırda beynəlxalq ictimaiyyət payız seçkilərinə daha ümidlə baxır. Həmin seçkilərin nəticəsi olaraq, Ağ Evdə daha mötədil ABŞ prezidentinin məskunlaşmasını istəyir.

Ancaq seçki təbliğatı dövrünün hadisələrinə nəzər saldıqda, növbəti dörd il üçün “mötədil ABŞ prezidenti” ümidlərinin boşa çıxma ehtimalı qətiyyən istisna hal təsiri bağışlamır. Buna əmin olmaq üçün respublikaçıları təmsil edən prezident D.Trampla onun əsas siyasi rəqibi, demokrat namizəd Co Bayden arasında cərəyan edən seçki yarışına diqqət etmək tamamilə yetərlidir.

Məsələ ondadır ki, hazırda Co Bayden daha radikal açıqlamalarla və aqressiv vədlərlə seçki rəqabətində ön plana çıxmağa çalışır. Onun fikrincə, prezident D.Tramp ABŞ-ın beynəlxalq imicini zədələyən xarici siyasət yürüdüb. ABŞ uzun onilliklər ərzində sahib olduğu dünya hegemonu statusunu tədricən itirməyə başlayıb. Və beynəlxalq problemlərin həllində Ağ Evin siyasi iradəsi kəsərdən düşüb, ABŞ-ın mövqeləri ciddi şəkildə zəifləyib.

Bunun qarşılığında Co Bayden vəd edir ki, seçkidə qalib gəlib, hakimiyyətə sahiblənəcəyi təqdirdə, ABŞ-ın beynəlxalq imicini və itirilmiş mövqelərini yenidən bərpa edəcək. İndi ABŞ-la hesablaşmağı lazım bilməyən dövlətlərə öz yerlərini göstərəcək.

bayden-tramp1.jpg (42 KB)

Maraqlıdır ki, Co Bayden ABŞ-ı "saya salmayan" dövlətlərdən danışarkən ilk növbədə Türkiyəni örnək göstərir. Onun fikrincə, prezident D.Trampın tərədüdlü xarici siyasət kursu rəsmi Ankaraya Türkiyə üçün cızılmış “qırmızı cizgiləri” aşmaq imkanı qazandırıb. Xüsusilə də, Türkiyə Suriya hərbi-siyasi poliqonunda əsas oyunçulardan birinə çevrilib, İraqda öz iradəsini ön plana çıxarmağa nail olub, Liviyada hərbi-siyasi təşəbbüsü ələ keçirib, Şərqi Ağdənizdə şəriksiz hegemonluq iddiasına düşüb.

Co Baydenin fikrincə, ABŞ-ın Türkiyəyə bu qədər geniş geopolotik coğrafiyada “meydan sulamaq” hüququ tanıması yolverilməzdir. Və söz verir ki, hakimiyyətə gələcəyi təqdirdə, ilk növbədə Türkiyə ilə bağlı problemlərin həllinə üstünlük verəcək.

Maraqlıdır ki, demokrat namizəd Türkiyə ilə bağlı problemləri necə həll etməyi planlaşdırması barədə də müəyyən ipucları verməkdən özünü saxlaya bilməyib: “İpə-sapa yatmaq istəməyən o adamı devirəcəyik”. Bu cümlə Co Baydenin Türkiyə siyasətinin mahiyyətini və hədəflərini xarakterizə edir.

Məsələnin ən müəmmalı tərəfi də məhz budur. Belə ki, Co Bayden ABŞ-ın Demokratlar Partiyasını təmsil edir. Bir demokrat namizədin başqa bir dövlətdə hakimiyyət çevrilişi vədi ilə səs toplamağa çalışması anlaşılmaz məqamdır.

trump-erdxwvdhhf.jpg (143 KB)

Bunu aqressiv siyasi vərdişləri ilə tanınan Respublikaçılar Partiyasının təmsilçisi olan prezident D.Tramp desəydi, bəlkə də bu qədər çaşqınlıq və qalmaqal yaratmazdı. Çünki respublikaçılar zatən “siyasətin qırğıları” olduqlarını qətiyyən gizlətmirlər. Halbuki hakimiyyətə gəldikdən sonra adətən, bir çox aqressiv vədlərini unutmağa üstünlük verirlər.

Amma öz ölkəsində - ABŞ-da demokratik metodlarla, seçici səsləriylə hakimiyyətə gəlməyi hədəfləyən Co Baydenin başqa bir ölkədə - Türkiyədə qeyri-demokratik, zorakı bir metodla hakimiyyəti dəyişəcəyini vəd etməsi əsl beynəlxalq siyasi qalmaqaldır. Üstəlik, bu, bir dövlətin, başqa bir dövlətin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, qeyri-qanuni zorakılığa hazırlıq anlamı daşıyır.

Deyəsən, Co Bayden də bu reallığı anlayır. Çünki əvvəlcə hissə qapılıb, Türkiyəni “dövlət çevrilişi” ilə hədələsə də, daha sonra özünü itirmiş şəkildə sözlərinə nisbətən düzəliş etmək məcburiyyətində qaldı: “Seçki ilə devirəcəyik, müxalifətə dəstək verib, gücləndirəcəyik”.

Amma “üzürü ayıbından daha betər” oldu. Çünki ABŞ vətəndaşları ölkələrinə prezidenti ona görə seçmirlər ki, həmin adam başqa dövlətlərdə müxalifəti gücləndirib, hakimiyyətləri dəyişsinlər. ABŞ prezidentlərinə belə bir səlahiyyətin verildiyi qətiyyən inandırıcı deyil. Hətta verilmiş olsa belə, bu, yenə də başqa ölkələrin daxili işlərinə, seçicilərinin siyasi iradəsinə kobud müdaxilə xarakteri daşıyır.

img1118174.jpg (21 KB)

Belə anlaşılır ki, Co Baydenin xarici siyasət məntiqinə görə, ABŞ-ın tələbləri və təlimatları qarşısında “boyun əyməyən” dövlətlərdə mütləq hakimiyyətlər devrilməlidir, əvəzində isə Ağ Evin bütün tapşırıqlarına qeyd-şərtsiz “baş üstə” deyən hökumətlər qurulmalıdır. Əgər, Co Bayden belə dünya istəyirsə, onda ən yaxşısı bütün dövlətlərin ABŞ-ın ştatları olduğunu birdəfəlik elan etməsi problemin daha asan yolu olardı.

Göründüyü kimi, Co Bayden hələ seçkidə qalib gəlməyib, amma ilk hədəflərini açıqlamağa başlayıb. Şübhəsiz ki, onun Türkiyəyə qarşı qəzəbli olmasının müəyyən səbəbi mövcuddur. Hər halda, özünün də xatırladığı kimi, Co Bayden bir neçə dəfə Türkiyəyə rəsmi səfər edib və prezident Rəcəb Tayyib Ərdoğanla kürd probleminin müzakirəsinə cəhd göstərib.

Ancaq ovaxt Co Bayden Ankarada çox soyuq qarşılanıb, hətta prezident R.T.Ərdoğan Türkiyənin daxili işi olan məsələlərin onunla müzakirəsinə ehtiyac duymayıb. Nəticədə Co Bayden Türkiyənin Xarici İşlər Nazirliyində bir necə görüş keçirməklə, “əli ətəyindən uzun” geri dönmək məcburiyyətində qalıb.

CYMERA_20200817_122548.jpg (188 KB)

Belə anlaşılır ki, Co Bayden bütün bunları hələ də unuda bilməyib. Və Ağ Evə sahibləndikdən sonra Türkiyədən intiqam almaq niyyəyində olduğunu sezdirir.

Ancaq Co Baydenin öz zədələnmiş “qürur”unu bərpa etməsi o qədər də asan olmayacaq. Belə ki, prezident D.Trampın hakimiyyəti dönəmində artıq bir dəfə - 15 iyul 2016-çı ildə Türkiyədə dövlət çevrilişinə cəhd göstərilib. Ancaq həmin cəhd uğursuz olub.

Digər tərəfdən, Türkiyə artıq fərqli dövlətdir. Son illərdə bu qardaş ölkə regional supergücə çevrilməyə imkan tapıb. Və hazırda rəsmi Ankaranın xarici siyasət kursu, atdığı son addımlar Türkiyəni yeni beynəlxalq hərbi-siyasi iradə mərkəzinə çevrilmək yolunda irəli götürməkdədir.

Bu baxımdan, Co Baydenin və ya hər hansı başqa bir ABŞ prezidentinin xoşuna gəlib-gəlməyəcəyindən asılı olmayaraq, Türkiyənin öz müstəqil xarici siyasət kursundan imtina edib, Ağ Evin təlimatlarına “boyun əyməyə” həvəs göstərəcəyi artıq qətiyyən inandırıcı görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam